() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Şərq küknarı Tyan-Şan dağ silsiləsində dərələr boyunca rütubətli şimal yamaclarda bitir. Hündürlüyü 60 m-ə, dimateri 2 m-ə çatan nəhəng ağacdır. Piramidalvarı və ya konusvarı çətrə malikdir. İynəyarpaqları tünd-yaşıl və parlaq olur. Qozaları sentyabrda yetişir. Şərq küknarı tipik dəniz sahili iqliminə həssas, torpağın və havanın rütubətliyinə tələbkar bitkidir. Bununla belə dağlıq şəraitdə, sərt yamaclarda, qayalıqlarda dəniz səviyyəsindən 1000-1200 m, bəzən 2000-3000 m yüksəklikdə bitir və yaxşı inkişaf edir. Şərq küknarı gillicəli torpaqları xoşlayır, lakin əhəngli torpaqlarda, qayalıqlardakı qeyri-münbit və kasıb torpaqlarda da inkişaf edə bilər. Kök sistemi torpağın səthinə yaxın formalaşır və adi küknara nisbətən küləyə qarşı davamlıdır. Küknar növləri arasında şərq küknarı daha uzunömürlüdür və 600 ilədək yaşayır. Şərq küknarının arealı Qərbi Qafqazın dağlıq hissəsi hesab olunur. Şərq küknarının kürəşəkilli formaları vardır. Avropanın bir çox şəhərlərində yaşıllaşdırmada istifadə olunur. Ensiz çətiri, göyümtül-yaşıl iynəyarpaqları çox dekorativ olduğundan bəzək bağçılığında istifadə edilir. Bu küknar növünün oduncağından sənayenin müxtəlif sahələrində, inşaat işlərində və s. geniş istifadə olunur. Azərbaycanda Abşeronda, Gədəbəydə, Zaqatalada, Balakəndə, Qubada, Qusarda yaşıllıqlarda təsadüf edilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Azərbaycan ağacları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya florası