Lester Siti Futbol Klubu () — Lester şəhərini təmsil edən peşəkar ingilis futbol klubu. Klub İngiltərə futbolunun ali divizionunda — Premyer Liqada çıxış edir. Klub 1884-cü ildə "Lester Fossi" adı altında yaradılıb. 1919-cu ildə klubun adı dəyişdirilərək "Lester Siti" olub.
Klubun azarkeşlər arasında ənənəvi ləqəbi "Tülkülər"dir. Klubun şüarı də bununla bağlıdır — "Foxes never quit" ("Tülkülər heç vaxt təslim olmurlar").
"Lester Siti" ev oyunlarını 111 il ərzində "Filbert Strit" stadionunda keçirib. Klub rəqiblərini 2002-ci ildən 32 min nəfər tutumu olan "Kinq Pauer" stadionunda (əvvəllər "Uokers" kimi tanınan) qəbul edir.
Klubun son dövrlərdə ən yüksək nailiyyəti 2015-16 mövsümündə Premyer Liqada çempion adını qazanmaq olub. Komanda həmçinin, üç dəfə Futbol liqasının Kubokunu qazanıb.
Uğurları Birinci divizion / Premyer Liqa Çempion (1): 2015/16 Vitse-çempion (1): 1928/29 İkinci divizion (rekord) Çempion (7): 1924/25, 1936/37, 1953/54, 1956/57, 1970/71, 1979/80, 2013/14 Vitse-çempion (2): 1907/08, 2002/03 Birinci Liqa Çempion (1): 2008/09 İngiltərə kuboku Finalçı (4): 1949, 1961, 1963, 1969 Futbol liqasının kuboku Sahib (3): 1964, 1997, 2000 Finalçı (2): 1965, 1999 İngiltərə superkuboku Sahib (1): 1971
Hazırkı heyət İngiltərə Premyer Liqası 2015-16 üçün heyəti (4 fevral 2016)
İstinadlar
Xarici keçidlər
BBC Leicester – In pictures: 125 years of Leicester City
Kateqoriya:İngiltərə futbol klubları Kateqoriya:İngiltərə Premyer Liqası klubları Kateqoriya:İngiltərə Futbol Liqası klubları Kateqoriya:Lester Siti FK