Marina Çernova — Rusiyalı akrobatika gimnastıdır. Rusiya Federasiyasını 2015-ci ildə Avropa Oyunlarında təmsil etdi və 3 qızıl medal qazandı. Marina xanım Georgi Pataraya ilə birgə Azərbaycan paytaxtında çoxnövçülük, balans hərəkətləri və temp hərəkətlərində qızıl medal qazandı. Rusiyanın əməkdar idman ustasıdır. 2014-cü ilin Dünya Çempionatınında qızıl medalçısıdır.
Həyatı Marina Çernova 7 mart 1996-cı ildə anadan olmuşdur.
Karyerası Marina Çernova ilk uğurunu 2014-cü ildə Fransada qazandı. O Levallus-Perredə Dünya Çempionatının qızıl medalını qazandı. 1 il sonra isə Marina xanım 2015-ci ildə Azərbaycan paytaxtında böyük uğur qazandı. O Bakıda Avropa Oyunlarında Georgi Pataraya ilə birgə 3 qızıl medal qazandı. Marina Çernova çoxnövçülük, balans hərəkətləri və temp hərəkətlərində qızıl medala layiq görüldü.
Uğurları TurnirYarışMedal2014 Dünya ÇempionatıÇoxnövçülüklink=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Gold_medal_icon.svg|20x20px2015 Avropa OyunlarıÇoxnövçülüklink=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Gold_medal_icon.svg|20x20pxBalans hərəkətlərilink=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Gold_medal_icon.svg|20x20pxTemp hərəkətlərilink=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Gold_medal_icon.svg|20x20px
Dövlət mükafatları Marina Çernova Rusiyanın əməkdar idman ustasıdır.
Həmçinin bax Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Çoxnövçülük) Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Balans hərəkətləri) Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Temp hərəkətləri)
İstinadlar Kateqoriya:Rusiyanın əməkdar idman ustaları Kateqoriya:2015 Avropa Oyunlarında gimnastlar