və ya qısaca AW — HiMA-nın rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. 2009-cu ilin fevralından ASCII Media Works nəşriyyatının Dengeki Bunko imprinti altında nəşr olunur. Ranobe Yen Press tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. 2010-cu ilin mayında "Dengeki Bunko Magazine" jurnalında iki manqa adaptasiyası nəşr olunmağa başlamışdır. 2013-cü ilin yanvarında isə "Dengeki Daioh" jurnalında 3-cü manqa adaptasiyası serializasiya olunmağa başlamışdır. Sunrise tərəfindən istehsal olunmuş anime adaptasiyası Yaponiyada 2012-ci ilin aprelindən sentyabrına kimi yayımlanmışdır. İngilisdilli versiyası Viz Media-nın Neon Alley anime xidmət vasitəsilə 2013-cü ilin aprelində yayımlanmağa başlamışdır. PlayStation 3 və PlayStation Portable platformaları üçün iki oyun istehsal olunmuşdur. Birinci oyun 13 sentyabr 2012-ci ildə, ikinci oyun 31 yanvar 2013-cü ildə yayımlanmışdır və hər oyun OVA seriyası ilə buraxılmışdır. Reki Kavaharanın orijinal hekayəsi ilə çəkilən "Accel World: Infinite Burst" () anime filminin premyerası Yaponiyada 23 iyul 2016-cı ildə baş tutmuşdur.
Məzmun 2046-cı ildir. Haruyuki "Haru" Arita qısaboylu, artıq çəkili, Umesato məktəbinin tələbələri tərəfindən tez-tez lağa qoyulan oğlandır. Harunun həyatda sahib olduğu yeganə şey real həyatın əzablarından qurtulub Neyrolinkeri ilə məktəbin yerli şəbəkəsinə qoşulub təkbaşına virtual skvoş oynamaqdır. Lakin bir gün Harunun videooyunlardakı bu anadangəlmə bacarığı məktəbin ən populyar qız tələbəsi və Tələbə Şurasının vitse-prezidenti Kuroyukihimenin (hərfi tərcümədə "Qara qar şahzadəsi") diqqətini çəkir.
Haruya ona lağ edənlərə qarşı kömək etdikdən sonra Kuroyukihime ona "Brain Burst" () adlı gizli proqram verir. Bu proqram vasitəsilə insanın dərketmə qabiliyyətini 1000 dəfə sürətləndirib, zamanı demək olar ki, dayandırmaq mümkündür. Belə ki, real həyatda keçən 1 saniyə "Brain Burst" proqramında 16 dəqiqə 40 saniyəyə bərabərdir. Haruyuki tezliklə öyrənir ki, "Brain Burst" sadəcə adi proqram deyil, həm də artırılmış reallığa malik kütləvi çoxoyunçulu onlayn faytinq oyunudur və 2039-cu ildə istehsal olunmuşdur. Bu oyunda oyunçular bir-birilərinə qarşı döyüşməli və Burst xalları əldə etməlidirlər. Oyunçunun Burst xalı nə qədər çoxdursa, real həyatda zamanı da o qədər çox sürətləndirə bilər. Bütün Burst xallarını itirən oyunçu isə "Brain Burst" proqramını həmişəlik itirir.
Kuroyukihime Haruya bildirir ki, kim oyunda 9-cu səviyyəyə çatan 6 oyunçunu — "Saf rənglərin altı kralı"nı məğlub edib 10-cu səviyyəyə çata bilsə, "Brain Burst" proqramın yaradıcısı ilə görüşə biləcək. Buna görə Kuroyukihime Harudan kömək istəyir. Haru özünə "Silver Crow" (), Kuroyukihime isə özünü "Black Lotus" () ləqəbini götürür və onlar məqsədlərinə çatmaq üçün birlikdə işləməyə başlayırlar.
Media Ranobe "Accel World" HiMA-nın rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyasıdır. Kavahara ranobeni 2008-ci ildə baş tutan 15-ci Dengeki Roman Mükafatına təqdim etmiş və baş mükafatı qazanmışdır. Ranobenin ilk cildi 10 fevral 2009-cu ildə ASCII Media Works tərəfindən Dengeki Bunko imprinti altında nəşr olunmuşdur. 2025-ci ilin martuna kimi 28 cildi çapdan çıxmışdır. Japan Expo USA tədbirinin panelində Yen Press ranobeni Şimali Amerika üçün lisenziyalaşdırdığını açıqlamış və ilk cildi 22 iyul 2014-cü ildə nəşr etmişdir.
23-29 iyul 2016-cı il tarixləri arasında "Accel World: Infinite Burst" filmini izləmək üçün kinoteatrlara gedən şəxslər Reki Kavahara tərəfindən yazılmış "Accel World -Mugen e no Chōyaku" () adlı qısa hekayəni əldə etmişdirlər.
Manqa Hiroyuki Ayqamonun rəssamlığı ilə istehsal olunmuş "Accel World" adlı manqa adaptasiyası ASCII Media Works nəşriyyatının "Dengeki Bunko Magazine" jurnalında 2010-cu ilin mayında nəşr olunmağa başlamışdır. Manqa 5 tankobon cildində toplanmış və 27 iyul 2011-ci ildən 27 fevral 2014-cü ilə kimi buraxılmışdır. "Dengeki Bunko Magazine" jurnalının 2010-cu il may buraxılışında Ryuryuu Akarinin rəssamı olduğu adlı yonkoma komiks stripi serializasiya olunmağa başlamışdır. 27 iyul 2011-ci ildən 26 oktyabr 2013-cü ilə qədər 3 tankobon cildi buraxılmışdır. 2014-cü ilin fevralında Yen Press "Accel World" manqasının Şimali Amerika üçün lisenziyalaşdırdığını açıqlamışdır. İlk üç cild, uyğun olaraq, 23 sentyabr 2014-cü ildə, 16 dekabr 2014-cü ildə və 24 mart 2015-ci ildə nəşr olunmuşdur.
