ABŞ-nin Pensilvaniya ştatında yerləşən Riketts Dərəsi Ştat Parkında 24 adlandırılmış şəlalə yerləşir. Bu şəlalələr üç uçurumdan və ya dar dərədən tökülür. Şəlalələrin hündürlüyü 2,7 metrdən 29 metrə qədər (Qanoqa şəlaləsi) dəyişir. Riketts Dərəsi Ştat Parkı XIX əsrin sonlarında, XX əsrin əvvəllərində bu bölgədə 32.000 hektar əraziyə malik olan, lakin dərələrdə yerləşən qədim meşələri qırmaqdan imtina edən, ABŞ Vətəndaş müharibəsində polkovnik kimi xidmət vermiş Brüs Rikettsin adını daşıyır. 1944-cü ildə açılmış park Pensilvaniya Mühafizə və Təbii Ehtiyatlar Departamentinin (PMTED) Ştat Parkları Bürosu tərəfindən nəzarət olunur. Parkdakı bütün şəlalələrin demək olar ki, hamısını 1889–1893-cü illərdə Riketts tərəfindən tikilmiş, 1940-cı illərdə və 1990-cı illərin sonlarında ştat parkı tərəfindən yenidən tikilən Folz cığırından görmək mümkündür. Bu cığırda çıxılan gəzinti "ştatdakı ən möhtəşəm gəzinti" və ya "Şərqdə ən yaxşı gəzintilərdən biri" adlandırılır.Young, p. 66.

Üzərində 10 şəlalənin yerləşdiyi Kitçen çayı Alleqani yaylası ilə Silsilə və Dərə Appalaç bölgəsini bir-birindən ayıran Alleqani cəbhəsi boyunca üzüaşağı axır. Ştat parkındakı dərələr Devon və Daş kömür dövrlərində 370 milyon il əvvəl yaranmış Hantli dağ strukturunun və Ketskil strukturunun süxurlarından əmələ gəlmişdir. Şəlalələr sonuncu buzlaşma dövründə çay hövzəsinin buzlaqlar əriməsi səbəbilə su səviyyəsinin artması nəticəsində əmələ gəlmişdir.

Brüs Riketts hazırkı ştat parkı ərazisində yerləşən şəlalələrin 21-ni özü adlandırmış, adlandırma zamanı yerli Amerika qəbilələrinin adlarından və yer adlarından, eləcə də, ailə fərdlərinin və dostlarının adlarından istifadə etmişdir. Qanoqa dərəsində 10 adlandırılmış, Li dərəsində 8 adlandırılmış və Riketts dərəsində 4–6 adlandırılmış şəlalə var. PMTED 22 şəlaləni, ABŞ Geoloji Araşdırmalar Qurumunun Coğrafi Adlar İnformasiya Sistemi 23 şəlaləni, Skot Braun "Pensilvaniya şəlalələri: Turistlər və fotoqraflar üçün kitabça" adlı kitabında 24 şəlaləni adlandırır. Şəlalələr hər üç dərə üçün çayın yuxarı axını sırasına görə təsvir olunur.

Geologiya thumb|thumbtime=1|right|Parkın ən hündür şəlaləsi olan Qanoqa şəlaləsinin (29 metr) qışda çəkilmiş videosu. Riketts Dərəsi Ştat Parkında yerləşən şəlalələr Alleqani yaylası ilə Silsilə və Dərə Appalaç arasında sərhəd rolunu oynayan Alleqani cəbhəsində yerləşir. Kitçen çayının mənbəyi yarıqlı yaylada yerləşir, çay bu yayladan 3,62 kilometrlik məsafədə təxminən 300 metr aşağı düşür və Alleqani cəbhəsinin yamacı boyunca üzüaşağı axır. Suyun düşüşü əsasən Kitçen çayının qolları tərəfindən əmələ gəlmiş iki dar dərədə — Li dərəsində və Qanoqa dərəsində baş verir. Sözügedən qollar Uoters Mit adlı yerdə görüşür. Li dərəsindəki qolun üzərində 8 adlandırılmış şəlalə yerləşir və qol suqovuşanun şimalındadır. Qanoqa dərəsindəki qolun üzərində isə 10 adlandırılmış şəlalə vardır və qol suqovuşanın şimal-qərbindədir. Riketts dərəsi suqovuşandan cənubda yerləşir və çay Uoters Mitdən üzüaşağı axır. Bundan sonra ərazisinin kələ-kötürlülüyü və şəlalələrin sayı azalır. PMTED-ə görə ümumilikdə bütün Kitçen çayı üçün Riketts dərəsində ancaq dörd adlandırılmış şəlalə var, ABŞ Geoloji Araşdırmalar Qurumunun Coğrafi Adlar İnformasiya Sistemi bu dörd şəlaləni və çaydakı bir şəlaləni daha adlandırır. Braun Pensilvaniyadakı şəlalələr haqqındakı kitabında isə Riketts dərəsində 6-cı şəlaləni göstərir.Brown, pp. 50–52.

