Pirron (yun. Πύρρων, ) — qədim yunan filosofu, skeptisizmin yaradıcısı. Peloponnes yarımadasının Elida şəhərindən idi.
Şübhəçilik fəlsəfəsi Diogenes Laertius Pirronun dünyagörüşü haqqında xəbər vermişdirDiogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, pp. 407–420.. O hesab edirdi ki, heç bir şey haqqında qəti iddia yürütmək olmaz, çünki hər bir insan və ya hər hansı bir varlıq onu fərqli qavrayır (dərk edir və duyur). Eyni şey biri üçün xeyirli, başqası üçün ziyanlı ola bilər. Bu da o deməkdir ki, xeyir və şər əslində yoxdur. Həm də xarici amillər də şeylərin özəlliklərinə təsir edir. Məsələn, daş suda yüngül olur, havada isə ağırdır. Bu da o deməkdir ki, onun çəkisi haqqında qəti fikir yürüdülməz. Buna görə də, dünyanı dərk etmək olmaz. Belədirsə, onda hər bir iddiaya qarşı onu təkzib edən iddia yürütmək olar və onların heç biri başqasından üstün deyildir. Şeylərin təbiətini anlamaq imkansızdırsa, onda insan da bu barədə düşünməməli və həyatını adətlərlə gələn qanunlar üzərində qurmalıdır. Pirrona görə insan hər şeyin həqiqi yada yanlış olduğunu təyin edir və o hər şeyin ölçüsüdür.
Xoşbəxtliyə çatmanın şərtləri Pirron öz fəlsəfəsində xoşbəxtliyin hansı yollarla əldə olunması probleminə diqqət yetirmişdir. Onun fikrincə xoşbəxtlik təmkinlik, sakitlik və iztirabların yoxluğu halıdır, bu da ataraksiya adlanırАсмус В.Ф. Античная философия . М.: Высшая школа, 1976, s. 406.. Bu hala isə yalnız skeptiklərin dünyagörüşünə yiyələnərək nail olmaq olar. Pirrona görə xoşbəxt olmaq istəyən insan üç suala cavab verməlidir: Çevrəmizdə olan şeylərin mahiyyəti nədən ibarətdir və onların tərkibi nədir? Bizim onlara münasibətimiz necə olmalıdır? Onlara münasibət bildirməyimizdən biz nəyi qazanırıq?Асмус В.Ф. Античная философия . М.: Высшая школа, 1976, s. 407.
Birinci suala insan cavab tapa bilməz, çünki hər hansı şeyin mahiyyəti ya da onun var olub-olmaması haqqında heç bir iddia yürütmək olmaz. Hər bir iddiaya qarşı onu inkar edən iddia vardır. Deməli, biz bir şey haqqında fikir yürüdürüksə, onun həqiqi ya da yanlış olduğu haqqında heç nə deyə bilmərik. İkinci suala gəldikdə isə insan heç nəyə birmənalı münasibət bildirməməlidir. Bu o demək deyil ki, hər hansı bir şey və ya olay haqqında bizim bilgimiz ola bilməz. Onlar haqqında bizə duyğularımız xəbər verir. Yanlışlıqlar isə onlar haqqında iddialar ortaya qoyanda ortaya çıxır. Üçüncü suala cavab verərkən Pirron deyirdi ki, xoşbəxtliyi axtaran kəs gərək hər hansı bir şey haqqında iddia ortaya qoymaqdan çəkinsin. Bununla da "ataraksiya" halını əldə etmək mümkündür. Belə olan halda isə bu hala çatmış insanı "filosof" adlandırmaq olar (5, 407).
Mənbə
Ədəbiyyat
Flintoff E. Pyrrho and India // Phronesis XXV (1980)88–108 McEvilley, Thomas Pyrrhonism and Mādhyamika // Philosophy East and West, Vol. 32, No. 1 (Jan., 1982), pp. 3–35 Bett, Richard, "Aristocles on Timon on Pyrrho: The Text, Its Logic and its Credibility" Oxford Studies in Ancient Philosophy 12 (1994a): 137–181. Bett, Richard, "What did Pyrrho Think about the Nature of the Divine and the Good?" Phronesis 39 (1994b): 303–337. Bett, Richard, Pyrrho, his antecedents, and his legacy (Oxford: Oxford University Press, 2000). Striker, Gisela, "On the difference between the Pyrrhonists and the Academics" in G. Striker, Essays on Hellenistic Epistemology and Ethics (Cambridge: Cambridge University Press, 1996): 135–149.
Həmçinin bax Skeptisizm Enesidemus Aqrippa Sekstus Emprikus
İstinadlar Kateqoriya:E.ə. 365-ci ildə doğulanlar Kateqoriya:E.ə. 275-ci ildə vəfat edənlər Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:Antik fəlsəfə Kateqoriya:Epistemoloqlar
Kateqoriya:Qədim Yunanıstan filosofları Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi