() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Vətəni Əlcəzair və Şərqi Mərakeşdir. Dəniz səviyyəsindən 1350–2000 m yüksəklikdə bitir.

Hündürlüyü 40 m olan ağacdır. Çətiri yuxarıdan azca əyilən, aşağıdan enliləşən konusvarıdır. Budaqları iti bucaq altında gövdədən ayrılır və müxtəlif istiqamətlərə budaqlanır. İynəyarpaqları mavi-yaşıl, yaxud gümüşü-boz olur, 3-4 tərəfli, iynəli, 30-40 iynəyarpaq qısa zoğlar üzərində dəstələrlə toplaşır; böyümə zoğlarında isə tək-tək yığılır. Silindrik-yumurtaşəkilli, möhkəm, parlaq, açıq-qonur qozaları üçüncü il yetişir, uzunluğu 10 sm-ə qədərədir.

Torpağın münbitliyinə və rütubətinə az tələbkardır, lakin əhəngli və həddən artıq rütubətli torpaqlara davam gətirmir. Qaza, tüstüyə davamlıdır. Istisevəndir, soyuğa, zərərverici və xəstəliklərə davamlıdır.

Oduncağından alınan sidr yağı balzam ətirlidir, tərkibində karbohidrogenlər, sedrol, sekviterpenlər var. Bu qiymətli ekstrakt kosmetik və mülicəvi vasitə kimi istifadə edilir. Sidr yağı insan tərəfindən bitkilərdən alınmış ilk aromatik yağ olmuşdur.

Azərbaycanda Mərkəzi Nəbatat Bağında, Mərdəkan dendrarisində introduksiya edilib. Abşeron, Zaqatala, Quba, Lənkəran və s. yerlərdə mədəni şəraitdə becərilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər