Aldanmış ulduzlar — bəstəkar Məmməd Quliyevin görkəmli dramaturq Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" adlı povesti əsasında yazdığı opera. Libretto - Vidadi Paşayev.
Tarixçə Aldanmış ulduzlar - Proloq, epiloq və dörd məclisdən ibarət opera.
Bəstəkar Məmməd Quliyev, Libretto - Vidadi Paşayev, Quruluşçu rejissor - Əflatun Nemətzadə, Musiqi rəhbər və Dirijor - Rauf Abdullayev, Quruluşçu rəssam - Ə. Almaszadə, Xormeysterlər - N. Məlikov, G. Koryakin, Baletmeysterlər - R. Axundova, M. Məmmədov.
Əsər ilk dəfə 1977-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuşdur.
Məzmun M. F. Axundovun povestinin əsas – xalq və hökmdarlar problemini bəstəkar özündə dram teatrı, balet və pantomima cizqilərini birləşdirən sintetik opera formasında canlandırır. Əsərin janr diapozonunu genişləndirməyə çalışmaqla, müəlliflər operada qədim milli teatr formalarının, bayramlarda meydanlarda göstərilən “Qaravəlli” tamaşaları ənənələrini canlandırmağa cəhd göstərirlər. Bu “teatrda teatr” forması xalq komik nağıllarının, oxşamalarının və teatr tamaşalarının ən müxtəlif personajlarını operaya daxil etməyə imkan verir. Məsələn, bir – birini tamamlayan Keçəl və Kosa belələrindəndir.
Qəhrəmanlar və ifaçilar Kosa - Ə. Haqverdiyev Keçəl - K. Hüseynov Axund - B. Mirzəyev, (C. Əkbərov) Səlma - X. Qasımova Yusif Sərrac - A. Məlikov Şah - F. Mehdiyev Cəmaləddin (münaccim) - A. Kərimov Başbilən (vəzir) - Q. Əliyev Bəhbəhani (saray şairi) - İ. Ələkbərov Yumruqoğlu (sərkərdə) - Ş. Quliyev Fiqaro (əcnəbi elçi) - K. Məmmədov II Elçi - İ. Məmmədov III Elçi - V. Tahirov Cəllad, hərəmlər, rəqqasələr, saray əhli, keşikçilər, xalq nümayəndələri
Ədəbiyyat Ю. ГАБАЙ. "ОБМАНУТЫЕ ЗВЕЗДЫ", Москва, Советская музыка, 1978, № 8, с. 55-58. Zümrüd Dadaşzadə, Musiqinin sadiq cəngavəri, Qobustan. - 2011. - № 2. - S. 11-16 http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=2183 K. Xankişiyeva - Məmməd Quliyevin simfonik yaradıcılığında ənənə və müasirliyə dair КАТАЛОГ СОВЕТСКИХ ПЛАСТИНОК / М. КУЛИЕВ (1936): «Обманутые звезды», Фрагменты оперы (на азербайджанском яз.) , С10—12281-2. 1979. http://records.su/album/18892 Мамед Мехти оглы Кулиев. ОБМАНУТЫЕ ЗВЕЗДЫ. Опера в двух действиях, четырех картинах с прологом и эпилогом. Советские Оперы, Москва, Советский Композитор, 1982, с. 409-411.
Həmçinin bax Aldanmış kəvakib
Kateqoriya:Azərbaycan dilində operalar Kateqoriya:Azərbaycanda opera Kateqoriya:1977-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:1977-ci ilin operaları