Dikearxus (, təxminən m. ö. 365 – 300) — yunan filosofu, peripatetik məktəbin ən görkəmli nümayəndələrindən biri. Aristotelin və Teofrastusun öyrəncisi idi. O, psixologiya, tarix, mədəniyyət, dilçilik və siyasət elmlərini əhatə edən bir çox elmi kitablar yazmışdır.

Həyatı Dikearxus ruhun varlığını və ölməzliyini inkar edirdi. "Ruh haqqında" (yun. Περὶ ψυχῆς) kitabında o yazırdı ki, ruh materiyanın formalarından biridir, cisimdir. Dünyada bütün varlıqlar dörd ünsürdən əmələ gəldiyi kimi ruh da onlardan biridir, sadəcə onun vəzifəsi bədəni canlandırmaqdırCicero. Tusculan disputations / Translated by Andrew P. Peabody. Boston: Little, Brown, and Company, 1886, p. 17..

"Trifoniusun məbədinə eniş" (yun. Εἰς Τροφωνίου κατάβασις) əsərində Dikearxus din xadimlərini tənqid etmişdir. Həmin bu əsərdə o, falçılığı rədd edərək yalnız ilham və röyaları inkar etməmişdirДикеарх // Античная философия: Энциклопедический словарь / Составитель Е. В. Афонасин. М.: Прогресс-Традиция. 2008..

Dikearxus mədəniyyət tarixi elminin yaradıcısı hesab edilir. O, "Yunanıstan həyatı" (yun. Βίος Ἑλλάδος) kitabında yunan mədəniyyətinin icmalını vermiş, yunanların inkişafını Şərqin mədəni həyatı ilə bağlamışdır. Onun fikrincə insanlar təbii yaşamdan heyvandarlığa, sonra isə əkinçiliyə keçmişdilər.

Dikearxus siyasi məsələləri də araşdırmışdır. "Tripolitikus" (yun. Τριπολιτικός) adlı yazısında o hesab edirdi ki, dövlətin idarəçilik metodu demokratiya, monarxiya və aristokratiyanın qarışığından ibarət olmalıdır.

Dikearxus həm də təbiətşünas olmuş, xəritələr çəkmişdirЦицерон М. Т. Письма Марка Туллия Цицерона к Аттику, близким, брату Квинту, М. Бруту . Том 2. Годы 51–46. / Перевод и комментарии В. О. Горенштейна. М.-Л.: Издательство Академии Наук СССР, 1950, s. 107.. "Yeri dolaşmaq" (yun. Γῆς περίοδος) kitabında o, yerin kürə formasında olmasını iddia etmiş, bəzi dağların hündürlüyünü ölçməyə çalışmışdır.

Həmçinin bax Peripatetiklər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Elm filosofları Kateqoriya:İtaliya coğrafiyaşünasları Kateqoriya:Ontoloqlar Kateqoriya:Peripatetiklər Kateqoriya:Qədim Yunanıstan coğrafiyaşünasları Kateqoriya:Qədim Yunanıstan riyaziyyatçıları Kateqoriya:Qədim Yunanıstan şairləri Kateqoriya:Qədim Yunanıstan tarixçiləri Kateqoriya:Riyaziyyat tarixi Kateqoriya:Vegetarianlar