Maritsa A4 avtomagistralı ()- Bolqarıstanda yerləşən avtomagistralıdır. Avtomagistral Çirpan şəhərində başlayır və Türkiyə sərhədindəki Kapitan Andreyevo kəndində başa çatır. IV Panavropa dəhlizinin bir hissəsidir. Lap əvvəllər A1 "Frakiya" avtomagistralına bitişik olub. Yolun açılışı 2013-cü ildə baş tutmalı idi, amma bir sıra ləngimələr nəticəsində avtomagistralın açılışı gecikdirildi. 2015-ci ilin oktyabrında avtomagistral yolun açılışı oldu. Yol eyni adlı çayın şərəfinə adlandırılmışdır.

Tikintisi 2010-cu ilin oktyabr ayında Xarmanli və Lyubimets şəhərlərinin arasında avtomagistralın birinci sahəsinin açılışı oldu. Həmçinin Svilenqradın yerində Kapitan Petko Voyvo ətrafında yeni yolun inşasına başlandı. Bolqarıstan ilə Yunanıstan arasındakı sazişə görə yolun tikintisi sürətləndi. Yolun tikintisi zamanı Xaskovada Neolit dövrünə aid nümunələr aşkar edilmişdir. Kapitan Andreyevo kəndində yolun açılışı 2014-cü ilin avqustunda baş tutdu. 28 may 2015-ci ildə Xaskova-Xarmanli yolunun tikintisi başa çatdı. 2011-ci ilin iyulundan Xarmanliyə gediş dayandırılmışdı. 7 iyunda Svilenqradda (birincisi 1980-ci ildə) ikinci xəttin açılışı oldu. Çirpan–Xaskova yolunun açılışı isə 29 oktyabr 2015-ci ildə baş tutmuşdur.

Maliyyələşdirmə Çirpan-Xaskovo-Xarmanli yolunun tikintisinin maliyyələşdirilməsi Avropa Birliyinin Struktur Fondunun vasitəsilə həyata keçirilmişdir. Türkiyə sərhədindəki kiçik bir sahənin maliyyələşdirilməsi isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən həyata keçirilmişdir. Marşrut xətti artıq mövcud olan I-8 yoluna paralel çəkilmişdir. Bu yol Türkiyədən və Yaxın Şərq ölkələrindən yük daşımada mühüm rol oynayır. Prinsip etibarilə bu yol I-8 yolunun əhəmiyyətinin azalmasına səbəb ola bilər.

Keçdiyi yol Çıxış km Dayanacaqlar Qeydlər 25px 0 25px|link=Frakiya avtomagistralı (Sofiya, Plovdiv, Stara-Zaqora, Yambol, Burqas) Xidmətdə 25px 36.6 Haskovo, Dimitrovqrad 28px|link=I-5 yolu (Bolqarıstan) Xidmətdə 25px 66 Simeonovqrad, Harmanlı Xidmətdə 25px 70.3 Topolovqrad, Harmanlı Xidmətdə 25px 88 Lyubimets Xidmətdə 25px 99 Svilenqrad-qərb; 28px|link=21-ci avtomagistral (Yunanıstan) Xidmətdə 25px 102 Svilenqrad Xidmətdə 20px 25px 114 Kapitan Andreevo 28px|link=I-8 yolu (Bolqarıstan) Xidmətdə 20px 117 Kapitan Andreevo sərhəd keçidi; Ədirnə D100, İstanbul 35px|link=Otoyol_3 Xidmətdə

İstinadlar

Kateqoriya:Bolqarıstan yolları