Tahir Abuzər oğlu Kərimov () — Salyan Rayon İcra Hakimiyyətinin başçısı (2011–2016), Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı (2006–2011).

Həyatı Tahir Kərimov 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirib.

1979-cu ildə Azərbaycan SSR Mənzil Kommunal Nazirliyinin Mənzil Kommunal kontorunda əmtəəşünas vəzifəsində çalışıb. 1979–1981-ci illərdə hərbi xidmətdə olub.

1981–1989-cu illərdə Azərbaycan Respublikası Mənzil Kommunal Nazirliyinin mənzil Kommunal kontorunda fəhlə, çilingər, əmtəəşünas, iqtisadçı, şöbə rəisi, mühasib, baş mühasib vəzifələrində işləyib.

1989–1991-ci illərdə Sənaye Tikinti Birliyində baş mühasib vəzifəsində çalışıb. 1991–1995-ci illərdə "Ümid" İstehsalat Assosiasiyasının Prezidenti olub. 1995–2001-ci illərdə H. Z. Tağıyev adına balıqhisləmə zavodunun direktoru vəzifəsində çalışıb.

2001–2002-ci illərdə "Caspian Fish" LTD şirkətinin baş direktoru vəzifəsində işləyib. 2003–2006-cı illərdə H. Z. Tağıyev adına Balıqhisləmə zavodunda direktor və idarə heyətinin sədri vəzifələrini icra edib.

2006–2011-ci illərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş, 4 mart 2016-cı ildə isə həmin vəzifədən azad edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 4 övladı var.

İstinadlar

Kateqoriya:Daşkəsən Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Salyan Rayon İcra Hakimiyyətinin başçıları