thumb|200px

Kiçik Qumlu səhra () — Avstraliyanın qərbində (Qərbi Avstraliya) yerləşən səhra. Böyük Qumlu səhranın cənubunda, şərqdən Gibson səhrasına keçir. Səhranın adı sahəsinə görə verilmişdir.

Səhranın sahəsi 101 min. km² təşkil edir. Orta illik yağıntının miqdarı 150–200 mm, buxarlanmanın miqdarı isə 3600–4000 mm təşkil edir. Yayda orta temperatur 22 - 38,3 °C, qışda isə 5,4—21,3 °C-dir. Ən iri axarı Seyvori-Krik çayıdır ki, oda Disappoyntment gölünə tökülür. Göl səhranın şimalında yerləşir. Rudall və Kotton çayı səhranın şimal sərhədindən axır. Əsasən qırmızı qumlarla örtülüdür

1997 ildəregionda böyük yanğın baş vermişdir. 2000-ci ildə isə yanğın nəticəsində regionun 18,5% yanmışdır. Ərazinin 4,6% qorunma statusuna malikdir.

Səhra daxilində iri yaşayış məntəqəsi yoxdur. Ərazi Avstraliya aborigenlərinə məxsusdur. Burada ən iri yaşayış məntəqəsi Parnnqurrdur.

İstinadlar

Kateqoriya:Avstraliya səhraları