Karl Aleksandr adası, həmcimin Karl Aleksandr Torpağı — Frans-İosif Torpağı arxipelaqı Ziçi adaları qrupuna daxil olan ada. Uzunluğu 29 km, maksimal eni 18 km, sahəsi 329 km² təşkil edir. Adanın böyük hissəsi buzla örtülü olur. Ən hündür nöqtəsi 365 metrdir. Ada şərqdən Rayner adası, cənubdan isə Cekson adası ilə ensiz boğazlarla ayrılır. Ada Avstriya-Macarıstan qütb ekspedisiyasını maliyyələşdirən aristokrat Karl Aleksandrın şərəfinə adlandırılmışdır.

Yaxınlığında yerləşən adalar Çiçaqov adaları — adalar qütb araşdırmaçısı Pavel Vasilyeviç Çiçaqovun şərəfinə adlandırılmışdır. Pontremoli adaları — adalar İtaliyanın Pontremoli şəhəri mərəfinə adlandırılmışdır.

Şimal-şərqində 4 kiçik ada yerləşir: Torup adası — qrupun ən iri adasıdır. Solovyov adası. Koburq. Qouen.

Xəritə Xəritə

Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Frans-İosif Torpağı adaları Kateqoriya:Rusiyanın kimsəsiz adaları Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları Kateqoriya:Arxangelsk vilayətinin yaşayış olmayan adaları