2022 (MMXXII) — Qriqorian təqviminə görə Şənbə günü başlayan ildir. Bizim Era və Miladi tarixin 2022-ci ilidir. III minilliyin və XXI əsrin 22-ci ilidir. 2020-ci illərin 3-cü ilidir.

2022-ci ildə COVID-19 koronavirus pandemiyasının davam etməsi qlobal inflyasiya artımına təsir göstərdi. 2020-ci ilin sonunda başlayan COVID-19 infeksiyası əleyhinə vaksinasiyanın qlobal yayılması davam etdi. İl ərzində COVID-19 ilə bağlı məhdudiyyətlər ləğv edildi və beynəlxalq sərhədlər yenidən açıldı.

Fevral ayından etibarən Rusiyanın Ukraynanı işğal etməsi beynəlxalq qınaqlara, yüzlərlə şirkətin Rusiyadan çıxarılmasına, sanksiyalara, nüvə təhdidlərinə, 15,7 milyon ukraynalının (8 milyon məcburi köçkün və 7,7 milyon qaçqın) öz yurd-yuvasından didərgin düşməsinə və İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük silahlı münaqişəyə səbəb oldu.

2022-ci ildə dünya əhalisinin sayı 8 milyardı keçdi. Bu il həmçinin tanınmış dünya liderlərinin, o cümlədən Sindzo Abe, Mixail Qorbaçov, II Yelizaveta, Tszyan Tszemin, XVI Benedikt və s. ölümləri ilə yadda qaldı.