Accel World
Axel World
Accel World / Dural: Magisa Garden
Anime
Sunrise studiyası tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 6 aprel 2012-ci ildən 21 sentyabr 2012-ci ilə kimi yayımlanmışdır. 13-cü seriyaya qədər istifadə olunmuş açılış mahnısı May'n tərəfindən ifa olunan "Chase the world" (), bağlanış mahnısı Kotoko tərəfindən ifa olunan "→unfinished→" () mahnısıdır. 14-cü seriyadan etibarən açılış mahnısı kimi Altima tərəfindən ifa olunan "Burst the Gravity" () mahnısı, bağlanış mahnısı kimi isə Saçika Misava tərəfindən ifa olunan "unite." () mahnısı səsləndirilmişdir. Anime serialının istehsalında Sunrise ilə yanaşı, Warner Home Video, ASCII Media Works, Namco Bandai Games və Genco şirkətləri iştirak etmişdir. Viz Media 6 aprel 2012-ci ilə kimi anime serialını Hulu-da yayımlayacağını açıqlamışdır. İngilis dilinə dublaj edilmiş versiyası Viz Media-nın onlayn anime xidməti Neon Alley-də 19 aprel 2013-cü ildə yayımlanmağa başlamışdır. Reki Kavaharanın orijinal hekayəsi ilə çəkilən "Accel World: Infinite Burst" () anime filminin premyerası Yaponiyada 23 iyul 2016-cı ildə baş tutmuşdur.
Videooyun Ranobe seriyası əsasında Banpresto tərəfindən PlayStation 3 və PlayStation Portable platformaları üçün iki videooyun istehsal olunmuş və Namco Bandai Games tərəfindən nəşr olunmuşdur. Birinci oyun Yaponiyada 13 sentyabr 2012-ci ildə, ikinci oyun Yaponiyada 31 yanvar 2013-cü ildə buraxılmışdır. Oyunların məhdud nəşrlərinə OVA seriyaları (PS3 versiyası üçün Blu-ray, PSP versiyası üçün DVD) daxil edilmişdi. PSP üçün nəzərdə tutulmuş "Z.H.P. Unlosing Ranger VS Darkdeath Evilman" oyununda Gümüş qarğa açıla bilən kostyumdur. "Sword Art Online: Lost Song" oyununda Qara lotus əldə edilə bilən personaj və döyüşülə biləcək rəqiblərdən biridir.
2016-cı ilin oktyabrında "Accel World VS Sword Art Online: Millennium Twilight" adlı videooyun anons edilmişdir. Oyun "Sword Art Online" franşizi ilə birlikdə krossover təşkil edəcək və 2017-ci ildə Bandai Namco Entertainment tərəfindən Playstation 4 və Playstation Vita platformaları üçün buraxılacaq. Bundan əlavə, 2016-cı ildə iOS və Android platformaları üçün "Accel World End of Burst" adlı oyun buraxılacaq.
Qəbul Anime News Network anime üçün A+ reytinqi vermiş və "Sword Art Online"-a bənzədiyini qeyd etmişdir. Kotaku-nun əməkdaşı Riçard Eysenbeys animeni yaxşı düşünülmüş hekayəsinə, əsas personajlarına və böyük protaqonistinə görə tərifləmiş, lakin üçüncü arkına görə tənqid etmişdir. Sonda isə animenin "güclü" başladığını, amma "zəif" bitdiyini qeyd etmişdir. Nifrigel soundrek, presonajlar və hekayə baxımından anime haqqında xoş sözlər demiş, amma Reki Kavaharanın virtual reallıq mövzusunda biliklərinin az olmasının çatışmazlıq olduğunu bildirmişdir.
İstinadlar
Həmçinin bax Sword Art Online
Xarici keçidlər
Rəsmi videooyun saytı
Kateqoriya:2009-cu ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2010-cu ilin manqaları Kateqoriya:2012-ci ilin manqaları Kateqoriya:2012-ci ilin anime serialları Kateqoriya:2012-ci ilin videooyunları Kateqoriya:2013-cü ilin videooyunları Kateqoriya:2013-cü ilin anime OVA-ları Kateqoriya:2016-cı ilin videooyunları Kateqoriya:Yaponiya sevgi romanları Kateqoriya:Yaponiya elmi fantastika romanları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Seynen manqaları Kateqoriya:Şonen manqaları Kateqoriya:Məktəb haqqında anime və manqalar Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Kiberpank anime və manqaları Kateqoriya:Romantik anime və manqalar Kateqoriya:ASCII Media Works manqaları Kateqoriya:Yen Press komiks başlıqları Kateqoriya:Dengeki Bunko Kateqoriya:Dengeki Comics Kateqoriya:Dengeki Daioh Kateqoriya:Sunrise (şirkət) Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Mainichi Broadcasting System verilişləri Kateqoriya:Viz Media animeləri Kateqoriya:PlayStation 3 videooyunları Kateqoriya:PlayStation Portable videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:Uydurmada MMORPG-lar Kateqoriya:Uydurmada virtual reallıq Kateqoriya:Uydurmada artırılmış reallıq Kateqoriya:Uydurmada zaman Kateqoriya:Uydurmada neyrokompüter interfeysi Kateqoriya:Ranobelərə əsaslanan televiziya verilişləri Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Vikipediya:Səsləndirilmiş məqalələr Kateqoriya:İOS videooyunları Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Kadokawa Dwango franşizləri