Oqtay Vidadi oğlu Əliyev () — O, televiziya prodüseri, rejissor idi. O, həmçinin 2020-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdü.
Həyatı Oqtay Əliyev 19 iyun 1968-ci ildə İrəvan şəhərində doğuldu. 1975–1985-ci illər İrəvan şəhəri M. F. Axundov adına orta məktəbi bitirdi. 1987–1992-ci illər Azərbaycan Dövlət İncəsənət İnstitutunun "kino və dram rejissoru" fakültəsində təhsil almışdır.
1983–1985-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor köməkçisi işləyib. 1989–1994-cü illərdə Bakı şəhər Mədəniyyət idarəsində rejissor vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycan televiziyasında "Virtuoz" adlı layihənin prodüseri olmuşdur.
1990-cı ildə "Ər və arvad" (Mar Bayciyev), "Molla Nəsirəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" (Panço Pançiyev) pyeslərinin və bir sıra əlamətdar bayramların quruluşçu rejissoru olmuş, ssenarilərini yazıb. 1995-ci ildə A. P. Çexovun "Məmurun ölümü" əsəri əsasında çəkilmiş "Kiçik leytenant" filminin baş prodüseri olub. 1997-ci ildə Space tv-də yayımlanan "Korifey", "Həftə çal-çağırı", "İşdən sonra" verlişlərinin müəllifi və baş prodüseri olmuşdur.
1998-ci ilin oktyabr ayının 5-də yaradılan "SOY production" şirkətinin təsisçisi və prezidenti idi. "Ən yaxşı ssenariyə görə" I Audiovizual festival, Bakı- 2001, "Ən yaxşı animasiya işinə görə" III Beynəlxalq Audiovizual festival Bakı- 2003 mükafatlarını qazanmışdır.
O, "Biz +" jurnalının təsisçisi idi. O, həmçinin 2020-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdü.
Ailəsi Xalq artist Vidadi Əliyevin və xalq artisti Elmira İsmayılovanın övladı, əməkdar artist Dilarə Əliyevanın həyat yoldaşı, Elçin Əlibəylinin qardaşı idi.
Onun Aytən və Banu adında iki qızı var idi.
Ölümü thumb|180px|Oqtay Əliyevin Ümumşəhər qəbiristanlığındakı məzarı Oqtay Əliyev 22 mart 2023-cü ildə 54 yaşında yol qəzasında öldü. Oqtay Əliyevin idarə etdiyi "Lexus Lx470" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində Oqtay Əliyev ölmüş, avtomobildə olan xalq artisti Mehriban Zəki və əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər almışdır.
Televiziya fəaliyyəti
Müəllif və Baş prodüser kimi "Həftə çal-çağırı" — Space tv "İşdən sonra" — Space tv "Zarafatyana" – ANS "Çal-çağır" – ATV "Qırmızı xətt" – ABA "Qərib filmlər" – ABA "Yeni ulduz" (Pop idol) beynəlxalq musiqi yarışması — ATV "Xalq ulduzu" milli musiqi yarışması- ATV "Kim kimdir?" (İntuition) beynəlxalq layihə — ATV "Çal-çağır şou"- ATV "Burada və indi"- ATV "Yalan doğru" (Detector show) beynəlxalq layihə- Space tv "Zəhmətkeş ulduzlar"- Space tv "Gülmək qadağandır" – ATV "Yuxunuz şirin olsun"- Space tv "Cehiz"- ATV "Səs verməyin"- ATV "Şou +" – Space tv "Cer-cehiz"- ATV "Söz oyunu" – ATV "Günaydın"- Space tv "Belə yaxşıdır"- ATV "Tamamla"- ATV
Baş prodüser kimi "Sirr" teleserialı- ATV 3 bacı (film, 2012-2014) (bədii serial) — Space tv "Miras" teleserialı- ATV "Qayınanamız" teleserialı- ATV Hoqqa (film, 2017)
Filmoqrafiya 3 bacı (film, 2012-2014) (bədii serial) — baş prodüser, layihə rəhbəri, rol: münsif Həyat, deyəsən, gözəldir (film, 2022) (tammetrajlı bədii film) — aktyor
İstinadlar
Kateqoriya:Ermənistan azərbaycanlıları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan prodüserləri Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Azərbaycanın jurnal təsisçiləri Kateqoriya:Azərbaycanda yol-nəqliyyat hadisələrində ölənlər Kateqoriya:"Humay" mükafatı laureatları Kateqoriya:"Qızıl Pəri" mükafatı laureatları Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Ümumşəhər qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Azərbaycan aktyorları