Tehran Əlişanoğlu (Tehran Əlişan oğlu Mustafayev; ) — AMEA-nın müxbir üzvü (2017), ədəbiyyatşünas, filologiya elmləri doktoru, ədəbiyyat tarixçisi, tənqidçi və publisist.
Həyatı Tehran Əlişanoğlu 1960-cı il yanvar 16-da Bakı şəhərində dünyaya gəlmişdir. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 1983–1989-cu illərdə orta məktəb müəllimi, 1989–2006-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, 1994–1996-cı illərdə Futurologiya İnstitutunun, 2001-dən bugünəcən Bakı Slavyan Universitetinin filoloji fakültəsində ali məktəb müəllimi kimi çalışır. Azərbaycan ədəbiyyatı kafedrasının əməkdaşıdır. 1993–1995-ci illərdə AMEA-nın "Elm" qəzetində, 1996–2004-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin "Ədəbiyyat qəzeti"ndə baş redaktor müavini vəzifəsində çalışmışdır. Heç bir partiyaya üzv olmamışdır.1998-ci ildə Azərbaycan Yazıçılar birliyinə daxil olmuşdur.
Elmi fəaliyyəti 1985–1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. "Azərbaycan sovet ədəbi tənqidinin üslubları (1960–1980-ci illər)" mövzusunda namizədlik (1990), "XX əsr Azərbaycan nəsrinin poetikası" mövzusunda doktorluq (2005) dissertasiyaları müdafiə etmişdir. Filologiya elmləri doktoru, professordur. Mətbuatda 1981-ci ildən çıxış etməyə başlamış, ədəbi-tənqidi və publisist yazıları ilə "Ədəbiyyat və incəsənət", "Elm", "Qala", "Mübarizə", "Yeni müsavat" qəzetlərində görünmüşdür. 1995-ci ildən başlayaraq ədəbi köşə yazıları ilə ardıcıl "Press-fakt" (1995–1997, 2000), "Ədəbiyyat qəzeti" (1996–2004), "Rezonans" (1998–1999), "Ekspress" (1999), "Bizim əsr" (1999, 2001–2002), "Yeni Azərbaycan" (2003) qəzetlərində çıxış etmiş, çağdaş ədəbi-tənqidi prosesin ən fəal fiqurlarından biri kimi tanınmışdır. Azərbaycan ədəbi internetinin əsasını qoyan "YeniSi" www.yenisi.net saytının (2002) yaradıcılarından biridir. Marağını ilk növbədə çağdaş ədəbiyyat, onun nəzəriyyəsi və praktikası məşğul edir. "Tənqid.net" jurnalını (2006) təsis etmişdir. 21 kitab, yüzlərlə məqalə müəllifidir.
05 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan elminin inkişafında xidmətlərinə görə “3-cü dərəcəli “Əmək” ordeni” ilə təltif edilib .
Ədəbi imzaları T. Mustafayev, Tehran Mustafayev, Əlişanoğlu, T. Mustafayi, Tehran Əlişanoğlu, T. Alişan, Tehran, Neqə, Sadiq Vəli və s.
Kitabları Azərbaycan sovet ədəbi tənqidində üslub müxtəlifliyi (1960–1980-ci ilər)Azərbaycan sovet ədəbi tənqidində üslub müxtəlifliyi (1960–1980-ci ilər) — Bakı, 1990. Yaşar Qarayev. Şəxsiyyəti və ömür yolu — Monoqrafik oçerkYaşar Qarayev. Şəxsiyyəti və ömür yolu — Monoqrafik oçerk. Sabah, Bakı, 1996–1,5 ç.v. Əsrdən doğan nəsr (XX əsr Azərbaycan nəsrinin təşəkkül poetikası) — MonoqrafiyaƏsrdən doğan nəsr (XX əsr Azərbaycan nəsrinin təşəkkül poetikası) — Monoqrafiya. Elm, Bakı, 1999–6,3 ç.v. Azərbaycan nəsri sosializm realizmi çevrəsində — MonoqrafiyaAzərbaycan nəsri sosializm realizmi çevrəsində — Monoqrafiya. Elm, Bakı, 1999–6,2 ç.v. Azərbaycan yeni nəsri — Monoqrafiya.Azərbaycan yeni nəsri — Monoqrafiya. Elm, Bakı, 1999–8 ç.v. Azərbaycan, Azərbaycan (elmi-publisistik oçerk)Azərbaycan, Azərbaycan (elmi-publisistik oçerk) — Nurlan, Bakı, 2005. XX əsr Azərbaycan nəsrinin poetikası — MonoqrafiyaXX əsr Azərbaycan nəsrinin poetikası — Monoqrafiya. Elm, Bakı, 2006 "Müasir Azərbaycan ədəbiyyatı" fənnindən Proqram – Jurnalistika və Azərbaycan ədəbiyyatı kafedrası üzrə proqramlar kitabında"Müasir Azərbaycan ədəbiyyatı" fənnindən Proqram – Jurnalistika və Azərbaycan ədəbiyyatı kafedrası üzrə proqramlar kitabında, Bakı, 2008 Əjdər Olun könül savaşı. MonoqrafiyaƏjdər Olun könül savaşı. Monoqrafiya. – Bakı, 2008 Konsepsion və ya Nizami Cəfərovun ədəbiyyat mücadiləsi. MonoqrafiyaKonsepsion və ya Nizami Cəfərovun ədəbiyyat mücadiləsi. Monoqrafiya. – Bakı, 2009 Müstəqillik illəri Azərbaycan ədəbiyyatı. Ali məktəblərin magistratura pilləsi üçün dərslikMüstəqillik illəri Azərbaycan ədəbiyyatı. Ali məktəblərin magistratura pilləsi üçün dərslik. – Bakı, 2013 "Azərbaycan ədəbiyyatı" üzrə magistr hazırlığı üçün proqramlar ("Folklor və ədəbiyyat"; "Müasir Azərbaycan ədəbiyyatı"; "Müasir ədəbi proses")"Azərbaycan ədəbiyyatı" üzrə magistr hazırlığı üçün proqramlar ("Folklor və ədəbiyyat"; "Müasir Azərbaycan ədəbiyyatı"; "Müasir ədəbi proses") – Bakı, 2013 "Nəsrdə Qarabağ müharibəsinin aspektləri". Monoqrafiya"Nəsrdə Qarabağ müharibəsinin aspektləri". Monoqrafiya. — BQU nəşriyyyatı, Bakı, 2013 Azərbaycanşünaslığa giriş: — Dərs vəsaitiAzərbaycanşünaslığa giriş: — Dərs vəsaiti. — BSU, Bakı, 2014 "Müstəqillik körpüsünü keçənlər"http://www.anl.az/down/meqale/525/2015/fevral/419491.htm "Müstəqillik körpüsünü keçənlər" . — Elm və təhsil nəşriyyyatı, Bakı, 2015 "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı", iki cilddə (kollektiv) — Monoqrafiya"Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı", iki cilddə (kollektiv) — Monoqrafiya. "Elm və təhsil", Bakı, 2016 Milli nəsrdə Azərbaycan obrazı: tarix və müasirlik kontekstindəMilli nəsrdə Azərbaycan obrazı: tarix və müasirlik kontekstində. — Elm və təhsil, Bakı, 2017 Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəkliklərdən ideala. (T. Mustafayev, İ. Həbibbəyli, Ə. Əsgərli, E. Akimova, A. Bağlı, L. Həsənova)Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəkliklərdən ideala. (T. Mustafayev, İ. Həbibbəyli, Ə. Əsgərli, E. Akimova, A. Bağlı, L. Həsənova). — Elm və təhsil, Bakı, 2018 Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun beş ili akademik İsa Həbibbəyli ilə: məqalələr.Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun beş ili akademik İsa Həbibbəyli ilə: məqalələr. — Elm və təhsil, Bakı, 2018 Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəkliklərdən ideala. — (T. Mustafayev, İ. Həbibbəyli, Ə. Əsgərli, E. Akimova, A. Bağlı, L. Həsənova)Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəkliklərdən ideala. — (T. Mustafayev, İ. Həbibbəyli, Ə. Əsgərli, E. Akimova, A. Bağlı, L. Həsənova). — Elm və təhsil, Bakı, 2019 T. Mustafayinin ədəbiyyat söhbəti: Ədəbi-tarixi esseT. Mustafayinin ədəbiyyat söhbəti: Ədəbi-tarixi esse. Alatoran, Bakı, 2020
İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:AMEA-nın müxbir üzvləri