Qəmərli, Metsamor — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonu kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 8 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.111 qeyd edilmişdir. Kəndin digər adı Gözlü Qəmərli olmuşdurКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство «Мелконян фонд», 1932, с. 82.

Toponim qəmər (antik mənbələrdə kimmer) türk tayfa adınaСтрабон. География, В 17ти кн., Л., 1964. s.469Cəlilov F.A. Qədim türk etnonimləri (2. Qamər «kimmer»). Azərbaycan onomastikası problemlərinə dair konfransın materialları, Bakı, APİ, 1987. s.81-83Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, «Элм», 1990. s.317-321 mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlib «qəmər (kimmer) tayfasının yaşadığı kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı dəyişdirilib Metsamor qoyulmuşdur.

Əhalisi Kənddə 1831-ci ildə 127 nəfər, 1873 - cü ildə 295 nəfər, 1886-cı ildə 347 nəfər, 1897-ci ildə 408 nəfər, 1904 - cü ildə 411 nəfər, 1914 - cü ildə 436 nəfər, 1916-cı ildə 425 nəfər yalnız azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 82-83, 152-153.

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilmiş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdirКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 153.

İndi ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Sərdarabad kəndləri Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri