Minority (ingilis dilindən tərcümədə "azlıq" mənasını verir) — Azərbaycanın ilk onlayn LGBTI (lezbiyan, gey, biseksual, transseksual, interseks) jurnalı olmaqla, bu sahədə müxtəlif – elmi, yaradıcı, psixoloji mövzuları araşdırır və aylıq dərc edir. Jurnalın ilk sayı 2015-ci ilin dekabr ayında dərc edilib.

Jurnalın "Minority" adlandırılmasının səbəbi, bütün azlıqlar kimi seksual azlıqların da cəmiyyətdə yer tapa bilməsinin vacibliyinin vurğulanmasıdır. Minority jurnalının əsas məqsədi Azərbaycan cəmiyyətində illərdir LGBTI insanları haqqında formalaşan yanlış fikirləri dəyişdirmək, insanları bu mövzularda maarifləndirməkdir. Jurnal həmçinin LGBTI mövzusunda müxtəlif şəhər sorğularının keçirilməsini təşkil edir.

Jurnalın baş redaktoru və təsisçisi Səməd İsmayılov, redaktoru Gülnara Mehdiyeva, rəssamı Leyla Əli, yazarları Fərid Əliyev, Sabina İbrahim Kurqunayeva, Mahir İman, Sevinc Qurbanova, N.Novruzov və başqalarıdır.

Jurnala müsahibə vermiş məşhurlar

Jurnalın müxtəlif nömrələrinə məşhur fotoqraf Breyden Sammers, türk moda dizayneri və aktivist Barbaros Şansal, azərbaycanlı model Validə Abbasova, müğənni Nura Suri, iranlı rəqqas Şahrux Moşkin, reper və prodüser ProMete, Azərbaycanı 2014-cü il Eurovision musiqi yarışmasında təmsil etmiş Dilarə Kazimova müsahibə vermişdir.

Mətbuat Şurasının reaksiyası

Jurnalın ilk nömrəsinin yayımlanmasından sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlama ilə çıxış edərək bildrimişdir ki, "Azərbaycanda homoseksuallarla bağlı dərc olunan jurnal milli dəyərlərimizə ziddir." İstinadlar

Kateqoriya:LGBT-KİV Kateqoriya:Azərbaycan jurnalları Kateqoriya:Azərbaycan dilində jurnallar Kateqoriya:2015-ci ildə Azərbaycanda yarananlar