300px|thumb|İkinci dünya müharibəsi dövründə minlərlə yəhudi uşaqları qəbul edən Britaniya cəmiyyətinin şərəfinə xatirə lövhəsi, Liverpul-strit stansiyası, London "Kindertransport" əməliyyatı (; ) — İkinci Dünya müharibəsinin başlanmasından 9 ay əvvəl həyata keçirilən xilasetmə əməliyyatı.
Əməliyyatın mahiyyəti Nürnberq irqi qanunlarına əsasən yəhudi hesab edilən uşaqların nasist Almaniyasından, Avstriyadan, Çexoslovakiyadan, Polşadan və Sərbəst şəhər Dansiqdən daşınaraq Böyük Britaniyada yerləşdirilməsindən ibarət idi. Əməliyyatı "Kristal gecə" hadisəsindən dərhal sonra planlaşdırmağa başladılar və yalnız Almaniyanın Polşaya müdaxilə etdiyi gündə başa çatdırdılar. 200 uşaqdan ibarət ilk dəstə "Kristal gecə"dən üç həftə sonra artıq İngiltərənin Harviç limanına çatmışdı. Ümumilikdə Böyük Britaniya təxminən 10.000 yəhudi qaçqın uşağı qəbul etdi. Onlar ölkənin himayədar ailələrində, fermalarda və yataqxanalarda yerləşdirildilər. Həmin uşaqların böyük əksəriyyəti müharibənin şahidi olmuş, bir hissəsi isə Holokostda məhv edilmiş ailələrin həyatda qalan yeganə üzvləri idilər.
"Ümumdünya yəhudi yardım təşkilatı" (o zaman bu təşkilat "alman yəhudilərinin mərkəzi Britaniya fondu" adlanırdı) 1933-cü ildə yaradılmış və "Kindertransport" proqramının həyata keçirilməsində mühüm rol oynamışdır. Əməliyyat nəticəsində xilas edilərək Böyük Britaniyada yerləşdirilən uşaqların hər biri haqqında bütün məlumatlar təşkilatın arxivində saxlanılır. Bu sənədlərin surətləri, yalnız inzibati xərcləri ört-basdır edən kiçik ödəmə müqabilində qaçqın ailələrinin üzvlərinə verilə bilər.
Müharibə illərində bir çox Kindertransport uşaqları Böyük Britaniya silahlı qüvvələrində xidmət edir, tibb bacısı işləyir, qida istehsalında iştirak edir və müharibə ilə bağlı digər sənaye sahələrində fəaliyyət göstərirdilər. Müharibə başa çatanda uşaqların bir neçə mini Böyük Britaniyada qaldı. Onlar yetkin şəxslər kimi Britaniyaya xidmət, sənaye, ticarət, təhsil, müdafiə, rifah, elm və incəsənət sahələrində dəyərli töhfələr vermişdilər. Əməliyyat zamanı xilas edilən uşaqlar arasında, gələcək nobel mükafatı laureatları olub: fizik və astronom Arno Penzias, nəzəriyyəçi-fizik Valter Kon.
"Kindertransport" əməliyyatı mövzusunda müxtəlif bədii və sənədli filmlər çəkilmişdir. 2000-ci il istehsalı olan "Yad əllərdə: Kindertransport hekayələri" () sənədli filmi "Ən yaxşı sənədli film" nominasiyasında Oskar mükafatı qazanmışdır.
Siyasət 270px|thumbnail|left|Yəhudi qaçqın uşaqların London limanına gəlməsi, fevral 1939-cu il. 10 noyabr 1938-ci ildə Almaniya və Avstriyada həyata keçirilən "Kristal gecə", "Sındırılmış vitrinlər gecəsi" hadisələrindən təxminən beş gün sonra Britaniya yəhudi liderlərindən ibarət nümayəndə heyəti şəxsən Britaniyanın baş naziri Nevill Çemberlenə müraciət edərək, Britaniya hakimiyyətindən valideynlərini itirmiş yəhudi uşaqlarının ölkədə müvəqqəti yerləşdirilməsinə icazə verilməsini xahiş etdilər.
Növbəti gün isə Britaniya Nazirlər Kabineti bu məsələni müzakirə etdi və ardınca ölkə Parlamentinə təqdim etmək üçün qanun layihəsi hazırlandı. Qanun layihəsində qeyd edilmişdi ki, hökumət azyaşlılardan 17 yaşa qədər kimsəsiz uşaqların Böyük Britaniyaya girişini mümkün etmək məqsədilə bəzi mühacirət tələblərindən imtina edəcək.
Ancaq qaçqınların sayı ilə bağlı hər hansı bir açıqlama heç zaman ictimaiyyətə açıqlanmamışdır. Əvvəlcə ölkəyə 5000 uşağın gətirilməsi planlaşdırılırdı. Lakin Müstəmləkələrlə İş Üzrə Nazirlik 10.000 qaçqının Britaniya hakimiyyəti altında olan Fələstin ərazisində yerləşdirilməsi ilə bağlı xahişini rədd etdikdən sonra məsələyə məcburən yenidən baxıldı və Britaniyada yerləşdirilməsi planlaşdırılan gənc qaçqınların sayı 15.000-ə çatdırıldı.
Qaçqınlar məsələsi haqqında müzakirələr ərəfəsində 1938-ci il 21 noyabr tarixində Böyük Britaniya İcmalar palatasında daxili işlər naziri Samuel Hor qaçqınların adından fəaliyyət göstərən müxtəlif yəhudi və qeyri-yəhudi cəmiyyətlərini təmsil edən çoxsaylı nümayəndələrlə görüşdü. Adı çəkilən cəmiyyətlər "Almaniyadan olan uşaqların rifahı naminə hərəkat" adı altında dinlərarası təşkilatda birləşdilər. Ölkənin daxili işlər naziri sürətləndirilmiş mühacirət prosesinin həyata keçirilməsi ilə razılaşdı: yol sənədləri ayrı-ayrı xahiş əsasında deyil, qrupun siyahısına əsasən seçilməli idi. Təşkilat öz növbəsində istisnasız bütün uşaqlara sığınacaq söz verirdi. Təşkilat həmçinin, "Kindertransport" əməliyyatının tam şəkildə maliyyələşdirilməsinə hazırlıq işlərinin başlandığını elan etmiş və vəd etmişdir ki, heç bir qaçqın Britaniya hökuməti üçün maliyyə yükü olmayacaq. Götürülmüş hər bir uşaq təkrar mühacirət imkanı üçün 50 funt dəyərində maddi təminat əhəmiyyəti kəsb edirdi: uşaqlar ölkə ərazisində yalnız müvəqqəti müddətə yerləşdirilməli idi.
Təşkili və idarə edilməsi 290px|thumb|right|"Kindertransport" qaçqınları üçün müvəqqəti sənədlər. 1 yanvar 1939-cu il. Çox qısa bir müddət ərzində daha sonralar "Qaçqın uşaqlar hərəkatı" adlanan "Almaniyadan olan uşaqların rifahı naminə hərəkat" "Ümumdünya yəhudi yardım fondu" ilə əməkdaşlığı çərçivəsində öz nümayəndələrini uşaqların seçilməsi və daşınması üçün Almaniyaya və Avstriyaya göndərdi.
25 noyabrda Britaniya vətəndaşları BBC radiosunda Herbert Samueldən yəhudi uşaqlarının himayəyə götürülməsi ilə bağlı çağırış eşitdilər. Tezliklə mövzu ilə bağlı 500-ə yaxın yeni təklif gəldi, "Ümumdünya yəhudi fondu" könüllüləri isə yəhudi uşaqlarını qəbul edəcək evləri yoxlamağa və yaşayış şəraiti haqqında hesabat tərtib etməyə başladılar. Yəhudi uşaqların yəhudi evlərində yerləşdirilməsi ayrıca qeyd edilməmişdi. Könüllülər, həmçinin, himayədar valideynlərin xarakterlərini elə də çox diqqətlə tədqiq etmirdilər. Tələblər yalnız bunlar idi: ev təmiz, ailə isə hörmətli görünməli idi.
Almaniyada daha böyük təhlükə altında olan uşaqların siyahısını tərtib etməklə məşğul olan, gecə-gündüz işləyən könüllülər şəbəkəsi yarandı. Bu siyahıya konsentrasiya düşərgəsində olmuş və ya həbs təhlükəsi altında olan yeniyetmələr, deportasiya təhlükəsi olan polşalı yeniyetmələr və uşaqlar, yəhudi uşaq evlərindəki uşaqlar, valideynləri yoxsulluq həddindən aşağı səviyyədə yaşayan uşaqlar və valideynlərindən biri konsentrasiya düşərgəsində olan uşaqlar daxil edilmişdi. Gənc potensial qaçqınlar aşkar olunduqdan və siyahılar üzrə qruplaşdırıldıqdan sonra, qəyyumlara və himayədar ailələrə uşaqların yola çıxma vaxtı haqqında məlumat verildi. Uşaqlara yalnız içində dəyərli bir əşya olmayan kiçik bir çamadan və 10 mark pul götürməyə icazə verilirdi. Bəzi uşaqların sinələrində yazılan nömrə və kürəklərində yazılan addan başqa heç bir şeyləri yox idi, digər uşaqlar üzərində foto və yazı olan nömrə nişanlı şəxsiyyət vəsiqəsi ilə göndərilib.
200 uşaqdan ibarət ilk dəstə "Kristal gecə" hadisəsindən 3 həftə sonra, dekabrın 2-də İngiltərənin Harviç limanına çatdı. Növbəti 9 ay ərzində İngiltərə heç bir müşayiətçi olmadan əksəriyyəti yəhudilərdən ibarət olan 10.000 uşaq qəbul etdi.World Jewish Relief Əvvəlcə Almaniya və Avstriyadan olan uşaqlar ölkəyə gətirildi. 1939-cu ilin mart ayında alman ordusunun Çexoslovakiyaya daxil olmasından sonra təcili şəkildə Praqadan da yəhudi uşaqlarının köçürülməsinə başlandı. Fevral və avqust aylarında Polşadan qatarlar yola düşdü. Avropanın nasistlər tərəfindən mühasirəyə alınmış ərazilərindən köçürülmələr 1 sentyabr 1939-cu ilədək davam etmişdir. Müharibə başa çatdıqdan sonra bir neçə min uşaq-qaçqın İngiltərədə qaldı. Onlar İngiltərə ordusu, sənayesi, ticarəti, təhsili, elm və incəsənətinə böyük töhfələr verdilər. Məhz həmin gənclərdən dörd nəfər Nobel mükafatı laureatı olmuşdur.
Son köçürmə Qitədən ən son köçürmə (74 uşaq iştirak edirdi) 14 may 1940-cı ildə Hollandiyanın Eymyoyden şəhərindən səfərə çıxan Bodegraven sərnişin-yük gəmisi vasitəsilə həyata keçirildi. Bu köçürmənin təşkilatçısı 1938-ci ildə Vyana şəhərindən baş tutmuş ilk köçürmənin təşkilatçısı holland Gertruda Vismüller-Meyer idi. O, bu uşaqlara qatıla bilərdi, lakin arxada qalmağı seçdi. Bu, xilasetmə əməliyyatı idi, çünki Hollandiyanın işğalı qaçılmaz idi. Növbəti gün Almaniya Hollandiyanı işğal etdi. Bu gəmi ölkəni sərbəst şəkildə tərk edən ən sonuncu gəmi oldu.
Hollandiya 10 may 1940-cı ildən almanların 750.000 nəfərdən ibarət qüvvələrinin hücumu altında olduğundan və bombalandığından uşaqların köçürülməsi haqqında valideynləri ilə məsləhətləşmək üçün vaxt olmadı. Uşaqların təxliyəsi zamanı valideynlər uşaqlarının evakuasiyası haqqında heç nə bilmirdilər. Hətta naməlum mənbələrə görə bir neçə valideyn əvvəlcə bu məsələ ilə bağlı narazı idi və Viysmuller Meyerə bunu etməyə gərək olmadığını demişdilər. 15 maydan sonra Hollandiyanı özbaşına tərk etmək mümkün deyildi, çünki nasistlər ölkənin sərhədlərini bağlamışdılar.
