Aşıq Əhməd () — XIX əsr Azərbaycan aşığı."Telli Saz Ustadları", Bakı, 1964, səh.87–89.
Həyatı Aşıq Əhməd Tovuz rayonunun Güvəndik kəndində anadan olan aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Şeirlərində çar rejimini tənqid etdiyi üçün ömrü boyu təqiblərə məruz qalmış, bu səbəbdən dövrün digər qaçaqları kimi ömrünün çoxunu dağlarda keçirmiş və şeirlərinin çoxu günümüzə gəlib çatmamışdır. Əlimizdə olan şeirləri o dövrün aşıqlarının yaddaşlarında qorunub saxlanılanlardır. Şeirlərində əsasən bəxtindən, sevdasından, istəklərinə, arzularına qovuşa bilmədiyindən şikayət edir.
İstinadlar
Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Tovuz rayonunda doğulanlar