Əliyev Rövşən Aslan oğlu (Rövşən Nicat; ) — azərbaycanlı kinorejissor, ssenarist, rəssam, bəstəkar, ifaçı. Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının, Azərbaycan Fotoqraflar Birliyinin və Azərbaycan Jurnalist Müharibə Veteranları Assosiasiyasının idarə heyətinin üzvüdür.
Həyatı Rövşən Nicat 1968-ci ildə İmişli rayonunda anadan olub. 1975-1985-ci illərdə rayonun 34 saylı orta məktəbində oxuyub. 1990-ci ildə Bakı Mədəni Maarif Məktəbini rejissor ixtisası üzrə bitirib.
1992-ci ildə Azərbaycan Dövlət Televiziyasınin "Səhər" kanalına rejissor assistenti, 1993-cü ildən isə televiziyanın "Hərbi proqramlar" redaksiyasına rejissor təyin olunub. Birinci Qarabağ müharibəsində iştirak edib və döyüşləri lentə alıb. 2000-ci ildən televiziyanın "Maarifçilik" redaksiyasına rejissor təyin olunub. Onlarla televiziya layihələrinin ideya müəllifi və rejissoru olub.
2009-ci ildən dahi rus kinorejissoru Aleksandr Mittanın kino məktəbinin kursantıdır. Mütəmadi olaraq Aleksandr Mitta, Mark Trevis, Nikita Mixalkov, Aleksandr Qordon, Vitali Manskiy, Aleksandr Kuznetsov, Nil Landau, Aleksandr Kaurıx, Piter Vebber, Dmitri Astraxan kimi dünya şöhrətli rejissorlardan ustad dərsləri alıb. 2014-cü ildə Moskva şəhərində məktəbin dəvətilə gəlmiş amerikalı rejissor-ssenarist professor Riçard Krevolinin "İdeyadan ssenariyə 5 addım" tədris metodikası üzrə təhsil alıb və beynəlxalq sertifikata layiq görülüb.
Onlarla bədii-sənədli filmlərin, kliplərin , sosial və reklam çarxlarının müəllifidir.
2008-2010-ci illər ərzində "MOZALAN" kinojurnalında dörd qısametrajlı filmə quruluş verib.
2011-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə cəkdiyi "Sarı gəlin" tarixi-sənədli filminə görə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı "TÜRKSOY"un mükafatı və təşəkkür diplomu ilə təltif olunub.
Bəstəkar kimi vətənpərvərlik mövzusunda bəstələdiyi " Mərdlərimiz amanatı a dağlar", "Vətən", " Mərd əsgərlərik" kimi bir çox mahnılar müharibə dövründə dillər əzbəri olub.
2009-cu ildə "Bakı gecələri" festivalında "Səni gözləyirəm" mahnısına görə iki nominasiyada (ən yaxşı ifa və ən yaxşı şair) diplomlara layiq görülüb.
2015-ci ildən Bakı şəhərində ARAN FİLM PRODUCTİON-a rəhbərlik edir.
2016-cı ildə "MOTİV FİLM SCHOOL" kino məktəbini təsis edib. Pedaqoq kimi onlarla tələbələrə kinomatoqrafiyanın sirrlərini oyrədir.
2019-cu ildən Azərbaycantelefilm yaradıcılıq birliyində rejissor vəzifəsində çalışır.
Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının, Azərbaycan Fotoqraflar Birliyinin və Azərbaycan Jurnalist Müharibə Veteranları Assosiasiyasının idarə heyətinin uzvüdür.
Evlidir. 2 oğlu var.
Filmoqrafiya Toydan sonra (film, 2009) — qısametrajlı film. rejissor Yas mərasimi (film, 2009) — qısametrajlı film. rejissor Heyrəti (film, 2010) — qısametrajlı film. rejissor Xəstə (film, 2010) — qısametrajlı film. rejissor Sarı Gəlin (2011) — sənədli film. rejossor Mən bir Turan yolçusuyam (2011) — Əhməd Cavad haqqında bədii-sənədli film. ssenari müəllifi və rejissor Hərbi marşlar tarixi (2012) — sənədli film. rejossor Haputlar (2006)-sənədli film. rejissor. Gəncə gizlinləri (2007)- bədii-sənədli film. rejissor Mehriban nənəm (2015) — sənədli film. ssenari müəllifi və rejissor. Ömür yolu (2015) — sənədli film. ssenari müəllifi və rejissor. Baharın son günü (2016) —bədii-sənədli film. ssenari müəllifi , rejissor Qarabağ üsyanı (2020)-sənədli film. rejissor Qaranlığın rəngləri (2019) Çempion İlham Zəkiyev haqqında bədii-sənədli film.ssenari müəllifi , rejissor, bəstəkar. Hədiyyə (2021) etnoqrafik film. ssenari müəllifi , rejissor, bəstəkar. Evimizin yuxusu (2022) bədii-sənədli film. ssenari müəllifi, rejissor, bəstəkar Bir əsrin Bəxtiyarı (2022) bədii-sənədli film. ssenari müəllifi və rejissor Şəfalı xatirələr (2022) MN-nin Tibb Xidməti. sənədli film. ssenari müəllifi və rejissor Kətan, Vətən (2023) Döyüşən rəssamlar. sənədli film.ssenari müəllifi və rejissor Komandan (2023) Heydər Əliyev və ordu quruculuğu. sənədli film. ssenari müəllifi və rejissor Qəbələdən qələbəyə (2024) Qəbələ Futbol Akademiyası. bədii-sənədli film. ssenari müəllifi və rejissor Sənətə dəyər (2024) Mehriban Əliyeva və Azərbaycan mədəniyyəti. sənədli film. ssenari müəllifi və rejissor Od və Günəş (2024) sənədli film. Ssenari müəllifi və rejissor Çiçək ömrü (2025) sənədli film. ssenari müəllifi və rejissor Mənim evim-Aran (2025) sənədli film, avtoportret. Ssenari müəllifi, rejissor, bəstəkar Miniatür-Nurun yaddaşı (2026) sənədli film. ssenari müəllifi,rejissor,bəstəkar.
İstinadlar
Ədəbiyyat Məhərrəmova, T. "Sarı gəlin" filmi bir sualdır: [Beynəlxalq Muğam Mərkəzində "Ankaf” şirkətinin istehsal etdiyi eyniadlı filmin rejissoru Rövşən Nicat ilə Təranə Məhərrəmovanın müsahibəsi] //Kaspi.-2012.-15 iyun.-S.16. Nicat, R. "Nənən ölsün, sarı gəlin": "Sarı gəlin" mahnısı rəsmi şəkildə türk dünyasının himninə çevrilməlidir”: [eyniadlı sənədli filmin rejissoru Rövşən Nicat ilə Səlimqızı Cəvahirin söhbəti] //Mərkəz.- 2012.- 14 iyun.- S. 14. Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir: Rövşən Nicat ilə Sevinc Fədainin söhbəti// Xeber365.-2016.-10 aprel.
Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:İmişli rayonunda doğulanlar