Daşımaların həyata keçirilməsi və proqramın qurtarması 200px|thumb|left|"Uşaq naminə" memorialı, Liverpul-strit stansiyası, London. Nasistlərin qərarına əsasən, köçürülmələr Almaniya limanlarını bağlamamalı idi, buna görə də, əksər qruplar Niderlanda, oradan da dəniz yolu ilə İngiltərə limanlarına göndərildilər. Bərələr əsasən Rotterdam yaxınlığında yerləşən Huk-van-holland şəhərindən yola çıxırdılar. İngiltərə limanlarından uşaqlar qatarla Liverpul-strit stansiyasına göndərildilər və burada onları himayədar ailələr qarşıladılar. Daha əvvəlcədən himayədar ailələri seçilməyən bir neçə uşaq isə müvəqqəti olaraq yay istirahət düşərgələrində yerləşdirildilər. Bununla yanaşı, ən azı bir dəfə Almaniyadan birbaşa daşıma nümunəsi məlumdur: 13 iyun 1939-cu ildə "Avropa" gəmisi Almaniyanın Bremen şəhərindən Sauthemptona gəlib.
İlk "Kindertransport" 1938-ci il 1 dekabr tarixində Berlini tərk etdi və 2 dekabrda 196 uşaqla Harviçə çatdı. Onların əksəriyyəti yəhudi əsilli və 9 noyabr gecəsi alman nasistləri tərəfindən yandırılmış Berlin uşaq evinin sakinləri idilər. Digərləri isə Hamburqdan idilər.
Vyanadan ilk qatar Adolf Eyxmanla aparılan danışıqlardan sonra 10 dekabr 1938-ci ildə 600 uşaqla birlikdə yola düşdü. 500 uşaqdan ibarət olan əsas qrup Harviçə yola salındı və şəhərin yaxınlığındakı Doverkaurt buxtasında istirahət düşərgəsində yerləşdirildi, 100 nəfərdən ibarət digər bir dəstə isə müvəqqəti olaraq Niderlandda qaldı.
Kvakerlərin bir çox nümayəndələri istisnasız olaraq bütün uşaqların himayədar ailə ilə təmin olunmasına əmin olmaq üçün özləri də qruplarla birlikdə Almaniyadan Niderlanda gedirdilər, yaxud onları Liverpul-strit stansiyasında qarşılayırdılar. 1939 və 1941-ci illər aralığında qalmaları üçün himayədar ailə tapılmayan 160 gənc qaçqın, Şərqi Lotianda (Şotlandiya) yerləşən Uittingem məktəbinə göndərilib. Məktəb Böyük Britaniyanın mərhum baş naziri və Balfur Bəyannaməsinin müəllifi olan Artur Balfurun ailə malikanəsi ərazisində yerləşirdi.
1939-cu ilin avqust ayında "Ümumdünya yəhudi yardım fondu" maddi çətinliklə üzləşdi və son qrup 1 sentyabrda hələ də Almaniyada idi. Növbəti gün Almaniya Polşaya daxil oldu, iki gündən sonra Böyük Britaniya, Fransa və digər ölkələr Almaniyaya müharibə elan etdilər. Uşaqlardan ibarət qrup 3 sentyabr 1939-cu ildə Praqanı tərk etdi, lakin ölkədən çıxmaq mümkün olmadı və onlar geri qaytarıldı. Çünki qəfil müharibənin başlanması səbəbindən Niderland ilə olan sərhəd bir müddət bağlı olub.
Sonuncu məşhur, amma artıq qeyri-müntəzəm "SS Bodegraven" bərəsi göyərtəsində 80 uşaqla alman aviasiyasının pulemyot atəşi altında 14 may 1940-cı ildə Niderlandın Eymeyden limanını tərk edib. Bu gün həm də Niderland ordusunun təslim günü kimi tarixə düşüb. Gəmi müvəffəqiyyətlə Liverpula çatıb.
Habonima yataqxanaları və Kindertransport "Habonim" yəhudi gənclər hərəkatı nümayəndələri "Kindertransport" əməliyyatının bir neçə uşağının cənub-qərbi İngiltərədə yerləşdirildiyi yataqxanaların yaradılmasında mühüm rol oynadılar. Sonralar Böyük Britaniyadakı digər yəhudi gənclər hərəkatları tərəfindən də əlavə sığınacaqlar açılıb.