Arif Şəkərəli oğlu Şəkərəliyev (21 oktyabr 1949; Zəngəzur, Qafan rayonu) — Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq ticarət və gömrük işi" kafedrasının müdiri, Beynəlxalq Menecment Akademiyasının üzvü, Şöhrət ordeni laureatı, iqtisad elmləri doktoru, professor.

Həyatı Şəkərəliyev Arif Şəkərəli oğlu 1949-cu ildə Ermənistan SSR-nin Qafan rayonunda müəllim ailəsində anadan olmuşdur.

1966-cı ildə Bakı Plan-uçot Texmikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ilində D. Bünyadzadə adına Xalq Təsərrüfası İnstitunun "Sənaye iqtisadiyyatı" fakültəsini fərqlənmə diploma ilə bitirmişdir. 1976-cı ildə namizədlik dissertasiyasını və 1991-ci ildə Leninqrad Maliyyə-İqtisad universitetində doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1992-ci ildən professordur.

2000-ci ildən 2006-cı ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi İşlər üzrə Prorektoru vəzifəsini yerinə yetirmişdir.

2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi" adına layiq görülmüşdür.

Dövrü olaraq mətbuatda çıxışlarına, Azərbaycan dövlətinin reallıqlarını təbliğ etdiyinə görə 2002-ci ildə "Azərbaycan Bayrağı" mükafatına, 2003-cü ildə isə "Qızıl Qələm" mükafatına layiq görülüb.

2001-ci ildən "Gömrük işinin təşkili" kafedrasının müdiri vəzifəsini yerinə yetirir. Müxtəlif vaxtlarda universitetin böyük elmi və ixtisaslaşdırılmış müdafiə şurasının sədri və üzvü olub.

2004-cü ildə Beynəlxalq Menecment Akademiyasına üzv seçilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

250-dən çox elmi məqalənin, 60-a yaxın dərslik, dərs vəsaiti, monoqrafiyaların və 500-dən çox qəzet materiallarının müəllifidir. 20-dən çox elmlər namizədi və elmlər doktorunun dissertasiya işlərinə rəhbərlik etmişdir.

Ailəlidir. Dörd övladı var.

Elmi fəaliyyət O 100 nəfərdən çox aspirant və dissertanta elmi rəhbər olmuşdur. 4 nəfər iqtisad elmləri doktoru hazırlamışdır.

Rəhbərliyi altında Elmlər doktoru və Elmlər namizədi dissertasiyası müdafiə etmiş şəxslərin siyahısı 1Əbdürrəhmanova Sədaqət08.00.01"İqtisadi nəzəriyyə" 20012Məmmədov Mahmud08.00.05"Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili" 20023Məmmədli Mübariz08.00.05"Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili" 20034Rəhimova Şəhla08.00.01"İqtisadi nəzəriyyə" 20035Mahmudov Mirənvər08.00.10"Maliyyə-pul tədavülü və kredit" 20046Qəhrəmanov Vüqar08.00.05"Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili" 20047Kazımov Mirəli08.00.05"Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili" 20048Abdullayev Loğman08.00.01"İqtisadi nəzəriyyə" 20059Quliyeva Nərmin08.00.01"İqtisadi nəzəriyyə" 200510Vəliyev Etibar08.00.05"Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili" 200511Qurbanzadə Azər08.00.05"Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili" 200612Agarzayev Azər08.00.05"Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili" 200613Novruzova Bilqeys08.00.10"Maliyyə-pul tədavülü və kredit" 200614Həsənova Afidə08.00.10"Maliyyə-pul tədavülü və kredit" 200715Həsənov Vaqif08.00.05"Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili" 200816Tağıyeva Mehriban08.00.10"Maliyyə-pul tədavülü və kredit" 201017Rüstəmov Famil08.00.05"Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili" 201018Məhərrəmov Amil08.00.05"Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili" doktorluq 201019Sultanov Cəmil08.00.05"Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili" 201020Qəzənfərov Elçin08.00.10"Maliyyə-pul tədavülü və kredit" 201021Köçərli Anar08.00.01"İqtisadi nəzəriyyə" 201122Xasıyeva Leyla08.00.05"Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili" 2012

Rəsmi opponent olduğu doktorluq və namizədlik dissertasiyalarının siyahısı 1Əlibəyov İnqilab08.00.01"İqtisadi nəzəriyyə" doktorluq 20032Şirəliyev Asif08.00.05"Xalq təs-nın iqtisadiyyatı və idarə edilməsi" doktorluq 20043Mikayılova Sevda08.00.01"İqtisadi nəzəriyyə" doktorluq 20104Əliyev Ümidvar08.00.01"İqtisadi nəzəriyyə" 19855Hacıyev Səfər08.00.01"İqtisadi nəzəriyyə" 19876Mustafayev Famil08.00.01"İqtisadi nəzəriyyə" 19997Novruzov Qoşqar08.00.05"Xalq təs-nın iqtisadiyyatı və idarə edilməsi" 20048Rəbbəli Fərhadi08.00.14"Dünya iqtisadiyyatı" 20059Mirzəyev Mirzə08.00.01"İqtisadi nəzəriyyə" 200710Əmiraslanova Nuridə08.00.01"İqtisadi nəzəriyyə" 200811Xanlarzadə Samir08.00.01"İqtisadi nəzəriyyə" 200812Abışlı Laçın08.00.05"Xalq təs-nın iqtisadiyyatı və idarə edilməsi" 201013Qaraxanov Natiq08.00.10"Maliyyə-pul tədavülü və kredit" 201214Mikayılov İmran08.00.10"Maliyyə-pul tədavülü və kredit" 2012

Əsərləri Arif Şəkərəliyev 300-dən çox elmi məqalənin, 60-a yaxın dərslik, dərs vəsaiti, monoqrafiyaların və 500-dən çox qəzet materiallarının müəllifidir.

Seçilmiş kitabları "Ümumilli Lider Heyder Əliyev: amalı yaratmaq, məramı qurmaq, məqsədi xalqına xidmət etmək olan ulu öndər" (2007) "Xidmət sahəsi: social-iqtisadi problemlər" (1990), "Bazarın mahiyyəti və quruluşu" (1992), "Bazar iqtisadiyyatı şəraitindəxidmət sahələrinin inkişafı" (1993) "Beynəlxalq valyuta sistemi və valyuta məzənnəsi" (1993) "Dünya təsərrüfatının formalaşması və beynəlxalq bazarın təşkili" (1994) "İqtisadi nəzəriyyə" (1995), (2000) "Azərbaycan iqtisadiyyatı" (1996) "Biznesin əsasları" (1996) "Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər" (1999) "İqtisadi təlimlər tarixi" (2000) "Keçid iqtisadiyyatı və dövlət" (2000) "Azərbaycan gömrük tarixi" (2001) "Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti" (2001) "Dünya iqtisadiyyatı: müasir dövrün problemləri" (2003) "Gömrük ekspertizası" (2003) "Gömrük işinin təşkili və idarə edilməsi" (2003) "Nobel mükafatı almış iqtisadiyyatçılar və onların nəzəriyyələri" (2004) "Daşınmaz əmlakın iqtisadiyyatı" (2004) "Sahibkarlıq fəaliyyətinin təşkili" (2006) "Xarici iqtisadi fəaliyyətin gömrük-tərif tənzimlənməsi" (2006) "Dövlətin iqtisadi siyasəti: reallıqlar və perspektivlər" (2009) "Dövlətin iqtisadi siyasəti: dayanıqlı və davamlı inkişafın təntənəsi" (2011) "Azərbaycan İqtisadiyyatı:reallıqlar və perspektivlər" (2016)

İstinadlar

Kateqoriya:Zəngəzurda doğulanlar Kateqoriya:Ermənistan azərbaycanlıları Kateqoriya:İqtisad elmləri doktorları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan iqtisadçıları Kateqoriya:Azərbaycanlı iqtisadçılar