Ştat parkındakı süxurlar 340–370 milyon il əvvəl formalaşmışdır. Həmin dövrdə bu ərazi hazırkı Şimali Amerika materikinin böyük hissəsini əhatə edən dayaz dənizin sahilinin bir hissəsini təşkil edirdi. Dənizin şərqindəki hündür dağlar tədricən eroziyaya uğramış və nəticədə, bölgədə gil, qum və çınqıl kimi çöküntülərin miqdarı artmışdır. Çöküntü məhsullarının üzərindəki böyük təzyiq hazırda Kitçen çayının hövzəsində yayılmış süxurların yaranmasına səbəb olmuşdur: qum daşı, şist, alevrolit və konqlomera.

thumb|left|200px|upright|Qanoqa dərəsində 14 metr hündürlükdən tökülən Eri şəlaləsi. Təxminən 250–300 milyon il əvvəl Alleqani orogenezində Alleqani yaylası, Alleqani cəbhəsi və Appalaç dağları formalaşmışdır. Bu hadisə çökmə süxurların parkda toplanmasından xeyli sonra — Qondvananın Afrikaya çevrilən hissəsinin indiki Şimali Amerika materiki olan quru parçası ilə toqquşaraq Pangeyanı əmələ gətirdiyi dövrdə baş vermişdir. O illərdən bu yana 1500 metrə qədər süxur iqlim şəraitinə və çayların təsirinə görə eroziyaya uğramışdır. Keçən 1 milyon il ərzində azı 3 buzlaşma dövrü parkın hazırkı ərazisinin formalaşmasında son və həlledici faktor olmuşdur.Shultz, pp. 372–374, 391, 399, 818.

Buzlaşmaların təsiri ilə Kitçen çayı "Alleqani cəbhəsində axan digər çaylarla müqayisədə bənzərsiz çay"a çevrilmişdir və Kitçen çayı "arasıkəsilməz şəlalələr sırası"na malik yeganə çaydır. Son buzlaşma dövründən öncə Kitçen və Filips çaylarının bölgənin şərq hissəsində hövzələri vardı və hər iki çay hövzəsi Alleqani cəbhəsi ilə məhdudlaşırdı. Bu vəziyyət geri çəkilən buzlaqların Kitçen çayının yaxınlığında — Alleqani yaylasında yerləşən çaylar üzərində iki təbii bənd əmələ gətirməsindən sonra dəyişmişdir. Bu çaylardan biri şimal-şərqdəki Bouman çayı, digəri şimal-qərbdə yerləşən, Fişinq çayının qolu olan Böyük çaydır.

Təxminən 20.000 il əvvəl buzlaqların şimal-şərqə doğru çəkilməsi nəticəsində buzlaq mənşəli göllər yaranmışdır. Əriyən buzlaqlar və göllər səbəbilə Bouman çayın mənbəyi Li dərəsi olmuşdur. Geri çəkilən buzlaqlar 6,1–9,1 metr qalınlığında çöküntünün qalmasına səbəb olmuşdur və yaranan təbii bənd suyun Böyük çaya boşalmasının qarşısını almışdır. Bunun əvəzinə Qanoqa gölündən və hazırda Cin gölü olan ərazidən gələn sular Kitçen çayına istiqamətlənmişdir. Baş verən dəyişikliklər nəticəsində, Kitçen çayının hövzəsi 18 km² artaraq (50 %-dən çox) 52 km² olmuşdur.

Yeni mənbələr sayəsində Kitçen çayının su səviyyəsi artmışdır. Kitçen çayı daha kiçik hövzəyə malik olduğu dövrdə meyilliyi Filips çayında olduğu kimi xeyli stabil idi. Hövzənin böyüməsi Kitçen çayının dərələrdən keçən hissəsinin daha sıldırımlı olmasına səbəb olmuşdur. Kitçen çayı Alleqani cəbhəsinə qədər süxurları aşındırdıqca çayın meyilliyi və uçurumların sayı getdikcə azalır. Gələcəkdə Kitçen çayının ətraf çayların hövzələrinə bənzər hövzəyə malik olacağı ehtimal edilir. Bu proses uzun müddət, hətta yeni buzlaşma dövrünə qədər çəkə bilər.

Strukturlar və şəlalələr thumb|200px|Şəlalədən tökülən su özü ilə qum və çaydaşı gətirir və şəlalə gölünün aşınmasına səbəb olur. Parkda yerləşən şəlalələr Devon və Daş kömür dövrlərindən qalmış daş strukturları üzə çıxarır. Bunlardan ən yenisi və ən hündürü Devon dövrünə və Missisipi subdövrünə aid edilən Hantli dağ strukturudur. Bu struktur zeytun yaşılı rəngindən boz rəngə çalan qumdaşı və boz rəngdən qırmızı rəngə çalan şist qatlarından ibarətdir. Daha alçaq və qədim struktur Ketskill strukturudur. Bu struktur qırmızı şistdən və alevrolitdən təşkil olunmuşdur, yaşı 370 milyon ilə çatır. Hantli dağ quruluşu Alleqani cəbhəsini örtür və onu aşınmadan qorumuşdur. Alleqani cəbhəsinin parkda yerləşən iki hissəsi Şimal dağı və Qırmızı qaya dağı adlandırılmışdır. Qırmızı qaya adı PA 487 yolundan da görülə bilən, Hantli strukturunun qırmızı şistinin və qumdaşının üzə çıxdığı kəmərdən almışdır.Van Diver, pp. 31–35, 153–155. Note: The entire "Atlas of Preliminary Geologic Quadrangle Maps of Pennsylvania" is available as a zip file at #61, here Note: Map 67 is available as a zip file at #67, here

Geoloqlar ştat parkında yerləşən şəlalələri iki yerə bölürlər. Bir qrup şəlalələr kiçik pillələrlə aşağı töküldüyündən və toy tortlarını xatırladığından toy tortu şəlalələri adlandırılırlar. Parkdakı bu növ şəlalələr əsasən Hantli strukturunun incə qumdaşı qatlarının üzərindən tökülür. İkinci növ şəlalalər isə gəlinlik-duvaq şəlalələridir. Gəlinlik-duvaq şəlalələrində su çay yatağında yerləşən şəlalə gölünə çıxıntının üzərindən şaquli istiqamətdə tökülür. Ştat parkında bu növ şəlalələrə Ketskill strukturunun qayaları üzərindən və ya Hantli strukturunun qırmızı şist və qumdaşı süxurları üzərindən tökülərkən rast gəlinir. Parkdakı gəlinlik-duvaq şəlalələrinin yaranmasına səbəb olan çıxıntıları əmələ gətirən bərk süxurlar boz qumdaşıdır. Aşağıda yerləşən yumşaq qırmızı şist su, qum və çınqıl tərəfindən eroziyaya uğrayaraq şəlalə gölü əmələ gətirir.

Riketts Dərəsi Ştat Parkının rəsmi veb-saytında parkdakı şəlalələrin bölgüsündə həm toy tortu şəlalələri, həm də gəlinlik-duvaq şələləri verilib. Lakin Skot Braun "Pensilvaniya şəlalələri: Turistlər və fotoqraflar üçün kitabça" əsərində parkdakı şəlalələri 4 yerə bölmüşdür: şəlalə, kaskad, sürüşmə və uçurum. "Şəlalə" tipi gəlinlik-duvaq şəlalələrinə uyğun gəlir: bərk süxurdan əmələ gəlmiş süxurun üzərindən tökülür. Barun toy tortu şəlalələrini 3 yerə ayırmışdır: kaskad (terraslara malik şəlalələr), sürüşmə və uçurum.Brown, p. xiv

