Dilək Yarımadası və Böyük Menderes Deltası Milli Parkı () — Qorunma hüququna malik olan Milli park, Türkiyənin qərbində qərarlaşır. İnzibati cəhətdən Aydın ili və Quşadası rayonuna daxildir. Dilək yarımadasının 10, 985 ha ərazisi 19 may 1966-cı ildə milli park statusu alır. 1994-cü ildə onun ərazisinə Böyük Menderes deltası parkın ərazisinə daxil edilmişdir. 1994-cü ildə milli parkın ərazisi 16 690 ha ərazi böyümüşdür
Biologiya Parkın ərazisi rəngarəng bitki və heyvalar aləmi ilə zəngindir. Parkın ərazisi Ramsar konvensiyası, Bern konvensiyası, Bioloji müxtəliflik haqqında konvensiya, və Barselona konvensiyası ilə qorunur.
Flora Temperatur və iqlim rəngarəngliyi səbəbindən park ərazisində təkcə Egey florası deyil həm də bütün Türkiyə ərazisində rasyt gəlinən bitki örtüyünə rast gəlmək olar. Burada Aralıqdənizi regionu, Mərmər dənizi regionu və Qaradənizi regionuna xas bitkiləri görmək olur. Milli park ərazisində 800 növ bitki yetişir. Bunun səkkiz növü endemikdir. Üstəlik park ərazisində 30 aborigen növ vardır. Parkda yayılmış ağac və kollar: Pyrus elaeagrifolia, Eldar şamı (Pinus brutia) və Aşi sumaq (Rhus coriaria). thumb|280px
Fauna Çöl Qabanları (Sus scrofa) park ərazisində sahil zonasına tez-tez baş çəkirlər. Səbəb isə turistlər tərəfindən atılan qida qalıqlarıdır. Yarımadanın meşələrində redgion üçün tipik olan Adi çaqqal (Canis aureus) və Adi vaşaq (Lynx lynx), üstəlik bölgə üçün nadir hallarda müşahidə edilən Zolaqlı kaftar (Hyaena hyaena) və Qaraqulaq (Caracal caracal) kimi heyvanları müşahidə etmək olar.
Park ərazisində 250 növ quş yayılmışdır. Onlardan Kiçik qarabattaq (Microcarbo pygmeus), Kiçik ağ vağ (Egretta garzetta), səhra qızılquşu (Falco naumanni), Charadrius alexandrinus Ağquyruq dəniz qartalı (Haliaeetus albicilla) və Qıvrımlələk qutan (Pelecanus crispus) park ərazisində yuva quraraq bala çıxarır. Dəniz faunası Egey dənizinə xasdır.
İstinadlar
Kateqoriya:Türkiyə milli parkları Kateqoriya:Türkiyənin Əhəmiyyətli Quş Bölgələri Kateqoriya:1966-cı ildə yaradılmış qoruq əraziləri