Hadisələr

Yanvar thumb|220x220px|Qazaxıstan etirazları thumb|220x220px|Hunqa Tonqa–Hunqa Haapay sualtı vulkanının püskürməsi thumb|220x220px|Dünyada 10 milyard dozadan çox COVİD-19 vaksini kütləvi şəkil tətbiq edilib 1 yanvar — Avstraliya, Bruney, Kamboca, Çin, Laos, Yaponiya, Yeni Zelandiya, Tailand, Sinqapur və Vyetnam üçün dünyanın ən böyük azad ticarət zonası olan Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq qüvvəyə mindi 2 yanvar Qazaxıstan etirazları: Qazaxıstanın Mangistau vilayətinin Janaozen şəhərində qazın bahalaşmasına qarşı etirazlar başladı Sudan Baş naziri Abdullah Hamduk etirazlar fonunda istefa verdi 4 yanvar — Qazaxıstan etirazları: Qazaxıstanın Almatı, Janaozen, Aktau və Mangistau vilayətlərində yanacağın bahalaşmasına qarşı etiraz aksiyaları oldu 4 — 6 yanvar — Nigeriya quldur münaqişəsi: Nigeriyanın Zamfara ştatında quldurlar tərəfindən 200-dən çox insan öldürüldü. Bu Nigeriya tarixindəki ən ölümcül terror hücumu idi 5 yanvar Qazaxıstan etirazları: Bütün Qazaxıstan ərazisində fövqəladə vəziyyət elan edildi. Qazaxıstan Baş naziri Askar Mamin etirazlar fonunda istefa verdi. Keçmiş Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Qazaxıstanın Təhlükəsizlik Şurası vəzifəsindən kənarlaşdırıldı 6 yanvar — Qazaxıstan etirazları: KTMT Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin xahişi ilə ölkəyə sülhməramlılar göndərdi 7 yanvar — COVID-19 koronavirus pandemiyası: Qlobal yoluxma sayı 300 milyonu keçdi 9 yanvar — 6 fevral — 2021 Afrika Millətlər Kuboku (Kamerun) Çempion: Seneqal 10 yanvar — ABŞ-nin Merilend ştatının Baltimor şəhərində donuzdan insana ilk uğurlu ürək transplantasiyası həyata keçirildi 11 yanvar — Qazaxıstan etirazları: Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev asayişin bərpa olunduğunu və etirazların bitdiyini elan etdi. KTMT sülhmərahlılarının Qazaxıstandan çıxarılmasına başlandı 14 — 15 yanvar — Nigeriya quldur münaqişəsi: Nigeriyanın Kebbi ştatının Dankade kəndində quldurlar tərəfindən 50-dən çox insan öldürüldü 15 Yanvar — Hunqa Tonqa–Hunqa Haapay vulkanının püskürməsi: Tonqada Hunqa Tonqa–Hunqa Haapay adlı sualtı vulkan püskürdü. Avstraliya, Kanada, Çili, Fici, Yaponiya, Yeni Zelandiya, Samoa və ABŞ-də sunami xəbərdarlığı edildi. Bu XXI əsrin ən güclü vulkan püskürməsi oldu 16 Yanvar — Avstraliya Federal Məhkəməsi dünyada bir nömrəli tennisçi olan Novak Cokoviçin vizasını ləğv etdi və onu 3 il müddətində Avstraliyadan deportasiya etdi. Novak Cokoviç COVID-19 infeksiyasına qarşı peyvənd olunmadığı üçün belə qərar verildi 18 Yanvar — Microsoft şirkəti Activision Blizzard şirkətini 68,7 milyard dollar dəyərində sövdələşmə ilə alacağını elan etdi. Bu sövdələşmə bir texnologiya şirkətinin tarixdəki ən böyük alışıdır 19 Yanvar 2022 Barbados Ümumi seçkiləri: Barbados İşçi Partiyası Məclis Palatasında 30 yerin hamısını qazandı. Partiya lideri Mia Mottli 69,03% səs ilə yenidən Baş nazir seçildi Qazaxıstan etirazları: KTMT sülhmərahlılarının Qazaxıstandan çıxarılması başa çatdı. Ölkədə fövqəladə vəziyyət başa çatdı 22 Yanvar — Kanada "Azadlıq Konvoyu" etirazları: Kanadada COVID-19 peyvəndi və karantin qaydalarına qarşı çıxan yük maşını sürücüləri tərəfindən etirazlar başladı 23 Yanvar Mozambik, Malavi və Madaqaskarda tüğyan edən “Ana” tropik fırtınası bir sıra dağıntılara, 88 nəfərin ölümünə səbəb oldu Burkina-Faso dövlət çevrilişi: Burkina-Fasoda hərbi zabit Pol-Anri Sandaoqo Damibanın rəhbərliyi ilə hərbi çevriliş baş verdi. Prezident Rok Mark Kristian Kabore saxlanılaraq vəzifəsindən uzaqlaşdırıldı. Parlament və hökumət buraxıldı. Burkina-Faso Afrika İttifaqı, Beynəlxalq Frankofoniya Təşkilatı və Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən çıxdı 28 Yanvar — COVID-19 koronavirus pandemiyası: Qlobal vaksinasiya sayı 10 milyardı keçdi 30 Yanvar — 2022 Portuqaliya Parlament seçkiləri: Portuqaliya Sosialist Partiyası Respublika Assambleyasında gözlənilmədən 120 yer qazandı (230 yer var idi). Antoniu Kosta 41,4% səs ilə yenidən Baş nazir seçildi

Fevral thumb|220x220px|Kanada "Azadlıq Konvoyu" etirazları thumb|220x220px|2022 Qış Olimpiya Oyunları thumb|219x219px|Petropolis sel fəlakəti thumb|245x245px|Rusiyanın Ukraynanı işğal etməsi 1 Fevral — Kanada "Azadlıq Konvoyu" etirazları: Kanadanın paytaxtı Ottava şəhərində Parlament Təpəsi qarşısında karantin əleyhinə kütləvi etirazlar keçirildi 3 Fevral ABŞ qüvvələrinin Suriyada keçirdiyi əməliyyat nəticəsində İŞİD xəlifəsi Əbu İbrahim Əl-Haşimi Əl-Qureyşi Atma şəhəri yaxınlığında öldürüldü COVID-19 koronavirus pandemiyası: Hindistan 500 min ölüm sayını keçən 3-cü ölkə oldu (ABŞ və Braziliyadan sonra) 4 Fevral — Rusiya və Çin NATO-nun genişlənməsinə, AUKUS təşkilatının yaranmasına qarşı narahatlıqlarını ifadə edən bəyanat yaydı 4 — 20 Fevral — 2022 Qış Olimpiya Oyunları (Pekin, Çin) 1 - Norveç (37 medal) 2 - Almaniya (27 medal) 3 - Çin (15 medal) 5 Fevral — CAR, Mavriki, Reünyon və Madaqaskarda tüğyan edən "Batsiray" siklonu bir sıra dağıntılara, 123 nəfərin ölümünə səbəb oldu 6 Fevral Böyük Britaniya kraliçası II Yelizaveta taxta çıxdığı günün 70 illiyini qeyd etdi 2022 Kosta-Rika Ümumi seçkiləri (I tur) 8 Fevral — COVID-19 koronavirus pandemiyası: Qlobal yoluxma sayı 400 milyonu keçdi 13 Fevral — 2022 Almaniya Prezident seçkiləri: Almaniya Sosial Demokrat Partiyası nümayəndəsi Frank-Valter Ştaynmayer 78,04% səs ilə yenidən Prezident seçildi 14 Fevral — Kanada "Azadlıq Konvoyu" etirazları: Kanada Baş naziri Castin Trüdo karantin əleyhinə kütləvi etirazlar səbəbindən ölkə tarixində ilk dəfə fövqəladə vəziyyət rejimi elan etdi 15 Fevral — Petropolis sel fəlakəti: Braziliyanın Rio-de-Janeyro ştatının dağlıq ərazisində yerləşən Petropolis şəhərində güclü yağışların səbəbindən torpaq sürüşməsi və daşqınlar baş verdi. Nəticədə 241 nəfər öldü 21 Fevral — Rusiya-Ukrayna böhranı: Rusiya Ukrayna ərzisindəki Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının müstəqilliyini tanıdı 22 Fevral — Rusiya-Ukrayna böhranı: Almaniya, Böyük Britaniya və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladı 23 Fevral — Rusiya-Ukrayna böhranı: Avropa İttifaqı Rusiyaya qarşı sanksiya tətbiq etdərək, ölkənin maliyyə bazarlarına çıxışını məhdudlaşdırdı 24 Fevral — Rusiyanın Ukraynanı işğal etməsi: Rusiya Ukraynaya genişmiqyaslı işğala başladı Rusiya qüvvələri Çernobıl AES və Zmeinı adasını ələ keçirdi 25 Fevral — Rusiyanın Ukraynanı işğal etməsi: Rusiya qüvvələri Konotop şəhərini işğal etdi UEFA Çempionlar Liqasının finalı Rusiyanın Sankt-Peterburq şəhərindən alınaraq, Fransanın paytaxtı Paris şəhərinə verildi 26 Fevral — Rusiyanın Ukraynanı işğal etməsi: ABŞ, Aİ və Böyük Britaniya Rusiyanın bir sıra banklarını SWIFT qlobal maliyyə sistemindən kənarlaşdırmaq, habelə Rusiyanın Ukraynanı işğal etməsinə cavab olaraq Rusiya Mərkəzi Bankına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək barədə razılığa gəldi 27 Fevral Rusiyanın Ukraynanı işğal etməsi: Rusiya prezidenti Vladimir Putin Rusiya ordusuna nüvə qüvvələrini xüsusi hazırlıq vəziyyətinə gətirməyi əmr etdi Avropa ölkələri öz hava məkanlarını Rusiya üçün bağladı Belarusda keçirilən konstitusiya referendumu nəticəsində ölkənin nüvəsiz statusunu ləğv edildi və ölkədə Rusiya qüvvələrinin daimi olaraq yerləşdirilməsinə icazə verildi 28 Fevral — Rusiyanın Ukraynanı işğal etməsi: Rusiya və Ukrayna rəsmiləri sülh danışıqlarının ilk raundu üçün Belarus-Ukrayna sərhədində görüşdülər, lakin heç bir nəticə əldə edilmədi Futbol idarəetmə orqanları FİFA və UEFA Rusiya klublarını və milli komandalarını bütün yarışlardan uzaqlaşdırdı

