— Yaponiyanın Saytama prefekturasının Saytama şəhərində yerləşən futbol stadionu. Tutumu 21.500 nəfərdir.

Tarixi 1967-ci ildə atletika idman növlərinin keçirilməsi məqsədilə tikilmişdir. Şəhərin mərkəzindən sadəcə 1,5 kilometr uzaqlıqda yerləşir. İlkin tamaşaçı tutumu cəmi 5000 nəfər olsa da, 1982-ci ildə bu rəqəm 8000-ə çatdırılmışdır. 1991-ci ildə stadionu "Urava Red Daymonds" klubunun ev stadionuna çevirmək üçün 1,7 milyard yen pul xərclənmiş və tutum 10.000 nəfər çatdırılmışdır. Lakin işlər bununla başa çatmamış, 1 il yarım sonra 4,5 milyard yen qarşılığında yenidən genişləndirmə işlərinə start verilmişdir. İşlər 1995-ci ilin avqustunda tamamlanmış və tamaşaçı tutumu 21.500 nəfər çatmışdır.

İstifadə Futbol üzrə Yaponiya çempionatının iştirakçı klublarından biri olan "Urava Red Daymonds" 1992-2010-cu illərdə stadionda əsas ev oyunlarını keçirmişdir. 2005-2007-ci illərdə bu klubun əzəli rəqibi "Omiya Ardiya"nın ev oyunları əsas stadionu NAK-5 stadionunun bərpa işləri ilə bağlı olaraq bu stadionda baş tutmuşdur.

Stadion "Urava Red Daymonds" klubunun mənəvi evi hesab olunur.

Qalereya

İstinadlar

Xarici keçidlər Klubun rəsmi saytında məlumat

Həmçinin bax

Kateqoriya:Saytama prefekturası tikililəri Kateqoriya:Yaponiya stadionları Kateqoriya:Omiya Ardiya FK Kateqoriya:Urava Red Daymonds FK Kateqoriya:1967-ci ildə Yaponiyada yarananlar