Rəşidi Xilafəti () - İslam tarixində ilk 4 xəlifə – "Doğru idarə edilən" və yaxud "Rəşid xəlifələr" dövrünü əhatə edən müştərək bir termindir və Məhəmməd peyğəmbərin ölümündən sonra, 632-ci ildə əsası qoyulmuşdur (Hicri təqvimi ilə 11-ci il). Dövrünün zirvəsində, Xilafət şimalda Ərəbistan yarımadası və Levantdan Qafqaza qədər, qərbdə Misirdən indiki Tunis ərazisinə, şərqdə isə İran yaylağından Mərkəzi Asiyaya qədər uzanan geniş bir imperiyanı əhatə edirdi. Bu cəhətdən, Xilafət öz torpaq sahəsi ilə tarixin bu günə qədərki ən Böyük İmperiyası idi. {| class="wikitable" |Əbu Bəkr |632 |634 |- |Ömər |634 |644 |- |Osman |644 |656 |- |Əli |656 |661 |- |Həsən |01.661 |07.661

Mənşəyi 632-ci ildə, Məhəmməd Peyğəmbərin vəfatından sonra, ailəsinin başı onun dəfn mərasiminə qarışdığı bir zamanda, Mədinə ənsarları müsəlmanları idarə etmək üçün peyğəmbərin yerinə kimin ķeçəcəyini müzakirə ətdilər. Ömər və Əbu Übeydə ibn əl-Cərrah Əbu-Bəkrə öz sədaqətlərini vəd etdilər. Beləliklə, Əbu-Bəkr ilk "Xəlifə-i Resul-il-Lah" — "Allahın Rəsulu"nun davamçısı və ya xəlifə oldu və İslamın təbliği uğrunda mübarizəyə başladı. Əbu-Bəkr başlıca olaraq, Məhəmmədə sədaqət vəd etmələrinə baxmayaraq, ona heç nə borclu olmadıqlarını iddia edən ərəb qəbilələrini tabe etməli olacaqdı. Bir xəlifə olaraq Əbu-Bəkr hökmdar deyildi və nə o, nə də onun 3 xələfi belə bir titul tələb etmirdi. Daha dəqiq desək, onların seçilməsi və hökmranlığı bacarığa əsaslanırdı. Xüsusilə, sünnəyə əsasən, xəlifələrin dördü də evlilik vasitəsilə Məhəmməd peyğəmbərə bağlanmışdı. Onlar İslamı ilk qəbul edənlər idi və cənnətin açıqca vəd edildiyi 10 nəfər arasında idilər, birlik və dəstəkləri ilə Məhəmməd peyğəmbərin ən yaxın əshabələri olaraq onun tərəfindən yüksək qiymətləndirilirdilər və yaranmaqda olan Müsəlman cəmiyyəti daxilində onlara rəhbərlik rolu həvalə edilmişdi.Azyumardi Azra (2006). Indonesia, Islam, and Democracy: Dynamics in a Global Context. Equinox Publishing (London). p. 9. ISBN 9789799988812

Sünnəyə əsasən, Rəşidi Xilafəti termini Məhəmmədin ölümündən sonra xilafətin 30 il yaşayacağı və daha sonra krallıqla davam edəcəyi ilə bağlı məşhur hədisindən meydana gəlibAsma Afsaruddin (2008). The first Muslims: history and memory. Oneworld. p. 55.. Bundan savayı, Sunan Əbu-Davud və Musnad Əhməd-ibn-Hanbaldakı digər hədislərə əsasən, sonlara yaxın "Doğru idarə edilən Xilafət" Allah tərəfindən bir daha bərpa ediləcək.

Əbu-Bəkrin varisliyi Məhəmməd peyğəmbərin ilk əshabələrindən olan Əbu-Bəkr ölümündən əvvəl sadəcə 2 il xəlifəlik etdi. Məhəmməd peyğəmbərin vəfatından sonra Əbu Bəkr, Ömər və onların 2 əshabəsi Məhəmməd Peyğəmbərin varisini seçmək üçün Saqifah yığıncağında toplaşdılar. Müsəlmanlar arasında "xəlifə" seçiminə görə mübahisə başladı . Məhəmməd peyğəmbər ilə 622-ci ildə köç etmiş Məkkə davamçılar (Muhacir'i-lər və ya "Mühacirlər ") və Mədinəli davamçılarının ("Ansarlar") fikirləri üst-üstə düşmədi. Ənsarlar özlərini Məhəmmədin sadiq əshabları kimi elan edib, xilafət namizədliyinə Əbu Ubaidah ibn əl-Cərrahı irəli sürüblər. Sonda isə, Məhəmməd peyğəmbərin ən yaxın dostu Əbu Bəkr "Xəlifə" və ya "Məhəmməd-in varisi" xəlif adına nail oldu. Məhəmməd-in ölümündən sonra dövlət birliyi və sabitlik kimi problemlər ortaya çıxdı. "Ridda" yürüşü Peyğəmbərin həyatda olduğu zamanda başladı, lakin mürtədlərə qarşı müharibə onun ölümündən sonra başladı. Yürüş o qədər güclü idi ki, o bütün Ərəbistan tayfalarına təsir göstərdi. Lakin, Hicaz (Məkkə və Mədinə), Al-Taifin Sakif tayfaları və Omanın Əzd tayfaları istisna olmaqla. Bəzi qəbilələr isə Zəkat ödəməkdən imtina etmişdilər. Bir çox qəbilə liderləri peyğəmbərlik iddiasını irəli sürürdülər. Özünü Peyğəmbər kimi göstərən Asvad Ansi, Cənubi Ərəbistanı işğal etməyə qalxmışdı. Lakin, Yəmən valisi Firuz (fars müsəlman) 30 may 632-ci ildə Asvad Ansini edam etdi. Onun ölüm xəbəri Məhəmməd-in ölümündən sonra Mədinəyə çatdı. Mərkəzi Ərabistanda "saxta", "yalançı" Peyğəmbər olan Musailimanın başçılığı altında hərəkat başladı. Əbu-Bəkr ordusunu 11 hissəyə böldü. Ən güclü hissəsi və müsəlmanların əsas gücü, Xalid ibn əl-Vəlidin başçılığı altında idi. Bu korpus, üsyançı qüvvələrinə qarşı ən güclü mübarizə silahı kimi istifadə edilmişdir. Xalid ən çətin yerlərə göndərilir və Yamameyə daxil olmaqla, bütün döyüşlərdə qələbə qazanır. İl ərzində, "dönüklər"-ə (kafirlərə) qarşı hərbi əməliyyatlar davam edirdi. Bu hərbi əməliyyatlar Əbu Bəkr və birləşmiş ərəb qəbilələrinin qələbəsi ilə başa çatdı. "Mürtədlik üsyanı" hicri təqviminin on birinci ilində tamamlandı. Üsyanlar yatırıldıqdan sonra, Əbu-Bəkr fəth müharibəsinə başladı. Əbu-Bəkr Sasanilər imperiyasının ən zəngin vilayəti olan, İraq ərazisindən başladı. Bundan sonra o, Suriyaya 4 qoşun göndərdi və 634-cü ildə Xalid ibn əl- Vəlidin ordusunu Suriya ərazisinə yolladı.

Ömərin varisliyi Əbu-Bəkr məsləhətçilərinin şərtlərinə baxmayaraq, Öməri hərbi və siyasi şücaətinə görə onu xəlifə adına layiq görürdü. 634-cü ildə Əbu-Bəkrin ölümündən sonra onun vəsiyyəti yerinə yetirildi. Yeni xəlifə, səlifənin başladığı müharibəyə və fəthlərə davam etdi. Xəlifə Ömər Sasanilərə, Bizansa və Misirə qarşı müharibəni davam etdirdi. Bizans və Sasani dövlətlərinin çox güclü və varlı olduğuna baxmayaraq, onların arasında davamcıl, dağıdıcı münaqişə, hər iki tərəfi zəiflətdi. Beləliklə, İslam ordusu asanlıqla onlara qalib gəldi. 640-cı ildə Mesopotamiya, Suriya və Fələstin bütövlüklə Rəşidi Xilafətinin nəzarəti altında idi. 642-ci ildə Misir və 643-cü ildə bütün Fars İmperiyası İslam ordusu tərəfindən fəth edildi. Xilafətin sürətli genişləndirilməsi davam edərkən, Xəlifə Ömər Xilafətin siyasi quruluşunun əsasını qoydu. Verginin səmərəli sistemlə yığılması üçün o, "Divan" yaratdı. Hərbçilər birbaşa dövlətin nəzarəti və onun ödənişi altında idilər. Ömər fəth olunan torpaqlarda, qeyri-müsəlman əhalidən İslamı qəbul etməsini tələb etmir və hökuməti mərkəzləşdirməyə belə cəhd göstərmirdi. O, əhaliyə öz dinini, dilini, ənənəsini qorumağa icazə verdi və onların idarə etmək sistemini dəyişdirmədi. Lakin, nizamlayıcı (qubernator) -"amir" və maaliyyə işlərinə baxan "amil" təyin etdi.

Xəlifə Ömərin qoyduğu əsaslara görə Məhəmməd-in əshabələrinin yaxşı yaşaması üçün Xilafət tərəfindən pensiya verilirdi. Dini tədqiqatlar, öz icmalarında və kənarda mənəvi rəhbərliyi davam etməyə imkan verirdi. Qeyd edək ki, Ömər İslam təqviminin təsisçisi idi. Hicri-qəməri təqvimində illər Hicrətin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi Hicrət adlanır) başladığı gündən — 16 iyul 622-ci il tarixindən nömrələnir.

Osmanın seçilməsi Ölümündən əvvəl, Ömər xəlifə təyin etmək üçün altı nəfərlik şura yaratdı. Şuranın üzvləri Ömər kimi, Qureyş qəbiləsindən idi. Komitə iki adam arasında seçim edirdi: Osman ibn Əffan və Əli ibn Əbu Talib. Əli Banu Həşim sülaləsinin Qureyş qəbiləsindən idi (Məhəmməd Peyğəmbər eyni qəbilədən idi). O, Məhəmməd-in əmisi oğlu və kürəkəni idi. Osman isə Əməvi sülaləsinin Qureyş qəbiləsindən idi.

Osman, xəlifə kimi on iki il fəaliyyət göstərdi. O, xəlifəliyin birinci yarısında Rəşidun xilafətində ən məşhur xəlifə olduğunu üçün bundan həzz alırdı. Lakin xəlifəliyin ikinci yarısında narazılıqlarla üzləşdi.

Misirlilərin başçılığı ilə Əlinin ətrafında müxalifət cəmləşmişdi. Buna baxmayaraq, o, xəlifə olaraq, Osmanın yerinə keçmişdi. Daxili çətinliklərə baxmayaraq, Xəlifə Osman, Ömərin başladığı müharibələri davam etdirdi. Rəşidiyyə ordusu Bizansdan Şimali Afrikaya qədər olan ərazini, İberiya yarımadasının sahil ərazilərini, eləcə də Rodos və Kipr adalarını ələ keçirdi. Hətta, İspaniyaya yürüş etdi. Eləcə də, Siciliyaya 652-ci ildə basqın edildi. Rəşidiyyə ordusu bütün Sasani İmperiyasını ələ keçirdi və onun şərq sərhədlərini İnd çayına qədər uzatdı.

Osmanın ən uzun davam edən işi "Quran-i-Kərim"-ə sonuncu dəfə düzəliş vermək idi. Osmanın səlahiyyəti ilə buradakı fonetik işarətlərə rəbhərləri ilə yazılmağa başladı və beləliklə, qeyri-ərəb dilli insanlar Quranı heç bir çətinlik olmadan anlamağa başladılar. Əlinin təfsir etdiyi Quranın yandırılması və itməsi bu proses zamanına təsadüf edilir. Bundan əlavə, qədim Müsəlmanlar Qurandakı dəyişikliklərlə bağlı şikayət etmədilər. Həmçinin, köhnə əlyazmalar, o zamandan bu günə qədər hələ də mövcuddur.

Osmanın Mühasirəsi Etiraz bir mühasirəyə çevrildi. Müsəlmanlar arasında vətəndaş müharibəsinin qarşısını almaq üçün Osman hər hansı bir hərbi fəaliyyətə başlamaqdan imtina etdi və sülh danışıqlarına üstünlük verdi. Danışıqlardan sonra etirazçılar geri qayıtdılar. Lakin etirazçılar onların edam olunması haqqında fərman olduğu xəbərini aldılar. Etirazçılar qayıtdılar və Osman elə bir fərmanın olmadığına and gətirdi. Etirazçılar onun xəlifə rütbəsindən uzaqlaşdırılmasını tələb etdilər. Osman isə bunu qəbul etmədi. Beləliklə, etirazçılar Osmanın evinə basqın edərək, onu Quran oxuduğu anda öldürdülər.

Böhran və parçalanma Üçüncü xəlifə Osman ibn Əffanın ölümündən sonra, Mədinədə yeni xəlifə Əli ibn Əbu Talib təyin olundu. Tezliklə Əli Osmanın qohumları olan bəzi əyalət əmirlərini vəzifədən azad etdi və onları Əli əl-Əşdar və fars Salman kimi etibarlı köməkçilər ilə əvəz etdi. Bundan sonra Əli paytaxtı Mədinədən, Kufəyə — indiki İraq ərazisində yerləşən Müsəlman qarnizon şəhərinə köçürtdü. Əhali arasında Xəlifə Osmanın öldürülməsinə görə intiqam tələbəri yaranırdı, Zübeyir, Talha və Məhəmmədin dul qadını Ayşənin başçılıq etdiyi üsyançıların böyük ordusu cinayətkarlara qarşı mübarizəyə başladı. Ordu Bəsrəyə çataraq, şəhəri ələ keçirdi və 4000 şübhəli üsyançı ölümə məhkum edildi. Əli Bəsrə istiqamətinə yönəldi və Osmanın qətli üçün intiqam tələb edən Müsəlmanların ordusu ilə birləşdi. Nə Əli, nə də rəqib qüvvələrin liderləri Talha və Zübeyir mübarizə istəməsə də, gecə ikən iki ordu arasinda döyüş baş verdi. Deyilir ki, Sünni Müsəlmanların adətlərinə əsasən, Osmanın qətlinə cəlb olunan üsyançılar Əli və rəqib ordu arasında gedən danışıqların nəticəsindən qorxduqları üçün mübarizəyə başladılar. Çünki, bu danışıqların nəticəsində, Osmanın qatillərinin izinə düşüb, onları öldürə bilərdilər. Beləliklə, bu mübarizə Müsəlmanlar arasında olan ilk mübarizə idi və "Bədəvi Döyüşü" kimi taninir. Əlinin başçılıq etdiyi Xilafət qalib gəldi və mübahisə həll olundu. Məhəmmədin tanınmış əshabələri Talha və Zübeyir bu döyüşdə öldürüldülər və Əli, oğlu Həsən ibn Əlini Ayşəni müşayiət etmək üçün geri, Mədinəyə göndərdi.

İslam tarixinin bu epizodundan sonra, Osmanın intiqamı üçün bir fəryad yüksəldi. Bu dəfə bu, Osmanın qohumu və Suriyanın hökmdarı olan Müaviyyə ibn Əbu Sufyan tərəfindən idi. Lakin, fərz edilir ki, Müaviyyə Osmanın qatilindən intiqam almaqdan çox, xilafəti əlinə keçirmək fikrində idi. Xəlifə Əli, Müaviyyənin qüvvələrini çıxmaza salaraq Siffeyn döyüşündə dövrəyə alır, lakin, məğlub olur. Çünki, Əmr ibn əl-Asın bu döyüşdə Müaviyyənin tərəfini tutur. Bu hadisədən sonra, Əli Nəhrəvan döyüşündə üsyankar Xaridjilərə qarşı mübarizə aparmaq məcburiyyətində qalır. Beləliklə, Əlinin qüvvələri daxili üsyanların nəticəsində zəifləyir və Xilafətin böyük ərazisi Müaviyyənin nəzarəti altına düşür. Bu dövrdə Əli Siciliya, Şimali Afrika, İspaniyanın sahil ərazisini və Anadoluda yerləşən qalaları itirir.

661-ci ildə İbn Mulyamın hökmranlıq dövrü başlayır və İslamda yeni liderin gəlişi, vətəndaş müharibəsinin sonu demək idi.

Hərbi ekspansiya Rəşidyyə Xilafəti tədricən genişləndi. Müsəlmanların 24 illik yürüşləri müddətində Mesopotamiya, Levant, Anadolunun bəzi və Sasani imperiyasının çox hissəsi daxil olmaqla, çox geniş bir ərazilər fəth edildi.

Sasanilərdən fərqli olaraq, Bizans Suriyanı itirdikdən sonra Anadoluya doğru çəkildi. Buna baxmayaraq, müsəlmanlar arasındakı vətəndaş müharibələri yürüşləri uzun illər ləngitdi və Şərqi Roma imperiyasına-Bizansa yenidən möhkəmlənməyə vaxt qazandırdı, lakin Misir Rəşidun ordusu tərəfindən fəth edilərək Bizansın əlindən çıxdı.

Sasani İmperiyasının Fəthi