Tarix thumb|upright|175px|left|1890-cı ildə Kitçen çayının yaxınlığında tapılmış yerli amerikalılara məxsus dibçək. Riketts Dərəsi Ştat Parkı Suskuehanna çay hövzəsində yerləşir. Bu ərazilərdə məskunlaşmış ən qədim insanlar İrokez illərində danışan suskuehannoklar olmuşdurlar. Onların sayı xəstəliklərə və İrokezlərin Beş Dövləti ilə apardıqları müharibələrə görə azalmış və 1675-ci ilə qədər onlar məhv olmuş, buralardan köçmüş və ya digər qəbilələrə assimilyasiya olunmuşdurlar. Bundan sonra Suskuehanna dərəsinin torpaqları irokezlərin nəzarəti altına keçmişdir. Onlar şərqdən gəlmiş Şauni və Delavar kimi köçəri qəbilələrə burada yerləşdirmişdilər.Richter, pp. 3–46.

5 noyabr 1768-ci ildə Böyük Britaniya Fort Stanviks müqaviləsi ilə Pensilvaniyada Nyu-Purçeyz kimi tanınan bu torpaları irokezlərdən almışdır.Wallace, p. 159. Bu torpaqlara hazırda Riketts Dərəsi Ştat Parkı olan ərazilər də daxil idi. ABŞ İstiqlal müharibəsindən sonra yerli amerikalıların demək olar ki, hamısı Pensilvaniyanı tərk etmişdir.Wallace, pp. 136–141. Lütsern qraflığı 1786-cı ildə Nortamberlend qraflığından alınmış torpaqlarla təşkil olunmuşdur. Şəlalələrin yerləşdiyi Feyrmont taunşipi isə 1792-ci ildə məskunlaşılmışdır və 1834-cü ildə qraflığa birləşdirilmişdir. Təxminən 1890-cı ildə Kitçen çayındakı bir qayanın altında Murrey Reynolds tərəfindən (şəlalələrin biri onun adını daşıyır) "Suskuehanna regionunun xalqının" stilində bəzədilmiş dibçək tapılmışdır.Wren, p. 56, Plate No. 7.

Riketts ailəsi 1851-ci ildə gələcəkdə ştat parkının tərkib hissəsi olacaq ərazilərə yiyələnməyə başlamışdır. Həmin il İliya Riketts və qardaşı Klemuel Şimal dağında hazırda Qonaqa gölü adlanan ərazinin ətrafında 5.000 ar (2.000 hektar) ərazi götürmüşdürlər. 1852-ci ildə onlar gölün sahilində daş ev tikmiş, oranı meyxana və otel kimi işlətmişdirlər.Petrillo, pp. 40–41. İliyanın oğlu Robert Brüs Riketts (ştat parkı onun şərəfinə adlandırılıb) ABŞ Vətəndaş müharibəsinə siravi əsgər kimi qatılmış, daha sonra polkovnik rütbəsinə qədər yüksəlmişdir. Müharibədən sonra R. B. Riketts Pensilvaniyaya qayıtmış və 1869-cu ildə gölün ətrafında olan əraziləri atasından satın almağa başlamışdır. Sonda onun əlinə dərələr və şəlalələrin də daxil olduğu 80.000 ar (32.000 hektar) ərazi keçmişdir.

Riketts və digər sakinlər təxminən 1865-ci ilə kimi buradakı dərələr və şəlalələr haqqında bixəbər olmuşdurlar. 1865-ci ildə Rikettsin balıqçılığa və Kitçen çayı boyunca gəzməyə gəlmiş iki qonağı tərəfindən dərələrin və şəlalələrin mövcudluğu aşkara çıxarılmışdır. 1872-ci ildə Riketts daş evi üçün üçmərtəbəli taxta ev tikdirmişdir. Taxta ev 1873-cü ildə Şimal Dağı Ev Oteli kimi açılmışdır və Rikettsin qardaşı Frank 1898-ci ilə kimi oteli işlətmişdir.

thumb|350px|Uoters Mit adlı yer. Burada Qanoqa dərəsi (solda, üzərində asma körpü olan) və Li dərəsi (sağda) birləşərək Qlen dərəsini əmələ gətirir.