Eldar Harun oğlu Məmmədov () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı Eldar Məmmədov 1968-ci il 10 yanvar tarixində Bakı şəhərində doğulmuşdur. 1974-cü ildə Bakıda 189 saylı orta məktəbin birinci sinfinə getmiş, 1982-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra 1985–1989-cu illərdə Riqa Ali Hərbi Siyasi Məktəbdə təhsil almışdır. 1989–1991-ci illərdə Rusiyanın Orenburq vilayətində zabit kimi hərbi xidmətdə olmuşdur. Azərbaycana qayıtdıqdan sonra əvvəl raket qoşunlarında, sonra isə Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsində hərbçi kimi fəaliyyətini davam etdirmişdir.

Döyüşlərdə iştirakı thumb|Xatirə lövhəsi.

Eldar Ağdərədə gedən döyüşlərdə xüsusi fədakarlıq nümayiş etdirən Eldar Məmmədov 1993-cü il 24 fevral tarixində qəhrəmancasına həlak olmuşdur.

Ailəsi Subay idi.

Milli Qəhrəman Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 saylı Fərmanı ilə Eldar Harun oğlu Məmmədov "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.

Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin N saylı sərhəd–keçid məntəqəsi E. Məmmədovun adını daşıyır.

Xatirəsi

Bakı şəhəri, Səbail rayonundakı 189 nömrəli orta ümumtəhsil məktəbi 2015-də 190 saylı məktəblə birləşdirilənə qədər Eldar Məmmədovun adını daşıyıb.

Xarici keçidlər Məmmədov Eldar Milli Qəhrəmanlar Eldar memmedov

Mənbə Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 193.

İstinadlar

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)