Rokas atolu () — Atlantik okeanın ərazisində Braziliyaya məxsus Riu-Qrandi-du-Norti ştatı ərazisində, Natal şəhərindən 260 km şimal-şərqdə, Fernandu-di-Noronya arxipelaqından 145 km şimal-qərbdə yerləşir.

Coğrafiya thumb|left|250px Atol vulkanik mənşəyə malikdir. Atlantik okeanın cənubunda yerləşən yeganə atoldur. Sahəsinə görə dünyanın ən böyük atollarından biridir.

Atoll ovalvari formaya malik olub, 3,7 km uzunluğa, 2,5 km enə malikdir. Daxilində yerləşın laqunun 6 metr dərinliyi vardır. Sahəsi 7,1 km²-dir (laqun). Atolla daxil iki adanın sahəsi (Cemitério cənub-qərbdə, Farol Cay şimal-qərbdə) 0,36 km² təşkil edir. Farol Cay adasında ən hündür nöqtə 6 metrdir. Əsasən mərcanlarla örtülüdür. Hər iki adada ot, kol və bir necə palma bitir. Burada yengəc, hörümcək, əqrəb, böcək və dəniz quşları yayılmışdır. Sularında tısbağa, delfin və köpək balığını görmək olar.

Atoll qoruq ərazisidir. 2001-ci ildə UNESCO Ümumdünya İrsi siyahısına daxil edilmişdir. Yaşayış məntəqələrindən uzaqda yerləşməsi toxulnulmazlığına səbəb olmuşdur.

Tarixi thumb|left Ata ilk dəfə 1503-cü ildə Gonçalo Coelho gəmisinin batması zamanı aşkarlanmışdır. Adada 1960-cı illərdən. Hərbi mayak fəaliyyət göstərir. Onun yaxınlığında isə tərk edilmiş mayak vardır (1933-cü ildə inşa efilmişdir.

İstinadlar

Mənbə Sigep — Brazilian Commission of Geological and Palaeobiological Sites UNESCO — World Heritage Further information

Kateqoriya:Braziliyadakı ümumdünya irsi Kateqoriya:Mərcan adaları Kateqoriya:Braziliya adaları Kateqoriya:Riu-Qrandi-du-Norti coğrafiyası Kateqoriya:Atlantik okeanın yaşayış olmayan adaları Kateqoriya:Yaşayış olmayan arxipelaq