Vinnipeqosis (Winnipegosis) — Kanadanın Manitoba vilayəti ərazisində iri göl. Göl Vinniped şəhərində 300 km şimal-qərbdə yerləşir. Manitoba vilayəti ərazisində yerləşən ikinci ən böyük göldür.

Ümumilikdə göl dayazdır. Orta dərinliyi 12 metrdir. Müxtəlix göl çaylarla qıdalanır. Manitoba gölü ilə Uoterhen çayı ilə birləşir. Vinnipeq gölü hövzəsinə daxil olan göl, Nelson çayı vastəsi ilə Hudzon körfəzinə axır.

Uzunsov formaya malik göl şimaldan cənuba 245 km uzunluğa malikdir. Aqassis gölünün qalığı hesab edilir.

Sahilində yerləşən yaşayış məntəqələri:

Vinnipeqosis Dak-Bey Pelikan-Rapids

1739-ci ildə Per La Verandri ilk dəfə gölü tətqiq etmişdir.

Balıqçılıq inkişaf etmişdir.

Ətraf mühitin qorunması məqsədi ilə iki yasaqlıq yaradılmışdır: Byorç-Aylend (Byorç adası) və Çitek Leyk (gölün şərqi).

Gölün adı Vinnipeq sözündən törəmişdir. Vinnipeq sözü isə öz növbəsində «ən böyük şirin su» mənasını verir, Vinnipeqosis isə «kiçik şirin su». İstinadlar

Kateqoriya:Manitoba gölləri