İydəli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 12 km cənubda, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913.s.100 qeyd edilmişdir. 1930 - cu illərdə Qurduqulu rayonun tabeliyində olmuşdurerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.62.
Toponim Azərbaycan dilində işlənən «iydə» bitki adına kəmiyyət bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IV.1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Pştavan qoyulmuşdur.
Əhalisi Kənddə 1831-ci ildə 113 nəfər, 1873 - cü ildə 562 nəfər, 1886-cı ildə 629 nəfər, 1897-ci ildə 706 nəfər, 1904 - cü ildə 880 nəfər, 1914 - cü ildə 934 nəfər, 1916-cı ildə 637 nəfərerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s. 62-63, 138-139, 1918-ci ilin əvvəlində 880 nəfərИстория Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.219 yalnız azərbaycanlı yaşamışdır.
1918-ci ilin fevral ayında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri azərbaycanlılar ata-baba torpaqlarından deportasiya olunmuşdur.
Kəndə Türkiyənin Alaşkert, Bayazid, Samsun vilayətlərindən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 87 nəfər, 1926-cı ildə 55 nəfər, 1931-ci ildə 80 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.62-63, 138-139.
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948-49 - cu illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.
İydəlidə 1918-ci ildə 1000 nəfərdən ibarət əhalisi olan bu kənd erməni danak soyqırım siyasəi qurbanlarının bariz nümunəsidir. Kənd əhalisinə elə divan tutmşlar, elə qırmışlar ki, 1922-ci ildə ancaq 87 nəfər kəndə dönə bilib. Onlar da sıxışdırılıb çıxarılmış, kənd tamamilə erməniləşdirilmşdir.Eldar İsmayıl. "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014.
İstinadlar
Kateqoriya:Sərdarabad kəndləri Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri