Elmar Qasımov — Halk ləqəbli Azərbaycanlı cüdoçu. Elmar Qasımov Avropa Çempionatının gümüş və bürünc medalçısıdır. 2009-cu ildə Ermənistanın İrəvan şəhərində keçirilən Gənclərin Avropa Çempionatının qızıl medalçısıdır. Azərbaycanı 2012-ci ildə XXX-cu Yay Olimpiya Oyunlarında təmsil etdi və 7-ci yeri tutdu. 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi və gümüş medal qazandı və Azərbaycan xalqı ona bu medallara görə təşəkkür edir.
Həyatı Elmar Qasımov 2 noyabr 1990-cı ildə Azərbaycanın Xırdalan şəhərində anadan olmuşdur. Elmar Qasımov 2000-ci ildən idman ilə məşğul olur. Elmar Qasımov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.
Karyerası Elmar Qasımov birinci uğurunu 2007-ci ildə qazandı. O 20 yaşadək Azərbaycan Çempionatında gümüş, 23 yaşadək Azərbaycan Çempionatında isə bürünc medal qazandı. Həmin il o həmçinin Azərbaycan Çempionatında 3-cü oldu. 2008-ci ildə isə o artıq beynəlxalq yarışlarda iştirak etdi. Elmar Qasımov 20 yaşadək Dünya Çempionatında 7-ci yeri tutdu. 1 ildən sonra isə Elmar Qasımov 2009-cu ildə bütün Azərbaycana tanındı. O Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən Gənclərin Avropa Çempionatında qızıl medal qazandı və onun şərəfinə İrəvanda Azərbaycanın Dövlət Himni səsləndirildi.
200px|thumb|Elmar Qasımov 2015 Avropa Oyunlarının açılış mərasimində Elmar Qasımov 2015-ci ildə Tbilisi və Samsun Qran-Prisində qızıl, Qindgao, Jeju və Tokio Qran-Prisində isə bürünc medal qazandı. O həmin il həmçinin Azərbaycanı I Avropa Oyunlarında təmsil etdi. Həmin yarışların açılış mərasimində Elmar Qasımov Azərbaycanın bayraqdarı idi. Elmar Qasımov 100 kq. çəki dərəcəsində I Avropa Oyunlarında uğursuz çıxış etdi. O 1/16 final mərhələsində Portuqaliyalı Jorge Fonsecaya ipponla məğlub oldu.
Elmar Qasımov 2016-cı ildə Rusiyanın Kazan şəhərində Avropa Çempionatında 5-ci yeri tutdu.
2026-cı ilin oktyabrında Aktau Asian Open 2026 beynəlxalq turnirində bürünc medal qazandı.
Həmçinin bax Azərbaycan 2012 Yay Olimpiya Oyunlarında Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi cüdoçuları Kateqoriya:Azərbaycanın olimpiya cüdoçuları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:Olimpiya gümüş medalına sahib Azərbaycan idmançıları Kateqoriya:2016 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Cüdo üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın əməkdar idman ustaları Kateqoriya:Cüdo üzrə Avropa Oyunları medalçıları Kateqoriya:Avropa Oyunlarının bürünc medalına sahib Azərbaycan idmançıları Kateqoriya:2019 Avropa Oyunlarında cüdoçular Kateqoriya:2015 Avropa Oyunlarında cüdoçular Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar