İntraskalenar blokada — periferik regional anesteziya metodu olub, əsasən yuxarı ətraflarda aparılan xüsusilə çiyin oynağının süni protezlə əvəz ediməsi, çiyin oynağının bağ aparatının plasik əməliyyatlarından sonrakı ağrılara qarşı müalicə üsulu kimi tətbiq edilir. Bu zaman blokada müvafiq boyun nahiyəsindən — döş-körpücük-məməyəbənzər əzələnin bayır kənarı ilə adəm almasından çəkilən nəzəri xəttin kəsişən nöqtədən xüsusi iynə vasitəilə pilləli əzələlərin — arasından daxil olaraq, yerli keyləşdirici preparat yeridilməklə əldə edilir. Bu üsul pilləli əzələlərarası inyeksiya olduğuna görə intraskalenar blokada adlandırılır. Uzunmüddətli müalicə üçün isə xüsusi iynənin mənfəzindən kateter yridilir. Kateter dörd aşağı boyun sinirlərinin və qismən IV boyun və I döş sinirlərinin ön şaxələrinin təşkil etdiyi bazu kələfinə yerləşdirilir. Xüsusi portatip infuziya nasosu ilə kateterə davamlı olaraq yerli keyləşdirici preparat yeridilir. Bu zaman anesteziyanın müddəti tətbiq olunan preparatın təsir qüvvəsindən, həcmindən, inyeksiyanın dəqiq icra edilməsindən asılı olaraq qısala və uzana bilir.

Ümumi texniki aspektlər Regional anesteziya müşahidə manitoru altında (EKQ, arterial təzyiq, pulsoksimetr) tam sterillik göznəlilməklə icra edilməlidir. İlk olaraq müdaxilə olunacaq nahiyə tibbi benzin vasitəsilə yağsızlaşdırılmalı, dezinfeksion məhlulla üç dəfə yuyulmalı və steril materialla izolə olunmalıdır. Punksiya olunan yer yerli keyləşdirici inyeksiyası ilə infiltirasiyalaşdırılır. Ultrasəs müayinəsi ilə sözü gedən sinirlər vizuallaşdırılaraq xüsusi iynənin köməyi ilə bud sinirinin dövrəsinə yerli keyləşdirici məhlul yeridilir. Bəzən ültrasəs müayinəsi ilə yanaşı sinirlərin yerini təyin etmək üçün mikroelektrik sinir stimulyatorlarından da istifadə edilir. 0,3–0,5 mA/0,1 ms şiddətli impulslara verilən cavab refleksə əsasən lokalizasiya müəyyən edilir. İntraskalenar blokada üçün xarakterik cavab refleksi bütün çiyinin rəqsi hərəkəti sayılır.

Fəsadlar Punksiya yerinin infeksiyalaşması Qonşu magistral damarların zədələnməsi, qansızmalar (hematomalar) Yerli keyləşdiricinin damar daxili inyeksiyası Sinir zədələnmələri; Allergik reaksiya; anafilaktik şok

İstifadə olunan preparatlar Yerli keyləşdirici preparatlarMaddəQuruluşuTəsiri pH Təsir müddəti Zülal bağlılığı Tətbiqi Şəkil LidokainKsilonest 200px tez 7,9 60–120 dəq. 65 % 1943 200px Mepivakain 200px tez 7,6 90–180 dəq. 75 % 1957 200px RopivakainNaropin 200px ləng 8,1 4–6 saat 94 % 1996 200px BupivakainKarbostezin 200px ləng 8,1 4–5 saat 95 % 1963 200px Ədəbiyyatlar:S. Schulz-Stübner: Lokalanästhetika. in: Rossaint, Werner, Zwissler (Hrsg.): Die Anästhesiologie. Allgemeine und spezielle Anästhesiologie, Schmerztherapie und Intensivmedizin. Springer, Berlin; 2. Auflage 2008. ISBN 978–3540763017H. Niesel, H. Van Aken: Lokalanästhesie, Regionalanästhesie, regionale Schmerztherapie. Georg Thieme Verlag, 2006. ISBN 978–3131434128A. Dullenkopf, A. Borgeat: Lokalanästhetika. Anaesthesist. 2003 Apr;52(4):329–40. PMID 12715136

İstinadlar

Həmçinin bax Regional anesteziya Bud sinirinin blokadası Qoltuq blokadası

Kateqoriya:Anesteziya Kateqoriya:Tibb