Hadisələr 16 mart - Müqəddəs Roma imperiyasının imperatoru VI Karlla İngiltərə kralı II Georq arasında Vyana ittifaq müqaviləsinin imzalanması. Bu müqaviləyə əsasən II Georqun Avstriyanın Ost-Hind kompaniyasının fəaliyyətinin tamamilə dayandırılması müqabilində Praqmatik sanksiyaları tanıdığını bildirməsi. 10 oktyabr - Kiçik Jüzün Rusiyaya ilhaq edilməsi haqqında müqavilə bağlanması. Hollandiyada ilk mason lojasının yaradılması. Səfəvi hökmdarı II Təhmasibin Naxçıvan və İrəvanı Osmanlılardan geri qaytarmaq üçün hərbi əməliyyatlara başlaması, Üçkilsə (Üçmüədzin) yaxınlığında qələbə qazansa da İrəvan istiqamətində ağır məğlubiyyətə uğraması. Osmanlılar tərəfindən Urmiya, Təbriz və Ərdəbil şəhərlərinin tutulması.
Doğumlar 9 fevral - İtalyan baletmeysteri, xoreoqrafı və bəstəkarı Domeniko Mariya Ancelo Qasparini 26 noyabr - ingilis şairi Vilyam Kuper 7 dekabr - fransız şərqşünası Anketil Düperron.
Ölümlər Daniel Defo — ingilis yazıçı.