() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Çoxillik, çılpaq bitkidir. Gövdəsi sadə, bəzən budaqlı olub, hüdürlüyü 40-80 sm-ə çatır. Yarpaqları gövdə üzərində növbəli düzülmüş, oturaq, uzunsov-yumurtaşəkilli, 1,5-4 sm uzunluqlu, 4-10 mm enindədir. Gövdənin aşağı hissəsindəki yarpaqlar pulcuqşəkilli, üçbucaq formalıdır. Çiçək ayaqçığı qısadır. Kasacıq 5 dişlidir. Tac ikidodaqlı, sarıdır. Qutucuğu oval, 7 mm uzunluqludur. Toxumlar üçkünc, üzəri qırışlıdır. Bitki iyun-avqust aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir.
Yayılması Kiçik Qafqazın şimalında, Naxçıvan MR-da, Diabarada orta və yuxarı dağ qurşağında, dağlıq və daşlı yerlərdə, kolluqlarda yayılıb.
İstifadəsi Bitkinin budaqlarının yuxarı hissəsindən (Herba lineriae) istifadə olunur.
Tərkibi Tərkibində linarin, pektolinarin, taninlər və başqa maddələr vardır.
Tətbiqi Babasildə, qəbizlikdə, sidiyi saxlaya bilməməkdə və frunkul xəstəliklərində işlədilir. Daxilə 1,5 qaşığı qurudulmuş otu bir stəkan suda dəmləyib qəbul edirlər (gündəlik doza). Xaricə isə 20 q otu 0,5 litr susa 20-25 dəqiqə islatma şəklində tətbiq edirlər.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax