thumb|Ayrılığın altı dərəcəsi

Ayrılığın altı dərəcəsi () — təsadüfi seçilən iki şəxs arasında maksimum altı nəfərlik ayrılığın olması fikri bu teoremin əsasını təşkil edir. Bu teorem ilk dəfə 1929-cu ildə Fridyeş Karinti tərəfindən müəyyən edilib və 1990-cı ildə Con Qeyr tərəfindən yazılmış tamaşa ilə məşhurluq tapmışdı.

Tədqiqat 2007-ci ildə 200 milyon Microsoft Messenger istifadəçisi arasında aparılan araşdırma nəticəsində bu teoremin həqiqətə xeyli yaxın olduğu sübut olunmuşdur.

İstinadlar

Kateqoriya:Sosial şəbəkələr