İoann Filoponus (yun. Ἰωάννης ὁ Φιλόπονος, m. 490–570) — neoplatonçu filosof.

Fəlsəfəsi M. IV yüzillikdən sonra neoplatonizm Xristianlığa təsir etmişdir. Onlar bir-biri ilə çarpışaraq həm də bir-birindən ideya baxımdan bəhrələnmişdirlər. Neoplatonizm Xristianlıqla mübarizədə məğlub olsa da, ancaq onun ideyaları ortadan qalxmamış, sonralar dünya dinlərində özünü göstərmişdir.

Xristianlığın güclənərək dövlət dininə çevrilməsi prosesində yeni-platonçuların arasında artıq xristianlar da olmuşdurlar. Onlardan biri İoann Filoponus idi. O, Aristotelin və başqa keçmişdə yaşamış filosofların əsərlərinə şərhlər yazmışdır. Eyni zamanda onun "Dünyanın əbədiliyi haqqında", "Dünyanın yaranması haqqında. Proklusa qarşı", "Hakim və ya birlik haqqında" kimi öz əsərləri də var mövcud olmuşdur.

Bu əsərlərdə Filoponus keçmiş filosofların Xristianlığa uyğun olmayan fikirlərini tənqid etmişdir. Məsələn, Aristotelin dünyanın əbədiliyi haqqında fikirlərini rədd etmişdir. Bununla belə o, bir çox məqamlarda Xristian ilahiyyatına uyğun olmayan fikirlərlə də çıxış etmişdir. O demişdir ki, xristianların Ata-Oğul-Müqəddəs Ruh hissələrindən (hipostasislərdən) ibarət olan bir Tanrı o hipostasislərdən ayrı bir şey ola bilməzsə, deməli onların hər birində mövcuddur. Çünki, ümumi olan bir şey öz hissələrinin cəmidir. Deməli, Tanrı əslində elə üç tanrıdan ibarətdir və onların cəmidirЛурье, В. М. История Византийской философии . Формативный период. СПб.: AXIŌMA., 2006, s. 221.. Bu kimi baxışlar triteizm adlanır.

Daha sonra Filopones rəsmi kilsənin mövqeyinə zidd olaraq hesab edirdi ki, İsada ikili (insani və ilahi) təbiət ola bilməz. Çünki, İlahi və insani təbiətlər bir araya sığmaz. Beləliklə, Filopones İsada yalnız ilahi təbiəti qəbul etmişdir. Bu kimi baxışlar Xristianlıqda monofizitlik adlanırИстория Византийской философии , s. 215..

Rəsmi kilsə Filoponesin triteizmini və monofizitliyini pisləmiş və onları rədd etmişdirИстория Византийской философии , s. 214.. Ancaq sonralar bəzi Xristian kilsələri monoteizmi qəbil etmişdirlər.

Mənbə

Ədəbiyyat

MacCoull, Leslie S. B., "Aristophanes in Philoponus: Did he get the joke?" Jahrbuch der Österreichischen Byzantinistik, 57, 2007, Scholten, Clemens, "Welche Seele hat der Embryo? Johannes Philoponos und die Antike Embryologie," Vigiliae Christianae, 59,4 (2005), 377–411. Сидоров А. И. Логика и диалектика Иоанна Филопона: о характере переходной эпохи в развитии философской мысли от античности к средневековью. // Историко-философский ежегодник. 1989. С. 179—194. Лосев А. Ф. История античной эстетики. Том VIII. Итоги тысячелетнего развития. — М.: Искусство, 1992. Кн. 1. С. 33-35.

Həmçinin bax Neoplatonizm

İstinadlar

Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:Antik fəlsəfə Kateqoriya:Platonizm Kateqoriya:490-cı ildə doğulanlar Kateqoriya:570-ci ildə vəfat edənlər Kateqoriya:Xristian filosoflar