() və ya qaplan — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin beş üzvündən biridir. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan qaplanların 80%-i Hindistan yarımadasının payına düşür. Quzeydə Sibir, güneydə Hindistan ilə alaydası arasındakı bölgələrdə yaşayırlar.
Qaplanları əvvəl 8 yarımnövə bölürlər ki, onlardan 3-ün artıq nəsli kəsilmişdir. Bunlardan biri Azərbaycanda da rast gəlinən Xəzər pələngi olmuşdur. Bütün dünyada təbiətdə təxminən 7.700 qaplan yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük qaplanları yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Bir çox qaplan kamuflyajların ideal uyğunlaşma təmin etdiyi və sürətli və ya daha çevik ovları yaxalamlarının daha asan olduğu meşələrdə və otlaqlarda yaşayır. 100 il əvvələ qədər Hindistanda, Türkiyədə, Çində, demək olar ki, bütün Asiya qitəsində yaşayan qaplanlara hazırda keçmiş bölgələrinin 93%-də, ümumiyyətlə, rast gəlinmir.
Böyük pişiklər arasında yalnız qaplan və yaquar yaxşı üzgüçülərdir. Qaplanlar tez-tez su hövzələrində, göllərdə və çaylarda yuyunurlar. Onlar, adətən maral, çöldonuzu və s. heyvanlarla qidalanırlar. Buna baxmayaraq, bəzən daha kiçik heyvanlar da onların ovu ola bilir. thumb|right|250px|Poçt markası (1994). Qaplanların ən qorxulu düşməni insandır. Qeyri-qanuni ov və təbii mühitlərinin yox olması qaplanların sayını böyük nisbətdə azaldır. XX yüzilliyin əvvəllərində dünyada 100.000-dən çox qaplan olduğu halda, 2016-cı ildə bu rəqəm 3.890 olmuşdur. Eyni zamanda sümükləri və demək olar, bütün bədən parçaları ənənəvi təbabətdə ağrıkəsicidən afrodizyaklara qədər dəyişən bir çox sahə üçün istifadə edilir. 2016-cı ildə son yüz ildə ilk dəfə olaraq qaplan sayında artım baş vermişdir. Bütün qaplan yarımnövləri təhlükə altındakı növlər siyahısına daxil edilmişdir.
Pələng nə qədər gözəl, qüvvətli və cəld olsa da, bir o qədər ehtiyatlı və qorxaqdır. O öz ovunun üstünə 6-7 m məsafədən və 3 m hündürlüyündə atıla bilər. Güclü pəncəsi ilə böyük maralı və sığını öldürə bilir. Qaplan 2-4 bala doğur. Boğazlıq müddəti 112 gündür.
Sayı + Pələng sayı (2016)Ölkə adıSayı Banqladeş106 Butan103 Çin>7 Hindistan2.226 İndoneziya371 Laos2 Malayziya250 Myanmaməlumat yoxdur Nepal198 Şimali Koreyaməlumat yoxdur Rusiya433 Tailand189 Vyetnam<5
Maraqlı faktlar Qaplanın xəzi zolaq-zolaq olmaqla bərabər, xəzin altındakı dərisi də zolaqlıdır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1758-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Asiya məməliləri Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Şərqi Asiya faunası Kateqoriya:Cənub-Şərqi Asiya faunası Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Hindistanın dövlət rəmzləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları