Burada Azərbaycan Premyer Liqasında bir mövsüm ərzində ən çox qol vuran oyunçuların mövsümlərə görə sıralaması qeyd olunacaq. 1992-ci ildən başlayan liqanın ilk bombardiri 33 oyuna 39 qol vuran Nazim Əliyevdir. Son bombardiri isə 2021–2022 mövsümündə 12 qol vuran Qarabağın futbolçusu Kadi Borqesdir.
Bu günə qədər 21 fərqli futbolçu ən çox qol vuran futbolçu adına yiyələnib. 3 dəfə bombardir olmağı bacaran Nazim Əliyev ən çox bu adı qazanan futbolçudur. 2 dəfə bombardir olan Zaur Ramazanov isə bu kateqoriyada ikincidir. Nazim Əliyev həmçinin ən çox — 3 fərqli klubun heyətində bombardir olmağı bacaran ilk oyunçudur. Bombardirlik titulunu qazanan 20 fərqli futbolçudan 13-ü yerli, 8-i isə xarici futbolçu olub. İlk dəfə bombardir olan legioner futbolçu Şəmkirin heyətində 1999–2000 mövsümündə 16 qol vuran Badri Kvaratsxeliya olmuşdur. Mövsüm ərzində ən çox qol vurmağı bacaran digər gəlmə futbolçular isə Yakuba Bamba, Valter Quqlemon, Georgi Adamiya, Bahodir Nasimov, Nikolas Kanales, Reynaldo Silva və Dani Kintanadır.
5 mövsümdə bombardir məhz Neftçi klubun futbolçusu olmuşdur ki, bu kateqoriyada Neftçi birincidir. İkincilik isə Qarabağdadır. 4 fərqli mövsümdə qol kralı Qarabağın heyətindən olan futbolçu olmuşdur.
Premyer Liqa tarixində sadəcə 1 mövsümdə bombardirlik 2 oyunçu tərəfindən paylaşılmışdır. 1995–1996 mövsümündə Kəpəzin 2 futbolçusu — Rövşən Əhmədov və Fazil Pərvərov 23 qol vurub, lakin daha az sayda oyun keçirdiyi üçün Fazil Pərvərov birinciliyi əldə edib.
Mövsümlərə görə bombardirlər thumb|right|Qurban Qurbanov — 1996/97 mövsümü bombardiri MÖVSÜMFUTBOLÇUKLUBOYUNQOL1992Nazim Əliyev"Xəzər" (Sumqayıt)33391993Samir Ələkbərov"Neftçi"16161993/94Musa Qurbanov"Turan"29351994/95Nazim Əliyev"Neftçi"24261995/96Fazil Pərvərov"Kəpəz"2623Rövşən Əhmədov"Kəpəz"27231996/97Qurban Qurbanov"Neftçi"29341997/98Nazim Əliyev"Dinamo" (Bakı)23231998/99Alay Bəhramov"Viləş"(Masallı)28241999/00Badri Kvaratsxeliya"Şəmkir"21162000/01Paşa Əliyev"Dinamo-Bakılı"17132001/02Alay Bəhramov"Şəmkir"23152003/04Samir Musayev"Qarabağ"23202004/05Zaur Ramazanov"Karvan"(Yevlax)26212005/06Yakuba Bamba"Karvan"(Yevlax)22162006/07Zaur Ramazanov"Xəzər-Lənkəran"24202007/08Xaqani Məmmədov"İnter"23192008/09Valter Quqlemon"İnter"24172009/10Fərid Quliyev"Standard"29162010/11Georgi Adamiya"Qarabağ"30182011/12Bahodir Nasimov"Neftçi"29162012/13Nikolas Kanales"Neftçi"31262013/14Reynaldo Silva"Qarabağ"31222014/15Nurlan Novruzov"Bakı"30152015/16Dani Kintana"Qarabağ"32152016/17Rauf Əliyev"İnter"26112017/18Baqali Dabo"Qəbələ"27132018/19Mahir Emreli"Qarabağ"26162019/20Baqali Dabo
Mahir Emreli
Stiven Monroz
Peyman Babayi"Neftçi"
"Qarabağ"
"Neftçi"
"Sumqayıt"15
16
19
1972020/21Namik Ələskərov"Neftçi"26192021/22Kadi Borges"Qarabağ"2512
Komandalara görə göstəricilər SIRAKLUBBOMBARDİR SAYIMÖVSÜMLƏR1"Neftçi"81993; 1994/95; 1996/97; 2011/12; 2012/13; 2019/20; 2020/212"Qarabağ"72003/04; 2010/11; 2013/14; 2015/16; 2018/19; 2019/20; 2021/223"İnter"32007/08; 2008/09; 2016/174"Karvan"22004/05; 2005/06"Kəpəz"1995/96
Milliyətə görə göstəricilər MİLLİYƏTBOMBARDİRLİK SAYI Azərbaycan20 Fransa3 Gürcüstan2 Braziliya3 Kot-d’İvuar1 Uruqvay1 Özbəkistan1 İran1
Çempionatlar tarixində 100 qol səddini keçənlər SIRAFUTBOLÇUQOL1Nazim Əliyev1832Müşviq Hüseynov1253Rövşən Əhmədov1164–5Qurban Qurbanov115Samir Ələkbərov1156Alay Bəhramov1087Nadir Nəbiyev1038–9Xaqani Məmmədov102Vadim Vasilyev10210Kənan N. Kərimov101
Ən məhsuldar legionerlər SIRAFUTBOLÇUQOL1Badri Kvaratsxeliya712Georgi Adamiya613Viktor İqbekoyi474Reynaldo Silva445Flip Ozobiç436Branimir Subaşiç427–8Baqali Dabo417–8Leandro Qomeş419–10Fernando Peres409–10Junivan Suares40
Çempionatlar tarixinin ən yaxşı bombardiri Bombardirlər siyahısının lideri Nazim Əliyev 183 qola 236 matçda imza atıb. 1992-ci ildə Sumqayıt "Xəzər"i ilə Azərbaycan çempionatında debüt edən hücumçu qollarından 93-nü bu klubda vurub. "Neftçi"də 42 dəfə fərqlənən Əliyev "Dinamo"da 25, "Qarabağ"da 23 dəfə rəqib qapılarına yol tapıb. 183 qolu 9 mövsümdə vuran forvard 4 klubla buna nail olub. MÖVSÜMKLUBOYUNQOL1992Xəzər (Sumqayıt)33391993Xəzər (Sumqayıt)18111993/94Xəzər (Sumqayıt)29241994/95Neftçi (Bakı)2326Xəzər (Sumqayıt)101995/96Qarabağ (Ağdam)156"Neftçi" (Bakı)14161996/97"Qarabağ" (Ağdam)29171997/98"Xəzər" (Sumqayıt)1311"Dinamo" (Bakı)10121998/99"Dinamo" (Bakı)31131999/00"Xəzər" (Sumqayıt)208 CƏMİ236183
Azərbaycan Çempionatları tarixində rekordlar Bir mövsümdə ən çox qol : 39 Nazim Əliyev (Xəzər) — 1992 Çempionatlar tarixində ən çox qol : 183 Nazim Əliyev
İstinadlar
Kateqoriya:Azərbaycanda futbol