Qorxma, mən səninləyəm! 1919 — 1981-ci ildə çəkilmiş "Qorxma, mən səninləyəm" filminin ikinci hissəsi. Filmin ssenari müəllifi və rejissoru Yuli Qusmandır.Azəri, L. “Qorxma, mən səninləyəm!”: 32 il sonra: [Heydər Əliyev Sarayında Xalq artisti rejissor Yuli Qusmanın quruluşunda hazırlanan eyniadlı filmin təqdimatı keçirildi] //Mədəniyyət.- 2013.- 20 noyabr.- S. 7.
Məzmun Film Azərbaycan xalqının necə qəhrəman, şən, musiqisevər, xoşbəxt bir xalq olduğunu göstərir.
Filmdə təhlükəli sərgüzəştlərlə yanaşı, iki gənc qəhrəmanın məhəbbəti də öz əksini tapmışdır. "Romeo və Cülyetta"da olduğu kimi, onlar da iki düşmən tərəfin övladlarıdır.
Ekran əsəri hər bir tamaşaçıda müstəqil Azərbaycanın bugünkü sürətli inkişafı ilə bağlı dolğun təsəvvür yaradır.
Film haqqında Film Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Vayt Media" kino şirkətinin birgə istehsalıdır. Filmin ssenari müəllifi və rejissoru Yuli Qusmandır. operatoru Vadim Alisov quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.
Filmdə, həmçinin tanınmış rusiyalı aktyorlar Lev Durov, Muxtarbek Kantemirov, Mixail Yefremov, Edqar Zapaşnı, Vladimir Dolinskiy, Yuri Kobaladze, eləcə də azərbaycanlı aktyorlar Kristina Güləliyeva, Eldar Qasımov, Həmidə Ömərova, Məbud Məhərrəmov, Teymur Bədəlbəyli, Zaur Şəfiyev, Bəhram Bağırzadə, Nuriyə Əhmədova, Rövşən Əsgərov və başqaları çəkilmişlər.
Təqdimatı 15 noyabr 2013-cü ildə filmin Heydər Əliyev Sarayında təqdimat mərasimi olmuşdur. Birinci xanım Mehriban Əliyeva da mərasimdə iştirak etmişdir.Yuli Qusmanın “Qorxma, mən səninləyəm! 1919” filminin təqdimat mərasimi olmuşdur: Birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak etmişdir: [Heydər Əliyev Sarayında] //Azərbaycan.- 2013.- 16 noyabr.- S.4.
Festivallar və mükafatlar XIV Komediya filmləri festivalı — 2013. Rusiya, Tula şəhəri.“Qorxma, mən səninləyəm! 1919” filmi mükafata layiq görülüb: [Rusiyanın Tula şəhərində keçirilən XIV komediya filmləri festivalında quruluşçu rejissor, həmvətənimiz Yuli Qusman və filmin bəstəkarı Polad Bülbüloğluna diplom təqdim edilib] //Mədəniyyət.- 2013.- 25 dekabr.- S. 3.
Çəkilişə kömək edənlər Heydər Əliyev Fondu
İstinadlar
Mənbə Rafiqqızı, N. “Qorxma, mən səninləyəm-2”: “Filmin çəkilişləri noyabrın əvvəllərində bitəcək”: [quruluşçu rejissoru хalq artisti Yuli Qusman olan eyni adlı filmlə bağlı Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Müşfiq Hətəmovun dedikləri] //Olaylar.- 2011.- 3 noyabr.- S.11.
Xarici keçid
Filmi izlə
Kateqoriya:Azərbaycanın komediya filmləri Kateqoriya:2013-cü ilin filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Rusiyanın komediya filmləri Kateqoriya:2011-ci ilin komediya filmləri