Orta platonizm — Platon Akademiyasının dürdünçü tarixi mərhələsidir. Bu mərhələ m.ö. 87 ildə Qədim Akademiyanın bağlanmasından sonra başlamış və yeni-platonçuluğun yaranmasına qədər sürmüşdür.
Tarixi və təmimin əsasları Arkesilausdan sonra akademiklər Platon təlimindən tədricən aralanmışdırlar. Karneadesdən sonra isə bu proses daha da dərinləşmişdir. M. ö. I yüzillikdə Qədim Akademiya eniş dövrünü yaşamışdır. Ancaq, sonra Platonun təliminə qayıdış və şübhəçilikdən aralanma dövrü başlanmışdır. Onu Akademiyanın Orta dövrü (m. ö. 80 – m. 200) adlandırırlar. Bununla da, platonizmin dördüncü mərhələsi başlamışdır.
Orta Akademiyanın filosoflarının təlimləri daha çox eklektik xarakter daşımışdırEduard Zeller, Outlines of the History of Greek Philosophy. London: Longmans, Green, and Co, 1886, p. 305.. Onlar Platon məktəbinin təlimini Aristotelin, Pifaqorun, stoaçıların və başqalarının təlimləri ilə qarışıq şəkildə sərgiləyirdilər.
Əxlaq sahəsində akademiklər “Tanrıya bənzəmək” məqsədini güdmüşdürlər, bu da “ən yüksək ərdəm (xeyrə doğru yönəlmə)” kimi dəyərləndirilirdi. Fizika sahəsində təbiət və “İlk başlanğıc” münasibətləri problemi dualizm (ikilik) və monizm (varlığın birliyi) çərçivəsində çözülürdü. Platon təliminə uyğun olaraq Orta Akademiya məktəbi “iki tanrı” konsepsiyasını irəli sürmüşdür. Onlardan biri Haqq və ya Xeyir olandır, ancaq o uzaqlardadır və insanın məqsədi onu tapmaq və ona doğru yönəlməkdir. İkincisi isə Demiurqosdur. O dünyanın yaradıcısıdır.Средний Платонизм // Новая философская энциклопедия: В 4 тт. М.: Мысль. Под редакцией В. С. Стёпина. 2001.
Bundan başqa, m. ö. I yüzillikdən başlayaraq orta platonçuluq fəlsəfəsinə monoteist dinlər olan Yəhudiliyin və Xristianlığın da təsiri olmuş, orada antik irslə monoteist ənənənin uzlaşdırılması cəhdləri müşahidə edilmişdir. Eyni zamanda, Akademik məktəbin nümayəndələri m. I – II yüzilliklərindən başlayaraq tədricən güclənən Xristianlığa qarşı da çıxış etmişdirlər. Müasir dini tənqidin əsasları məhz o zaman qoyulmuşdur.
Qeyd etmək lazımdır ki, Orta Akademiyanın coğrafiyası da genişlənmişdir. Onun dərnəkləri təkcə Afinada deyil, həm də Apameya, Smirna və başqa şəhərlərdə fəaliyyət göstərmişdir.
Orta Akademiyanın birinci başçısı (skolarxı) Askalonlu Antioxus (yun. Άντίοχος ὁ Ἀσκαλώνιος, m. ö. 130 – 68) sayılır. Orta dövrün Akademiyasında yeni fikirlərlə çıxış edənlərdən biri İskəndəriyyəli Eudorus (yun. Εὔδωρος, m. ö. I yüzillik) olmuşdur. O, ilk dəfə mümkün qədər “Tanrıya bənzəyərək” həyat sürmək və bunu məqsəd kimi qarşıya qoymaq ideyası ilə çıxış etmişdirEduard Zeller, Outlines of the History of Greek Philosophy. London: Longmans, Green, and Co, 1886, p. 306.. Evdorusun əsərləri zamanımıza çatmamışdır deyə, onun haqqında bilgilər azdır. daha sonra bu məktəbdənçoxlu tanınmış düşünürlər çıxmışdırlar.
Əsas nümayəndələri: Alkinous Apuleyus Qalen Maksim Tirli Plutarx Filon İskəndəriyyəli Selsus Teon Smirnalı
Mənbə .
Ədəbiyyat . Dillon, John, M. (1977), The Middle Platonists, Ithaca: Cornell University Press. Шичалин Ю. А. История античного платонизма. — М., 2000. — 448 с.
Xarici bağlantılar Middle Platonism in Internet Encyclopedia of Philosophy Петров А. В. Магия в идеологии среднего платонизма
Həmçinin bax Platon Platonizm Platonun Akademiyası Neoplatonizm Antik fəlsəfə
İstinadlar
Kateqoriya:Fəlsəfə Kateqoriya:Fəlsəfi cərəyanlar Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:Antik fəlsəfə Kateqoriya:Platonizm Kateqoriya:Fəlsəfi cərəyanlar və məktəblər Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi