() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.
Botaniki xarakteristikası Yarpağıtökülən, yaxud həmişəyaşıl kollar, bəzən ağaclardır (hünd. 10 m-ədək). Yarpaqları qarşılıqlı, sadə, ellipsşəkilli, tamkənarlıdır. Süpürgəvarı və ya salxımvarı, təpə, yaxud qoltuq çiçək qrupunda birləşən çiçəkləri xırda, ağ, ətirli, çiçək tacı bitişikləçəklidir. Meyvələri qara giləmeyvəyəbənzər çəyirdəkmeyvədir. Çiçəyində efir yağı, qabıq və yarpağında aşı maddəsi olur. Avrasiyanın mülayim və tropik zonalarında yayılmış təqribən 50 növü məlumdur. Müxtəlifrəngli yarpaqları olan bir çox bağ forması və sortları var. Dekorativ bitki kimi də becərilir. Yaşıllaşmada bu bitkidən qayçılama yolu ilə şar, kvadrat, üçbucaq, küzə və başqa formalar əldə etmək mümkündür. Toxumları və qələmləri ilə çoxaldılırlar. Balverən bitkidir.
Ekologiyası Kök və yarpaqlarında aşı maddələri vardır.
Azərbaycanda yayılması Azərbaycanda 1 növü – adi birgöz () yabanı halda bitir; parlaq birgöz, yapon birgözü, Çin birgözü və girdəyarpaq birgöz introduksiya edilib və yaşıllaşdırmada istifadə olunur. Mərkəzi Nəbatat Bağında kolleksiyada bu 4 növ becərilir.
İstifadəsi Canlı çəpər kimi müxtəlif yaşıllıqların salınmasında istifadə olunur. Çiçəklərinin tərkibində efir yağı vardır, ətirli olduqları üçün ətriyyatda işlədilir.
Sinonimləri Heterotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Avrasiya florası Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:Bağ bitkiləri Kateqoriya:Avstraliya və Okeaniya florası Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları