Barquzin dövlət təbiət biosfer qoruğu — qoruq Buryatiyanın Şimali-Baykal rayonu ərazisində yerləşir. Tarixi mərkəzi Davşa, 2012-ci ildən isə isə Ust-Barquzin qəəsəbəsidir.
Tarixi Barquzin qoruğu Rusiyanın qədim qoruqlarındandlr. Qoruq Zabaykal vilayətinin Barquzin qəzası ərazisində yerləşdirindən Barquzin adlandırılmışdır. Qoruq 1916-cı ilin 29 dekabrında yaradılmışdır. Qoruq yaradılarkən Martes zibellinanın qorunması hədəflənirdi. Bu zaman burada cəmi 20–30 baş olduğu halda, hazırda hər 1 km² əraziyə 1–2 baş düşür. Bu qoruq Oktyabr inqilabına qədər mövcud olmuş yeganə qoruqdur. 1930-cu illərdən qoruğun təyinatı kompleksləşmişdir. 1986-cı ilən YUNESCOnun Biosfer qoruğu statusu alır. 1996-cı ildən "Baykal gölü" ilə birlikdə Ümumdünya irsi siyahısına daxildir.
1997-ci ildə qoruğun yaradılması günü Rusiyada Qoruq və milli parklar günü elan edilir.
2011-ci ildə RF Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin qərarına görə Barquzin qoruğu və Zabaykal Milli Parkının birləşdirilir.
Coğrafiya Qoruq ərazisi Barquzin silsiləsinin qərb ətəkləri və Baykal gölünün bir hissəsini əhatə edir. Qoruğun ərazisi 374 322 hektardır, stəlik bura 15 000 ha Baykal ərazisi də daxildir.
Çayları thumb|300px thumb|300px| "Konstantin Zabelin" gözətçi kateri Davşa Sosnovka (Sol Sosnovka, Sağ Sosnovka) Bolşaya Ezovka Kabanya Şumilixa Qromotuxa Tarkulik Kudaldı Odorçenka Kerma Budarman Kudalkan Aşağı Zadornaya Talamuş Yujnıy Birakab Ulur Toşolqa Urbikan
Burunları Valukan Nemnyanda Çyornıy Urbikan Ponqone Kabaniy
Körfəzləri Davşa Sosnovka Yakşakan Turkukit İrinda
Gölləri Losinoe Karaseyvoe
Heyvanlar aləmi Qoruq ərazisində fauna nümayəndələri qorunur. Burada sığın, müşk maralı, qütb dovşanı, qonur ayı, qonurdiş, Kamçatka marmotu daxil olmaqla 41 məməli yaşayır. Sularında Coregonus migratorius, siqi, nərə, Thymallus, Hucho taimen, Brachymystax və digər balıqlar yayılmışdır.
Şəxsləri Konstantin Alekseyeviç (1885–1934) Zenon Fransiviç Svatoş (1886–1949) Yevgeni Mixayloviç Çernikin (1928–2009)
İstinadlar
Xarici keçidlər Barquzin dövlət təbiət biosfer qoruğu Barquzin dövlət təbiət biosfer qoruğu Barquzin qoruğu Kateqoriya:Rusiya qoruqları