Mart thumb|293x293px|2022 Cənubi Koreya Prezident seçkiləri thumb|220x220px|Mariupol teatrı hava hücumundan sonra 1 Mart — Rusiyanın Ukraynanı işğal etməsi: Rusiya qüvvələri Metitopol şəhərini işğal etdi Dünya Atletikası həm Rusiya, həm də Belarusun bütün yarışlarında yarışmağı qadağan etdi BMT Rusiyanın Ukraynanı işğal etməsini pisləyən, Rusiya qoşunlarının dərhal Ukraynadan çıxarılmasını tələb edən qətnamə qəbul etdi 2 Mart — Rusiyanın Ukraynanı işğal etməsi: Rusiya qüvvələri Xerson şəhərini işğal etdi BMT bildirir ki, 1 milyondan çox qaçqın Ukraynadan qonşu ölkələrə qaçıb Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Ukraynanı işğal etməsi ilə bağlı təhqiqata başladı 3 Mart Rusiyanın Ukraynanı işğal etməsi: Zaporojye AES Rusiya tərəfinfən vuruldu. Nəticədə stansiyada yanğın başladı. Dünya liderləri bu hadisəni qınadı 2022 Ermənistan Prezident seçkiləri: Ermənistan yüksək texnologiyalar sənayesi naziri və keçmiş İrəvan meri müstəqil siyasətçi Vaaqn Xaçaturyan Ermənistan Milli Assambleyası tərədindən 71 deputatın səs çoxluğu ilə (107 deputat var idi) Prezident seçildi 4 — 13 Mart — 2022 Qış Paralimpiya Oyunları (Pekin, Çin) 1 - Çin (61 medal) 2 - Ukrayna (29 medal) 3 - Kanada (25 medal) 4 Mart Rusiyanın Ukraynanı işğal etməsi: Rusiya qüvvələri Enerhodar şəhərini işğal etdi Vəziristan münaqişəsi: Xorasan vilayəti İslam dövləti adından bir əfqan şəxs Pakistanın Hayber-Paxtunxva əyalətinin Pişəvər şəhərində şiə məscidində intihar hücumu etdi. Nəticədə 63 nəfər öldü və 196 nəfər yaralandı 7 Mart — COVID-19 koronavirus pandemiyası: Qlobal ölüm sayı 6 milyonu keçdi 8 Mart Rusiyanın Ukraynanı işğal etməsi: ABŞ və Böyük Britaniya Rusiya neftinə qadağa qoyduqlarını, Aİ isə Rusiya qazına olan tələbatı ⅔ nisbətində azaltdığını elan etdi Nigeriya quldur münaqişəsi: Nigeriyanın Kebbi ştatında quldurlar tərəfindən 80-dən çox insan öldürüldü 9 Mart 2022 Cənubi Koreya Prezident seçkiləri: Xalq Gücü Partiyası namizədi Yun Sok Yol Koreya Demokratik Partiyası lideri Li Cemyunu məğlub etdi və 48,56% səs ilə Prezident seçildi Rusiyanın Ukraynanı işğal etməsi: Ukraynanın Mariupol şəhərində yerləşən xəstəxanaya (doğum və uşaq şöbəsi də daxil olmaqla) Rusiya hava hücumları etdi. Bu hadisə dünya liderləri tərəfindən qınandı 10 Mart — 2022 Macarıstan Prezident seçkiləri: Fides Partiyası namizədi Katalin Novak 72,87% səs ilə Prezident seçildi 11 Mart — Qabriel Boriç 36-cı Çili Prezidenti olaraq vəzifəyə başladı və Çili tarixində ən gənc prezident oldu 12 Mart 2022 Türkmənistan Prezident seçkiləri: Türkmənistan Demokrat Partiyası namizədi Sərdar Berdiməhəmmədov 72,97% səs ilə Prezident seçildi Rusiyanın Ukraynanı işğal etməsi: Rusiya qüvvələri Buça şəhərini işğal etdi 15 Mart — Şri-Lanka etirazları: Şri-Lankada böyük müxalifət partiyası olan Birləşmiş Xalq Cəbhəsi Partiyasının on minlərlə tərəfdarı Prezidentin istefasını tələb edərək etiraz aksiyaları keçirdi 16 Mart — Rusiyanın Ukraynanı işğal etməsi: Rusiya qüvvələrinin Mariupol şəhərində yerləşən teatra hücumu nəticəsində içəridə sığınan təxminən 600 mülki şəxs həlak oldu 21 Mart — China Eastern Airlines şirkətinin 5735-ci reysi Çinin Quansi-Çjuan Muxtar Rayonunda qəzaya uğradı. Təyyarədə olan 123 sərnişin və 9 ekipaj üzvü həlak oldu