Rişard Avedon (, 15 may 1923 — 1 oktyabr 2004) — Amerika fotoqrafı.

Tərcümeyi-halı Rişard Avedon 15 may 1923-cü ildə Nyu-Yorkdə yəhudi ailəsində anadan olmuşdur. Onun xələfləri XIX əsrin sonlarında Rusiyadan ABŞ-yə mühacirət etmişlər.Paula Chin (May 23, 1994), At 71, Assailed by Critics, the Prickly Photographer Says Frankly, 'I Don't Give a Damn How I'm Taken.' People.Richard Avedon biography |url=http://www.biography.com/people/richard-avedon-9193034 |publisher=Biography Channel |accessdate=March 22, 2013}} O, Kolumbiya universitetinə daxil olmuş, lakin 1 il oxuduqdan sonra təhsilini yarımçıq qoymuşdur. Rişard Avedon 1944-1950-ci illərdə "Harper’s Bazaar" jurnalının art-direktoru Aleksey Brodoviçin fotoqrafiya məktəbində təhsil almışdır."Richard Avedon, the Eye of Fashion, Dies at 81" , Andy Grundberg, The New York Times, October 1, 2004. 1946-cı ildə o, həm də "Harper’s Bazaar" jurnalında işləməklə yanaşı, eyni zamanda öz xüsusi studiyasını yaratmışdır. 1966-cı ildə Vogue jurnalında fotoqraf kimi fəaliyyətə başlayan Rişard Avedon 1990-cı ilədək burada işləmişdir.

1960-cı illərdə müharibə əleyhinə hərəkatın və vətəndaş hüquqları uğrunda hərəkatın iştirakçılarının fotolarını çəkmiş və bu fotolar onun "Avedon:The Sixties" albomuna daxil edilmişdir. Bu albomda Rişard Avedon həm də Bitlz, Cenis Coplin, Frenk Zapp, Endi Uorkolun fotoportretlərinə də xüsusi yer ayırmışdır.

1976-cı ildə Rişard Avedon dövlət və siyasi xadimlərin, işgüzar elitanın nümayəndələrinin portretləri daxil olan "Ailə" (The Family) albomunu nəşr etdirdi. Bu alboma ağ-qara şəkillərdən ibarət 69 foto daxil idi. Burada Corc Buşun, Henri Kissincerin, Ronald Reyqanın, Danold Ramsfeldin, həmçinin Kennedi və Pokfellerlər ailəsinin üzvlərinin foto portretləri də var idi. "Ailə" albomu Nyu-Yorkda Metropoliten muzeyində saxlanılır.

1992-ci ildə o, The New Yorker həftəlik mətbuat orqanında çalışmağa başlamışdır. Rişard Avedon ömrünün 82-ci ilində San-Antonio xəstəxanasında beyninə qan sızması nəticəsində vəfat etmişdir.Grundberg. Richard Avedon, the Eye of Fashion, Dies at 81| e New York Times|год=2 октября 2004.

Fotoalbomları 1959 — Observations 1964 — Nothing Personal 1973 — Alice in Wonderland 1976 — Portraits 1978 — Portraits 1947—1977 1985 — In the American West 1993 — An Autobiography 1994 — Evidence 1999 — The Sixties 2001 — Made in France 2002 — Richard Avedon Portraits 2005 — Woman in the Mirror 2008 — Performance

Mənbə Welsh, James Michael ; Gene D. Phillips; Rodney Hill The Francis Ford Copolla Encyclopedia Scarecrow Press Lanham, Maryland 2010, p. 154. Xarici keçid Официальный сайт Подборка работ Ричарда Аведона и его биография Альбом «The Sixties» Портфолио Ричарда Аведона на ArtPages (99 фото) «In the American West» Amon Carter Museum, Fort Worth, Texas Биография, фотографии Работы Аведона в рекламе Ричард Аведон. Биография

İstinadlar

Kateqoriya:ABŞ fotoqrafları Kateqoriya:Portret fotoqrafları Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:ABŞ dizaynerləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:XX əsr fotoqrafları