Tauqum (yəni Dağqum)() — Mərkəzi Asiyada, Qazaxıstanda yerləşən səhra. Balxaş-Alagöl dərəsində, Balxaş gölü və İli çayının cənubunda qərarlaşır. Səhranın sahəsi 10 000 km² təşkil edir. Uzunluğu 240 km, eni isə 40–60 km arasında dəyişir. Qum dyunlarının hündürlüyü 10—15 metrdir. Flora Səhrada cuzqun, ayrıqotu, saksaul, yovşan və s. bitkilər bitir.
Taukumun cənub sərhədlərindən kol-ağac tipli bitkilərə rast gəlinir. Tuqay meşələri məhz bu bölgədə yerləşir. Tuqay meşələrində müxtəlif növ heyvanlara rast gəlinir.
İqlim Yayı uzun sürür. İyul-avqust ayının orta temperaturu 24 - 26 ° С, bəzən isə 40° С. təşkil edir. Yağıntı əsasən aprel, sentyabrın sonu, oktyabr ayları düşür. Yay ayları yağıntı nadir hallarda müşahidə edilir.
İstinadlar
Kateqoriya:Qazaxıstan səhraları Kateqoriya:Asiya səhraları Kateqoriya:Mərkəzi Asiya səhraları