Şahqulu xan Şeyxəli xan oğlu Zəngənə () — Səfəvilər dövlətinin baş vəziri.

Həyatı

Şahqulu xan Şeyxəli xan oğlu İsfahan şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Zəngənə elinin başçısı idi. 1680-ci ildə Kirmanşah bəylərbəyliyinin hakimi təyin edildi. 1691-ci ildən 1699-cu ilədək qorçubaşı vəzifəsində çalışmışdı.

Şahqulu xan Zəngənə 1707-ci ildən 1716-cı ilədək Şah Sultan Hüseyn Səfəvinin baş vəzi, etimadüddövləsi olmuşdur.

Şahqulu xan Zəngənə 1716-cı ildə vəfat edib.

Mənbə Ənvər Çingizoğlu, Zəngənə eli və məşhur şəxsiyyətləri, Bakı, "Soy" dərgisi, 2010. Həmçinin bax

Zəngənə eli Kirmanşah bəylərbəyliyi

Kateqoriya:Zəngənələr Kateqoriya:Səfəvi vəzirləri Kateqoriya:İsfahanda doğulanlar Kateqoriya:Səfəvi dövlətinin baş vəzirləri Kateqoriya:Səfəvi bəylərbəyləri Kateqoriya:Qorçubaşılar