Səbirə Əliyeva () — Azərbaycanı təmsil edən qadın güləşçi.

Karyerası Səbirə Əliyevanın birinci beynəlxalq turniri 2013-cü ilin fevralında Sofiya şəhərində (Bolqarıstan) baş tutan D. Kolov — N. Petrov beynəlxalq turniri oldu. Səbirə Əliyeva həmin turniri beşinci pillədə başa vurdu. Daha sonra Belarusda baş tutan A. Medved beynəlxalq turnirinin bürünc medalına sahib olan Səbirə Əliyeva, martda Tbilisi şəhərində (Gürcüstan) baş tutan Avropa Çempionatını yeddinci pillədə başa vurdu. İyulda gənclər arasında Avropa Çempionatının qalibi olan Səbirə Əliyeva avqustda gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu.

2014-cü ildə Səbirə Əliyeva əvvəlcə Paris şəhərində (Fransa) Fransa Qran-Prisinin bürünc medalına sahib oldu. Daha sonra Klippan Lady Open beynəlxalq turnirini 8-ci, gənclər arasında Avropa Çempionatını beşinci pillədə başa vuran Səbirə Əliyeva, avqustda Zaqreb şəhərində (Xorvatiya) gənclər arasında Dünya Çempionatını bürünc medalla başa vurdu. İlin sonunda isə o, Rusiyada Moscow Lights beynəlxalq turnirinin gümüş medalına sahib oldu.

2015-ci ilin əvvəlində Səbirə Əliyeva Fransasa Paris Qran-Prisində 8-ci, Polşada U23 Avropa Çempionatında 5-ci, Bolqarıstanda isə D. Kolov — N. Petrov beynəlxalq turnirində 5-ci oldu. Daha sonra Səbirə Əliyeva iyunda İstanbul şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının qızıl, avqustda Salvador şəhərində baş tutan gənclər arasında Dünya Çempionatının isə gümüş medalına sahib oldu. İlin sonunda da Qızıl Qran-Pri beynəlxalq turnirini beşinci pillədə başa vurdu.

2016–2017-ci illərdə isə Səbirə Əliyeva həm nüfuzlu beynəlxalq turnirlərdə mübarizə aparmadı, həm də ciddi nəticələrə imza atmadı. 2016-cı ilin noyabrında Qızıl Qran-Pri beynəlxalq turnirini 14-cü pillədə başa vuran Səbirə Əliyeva, 2017-ci ilin mayında IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.

2018-ci ildə Səbirə Əliyeva Rusiyada baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu. Həmin mövsümdə Səbirə Əliyeva həm də Y. Doğu və A. Medved beynəlxalq turnirlərinin də bürünc medallarına sahib oldu. 2019-2021-ci illərdə isə Səbirə Əliyeva 8 beynəlxalq turniri medalsız başa vurdu. 2019-cu ilin iyununda Belarusda Avropa Oyunlarını beşinci pillədə başa vuran Səbirə Əliyeva 2021-ci ildə Polşada Avropa Çempionatında da beşinici pillənin sahibi oldu. Səbirə Əliyeva 2021-ci ildə 26 yaşında idmanla vidalaşdı.

Nəticələri

SıraİlYarışEv sahibiNəticə12013D. Kolov — N. Petrov beynəlxalq turniri Bolqarıstan5.2A. Medved beynəlxalq turniri Belarus3.3Avropa Çempionatı Gürcüstan7.4Gənclərin Avropa Çempionatı KYRM1.5Gənclərin Dünya Çempionatı Bolqarıstan3.62014Qızıl Qran-Pri Fransa1.7Klippan Lady Open İsveç8.8Gənclərin Avropa Çempionatı Polşa5.9Gənclərin Dünya Çempionatı Xorvatiya3.10Moscow Lights beynəlxalq turniri Rusiya2.112015Paris Qran-Prisi Fransa8.12U23 Avropa Çempionatı Polşa5.13D. Kolov — N. Petrov beynəlxalq turniri Bolqarıstan5.14Gənclərin Avropa Çempionatı Türkiyə1.15Gənclərin Dünya Çempionatı Braziliya2.16Qızıl Qran-Pri Azərbaycan5.

SıraİlYarışEv sahibiNəticə172016Qızıl Qran-Pri Azərbaycan14.182017İslam Həmrəyliyi Oyunları Azərbaycan2.192018Avropa Çempionatı Rusiya3.20U23 Avropa Çempionatı Türkiyə5.21Yaşar Doğu beynəlxalq turniri Türkiyə3.22A. Medved beynəlxalq turniri Belarus3.23Dünya Çempionatı Macarıstan22.24U23 Dünya Çempionatı Rumıniya7.252019Fransa Qran-Prisi Fransa4.26Avropa Çempionatı Rumıniya8.27Avropa Oyunları Belarus5.28Dünya Çempionatı Qazaxıstan16.292020Yaşar Doğu beynəlxalq turniri Türkiyə5.30Avropa Çempionatı İtaliya10.312021Kiyev beynəlxalq turniri Ukrayna12.32Avropa Çempionatı Polşa5.

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın güləşçiləri Kateqoriya:2019 Avropa Oyunlarında güləşçilər Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları Kateqoriya:Güləş üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar