Fatma Sultan () (Osmanlı türkcəsi: فاطمة سلطان) - II. Səlimin və Nurbanu Sultandan doğulan qızıdır. Manisada atası II. Səlimin şahzadəliyi dönəmində dünyaya gəlmişdir. 1574-cü ildə Osmanlı Sədrəzəmi Kanijalı Siyavuş Paşa ilə evlənmişdir. 1580-ci ildə bir qız uşağı dünyaya gətirmiş, ancaq çox keçmədən əvvəlcə qız uşağı, daha sonra isə Fatma Sultan özü vəfat etmişdir. Məzarı atası Sultan Səlimin türbəsindədir.Leslie P. Peirce (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford University Press. s. 106–107. ISBN 978-0-195-08677-5.
Övladları
Sultanzadə Sinan bəy (d. 1575 - ö. 1599) Sultanzadə Mustafa Paşa (ö. 1623) bir qız uşağı (d. 1580)
İstinadlar
Kateqoriya:Osmanlı sultanlarının qızları