Tamer Başar (19 yanvar, 1946, İstanbul) — Urbana-Şampeyn İllinoys Universitetində Elektrik və Kompüter Mühəndisliyi kafedrasının professoru və Perspektiv tədqiqatlar mərkəzinin endoued professoruTamer Başar's homepage , vəzifələrini tutan Türk idarəetmə nəzəriyyəçisi.
Təhsili Tamer Başar 1969-cu ildə İstanbulda yerləşən Boğaziçi Universitetində (əvvəllər Robert Kolleci kimi tanınırdı) elektrik mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi aldı. Yel Universitetindən Mühəndislik və tətbiqi elm sahəsi üzrə Magistr dərəcəsi, Fəlsəfə ustası və Ph.D. dərəcələrini uyğun olaraq, 1970, 1971, 1972-ci illərdə aldı.
Akademik həyatı O, 1981-ci ildə Urbana-Şampeyn İllinoys Universitetinin Elektrik və Kompüter Mühəndisliyi kafedrasına qoşuldu. O, 2008-2009-cu illərdə Amerika Avtomatik İdarəetmə Şurasının seçilmiş prezidenti idi. Tamer Başar 2006-cı ildə Riçard Bellman idarəetmə irsi mükafatına və 2014-cü ildə İEEE idarəetmə sistemləri mükafatına layiq görülüb. O, 2000-ci ildə Qeyri-müəyyənliklə sistemlərin robast idarə edilməsi üçün dinamik oyunlar nəzəriyyəsi və onun tətbiqlərinin inkişafına görə Elektronika, Rabitə və İnformasiya Sistemləri Mühəndisliyi və Sənaye, İstehsalat və Əməliyyat Sistemləri Mühəndisliyi üzrə Milli Mühəndislik Akademiyasına üzv kimi seçildi.
Tədqiqat sahələri Onun elmi tədqiqat sahələri sırasına optimal, robast və qeyri-xətti idarəetmə, irimiqyaslı sistemlər, dinamik oyunlar, stoxastik idarəetmə, qiymətləndirmə nəzəriyyəsi, stoxastik proseslər, riyazi iqtisadiyyat daxildir.
İstinadlar
Xarici keçidlər Tamer Başar www.bu.edu Prof. Dr. Tamer BAŞAR
Kateqoriya:Boğaziçi Universitetinin məzunları Kateqoriya:Yel Universitetinin məzunları Kateqoriya:Türkiyə riyaziyyatçıları Kateqoriya:Türkiyə alimləri Kateqoriya:Türkiyə akademikləri Kateqoriya:IEEE üzvləri Kateqoriya:Oyun nəzəriyyəçiləri Kateqoriya:İdarəetmə nəzəriyyəçiləri Kateqoriya:Türkiyəli elektrik mühəndisləri Kateqoriya:Türkiyə əsilli amerikalılar Kateqoriya:Türkiyə professorları