Əbədi ezamiyyət — 2016-cı ildə çəkilmiş Azərbaycan filmi. Rejissorlar Vüqar İslamzadə və Fariz Əhmədovun birgə çəkdiyi sənədli-bədii film.Əhmədova, F. “Əbədi ezamiyyət”in hesabatı: [Fariz Əhmədovun eyniadlı filmi haqqında] //Azərbaycan.- 2016.- 19 fevral.- S. 7. Film AXC xadimlərinin fəaliyyətinə həsr olunmuşdur.Oruc, Z. Əbədi ehtirama layiq “Əbədi ezamiyyət”: [ADR xadimlərinin fəaliyyətinə həsr olunmuş sənədli film haqqında] //Xalq qəzeti.- 2016.- 31 yanvar.- S.7.

Məzmun Film 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.

Film haqqında Yanvarın 22-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin və “Qərib məzarlar” kitab-albomunun təqdimat mərasimi keçirilib. "Əbədi ezamiyyət" filmi Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi ikinci sənədli filmdir.Nəbioğlu, N. “Əbədi ezamiyyət”dəkilərin sorağı: [layihə rəhbəri Arzu Əliyevanın baş prodüserliyi ilə Fariz Əhmədovun eyniadlı filmi haqqında] //525-ci qəzet.- 2016.- 9 fevral.- S. 8. Yaradıcı heyət filmin hazırlanması üçün ilyarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video və fotoçəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb. “Qərib məzarlar” kitab-albomu isə 1919-cu ildə Parisə ezam olunmuş Azərbaycan nümayəndə heyətinin, eləcə də ötən əsrin 20-ci illərində bolşevik təqibindən yaxa qurtarmaq üçün Fransaya üz tutan soydaşlarımızın bu ölkədəki taleyi və məzarları barədə ilk məlumat toplusudur. “Əbədi ezamiyyət” sənədli filmi və “Qərib məzarlar” kitab-albomunun baş məsləhətçisi tanınmış diplomat Ramiz Abutalıbovdur. Təqdimat mərasimində bu layihənin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür bildirilib. Bu ekran əsəri 1993-cü ilin dekabrında ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Fransaya ilk rəsmi səfəri zamanı Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Topçubaşovun və Ceyhun bəy Hacıbəylinin qərib məzarlarını ziyarəti ilə yekunlaşır. Filmin hazırlanması zamanı Fransa Ali İctimai Tədqiqatlar Məktəbinin Rusiya, Şərqi Avropa və Qafqaz Araşdırmaları Mərkəzinin Arxivində, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Milli Təhlükəsizlik Nazirliyinin Arxivində, Azərbaycan Respublikasının Dövlət Arxivində, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Dövlət Kino-Foto Sənədləri Arxivində, Dövlət Film Fondunda saxlanılan sənəd və materiallardan istifadə edilmişdir. Çəkilişlərin təşkilində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fransadakı səfirliyi, Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğu, Fransanın "Philobates production" və Rusiyanın "Tritona" şirkətləri köməklik göstərib. Filmdə Molla Pənah Vaqifin, Məhəmməd Hadinin, Almas İldırımın, Əhməd Cavadın, Sənanın və Səməd Vurğunun şeirlərindən parçalar səsləndirilmişdir. 2016-cı ildə “Əbədi ezamiyyət” sənədli filminin Naxçıvanda Gənclik Mərkəzində təqdimat mərasimi olub.“Əbədi ezamiyyət” sənədli filminin Naxçıvanda təqdimat mərasimi olub: [Fariz Əhmədovun eyniadlı filminin Gənclik Mərkəzində təqdimatı haqqında] //Azərbaycan.- 2016.- 6 fevral.- S. 7.

Filmin heyəti

Film üzərində işləyənlər Quruluşçu rejissorlar : Vüqar İslamzadə, Fariz ƏhmədovSsenari müəllifi : Müsəllim HəsənovQuruluşçu operatorlar : Rəşad Nuriyev, Camal AtakişiyevBaş prodüser : Arzu ƏliyevaProdüser : Orman ƏliyevQuruluşçu rəssam : Şahin HəsənliBəstəkar : Orxan BağırovMontaj rejissoru : İlham BərxudarRejissor assistenti : Emin QasımovRejissor köməkçisi : Cəbrayıl Ələsgərovİcraçı prodüser : Heydər DadaşovXətt prodüseri: Nəzrin QaracayevaMəsləhətçi : Tahir ƏliyevQrim rəssamı : Eldar İsrafilovGeyim üzrə rəssam assistenti : Aygün ƏliyevaƏlbəsə ustası : Gülxar SadıqovaKompüter qrafikası : Riyad Qasımov, Rasim Manafovİnzibatçı : Məhəmməd Ağabəyovİnzibatçı assistenti : Həsən SeyidbəyliFocus Puller : Mətləb YusifliKamera assistentləri : Qafar Qafarlı, Ceyhun QuliyevKran operatoru : Fərrux HəsənovDolly Grip : Cümşüd Qurbanov, Bəhruz Abbasov, Namiq Rüstəmovİşıqçılar : Samsor Manqal, Əlizadə Rüstəmov, Rəşad İlyasovLightwagen : Vüqar HüseynzadəCamerwagen : Elnur MürsəlovSürücülər : Orxan Həsənov, Elvin QuliyevFotoqraflar : Vüqar İbadov, Elmar Əzimliİdeya müəllifi və baş məsləhətçi : Ramiz Abutalıbov

Rollarda Kamran İsrafilov — Əlimərdan bəy TopçubaşovTahir Əliyev — Məhəmməd MəhərrəmovYusif Dadaşov — Məmmədhəsən HacınskiVüqar Quluzadə — Ceyhun bəy HacıbəyliMehman Məmmədov — Əkbər ağa ŞeyxülislamovAnar Əliyev — Miryaqub MirmehdiyevAğazadə Həsənov — Abbas bəy AtamalıbəyovƏjdər Zeynalov — Ramiz Abutalıbovun cavanlığıAyşad Məmmədov — Emmanuel NobelElçin Əlizadə — Vudro Vilson

Epizodlarda Palina Kotsiashava (Fransa)Penelopa Judie (Fransa)Gregoire Koulbanis (Fransa)Qasım NağıŞahin SərkərovSevər MəmmədovaAleksey SaprıkinSergey KostinAleksandr HacıyevAysel CəfərovaSamid ƏbilovƏliyar MəmmədovDmitriy KalmıkovAzər ƏkbərovDmitriy KosolapovLyubov VasilyevaMariya AbdullayevaCavid KiçibəyovAndrey YakovlevYelena RekunQulu ƏsgərovZiya DolxanovMusa XasməmmədovƏli EyvazovOleq ƏsgərovVüqar İslamzadəFərrux HəsənovElmar Əzimli

Filmi səsləndirənlər Elxan Cəfərov — Ramiz Abutalıbovun cavanlığı (Əjdər Zeynalov)Eldəniz Rəsulov — Əlimərdan bəy Topçubaşov (Kamran İsrafilov)Sabir Məmmədov — Məhəmməd Məhərrəmov (Tahir Əliyev)Məmməd Səfa — Ceyhun bəy Hacıbəyli (Vüqar Quluzadə)Rəşad BayramovPərviz Məmmədrzayev — Abbas bəy Atamalıbəyov (Ağazadə Həsənov)Mahir Mirişov — Miryaqub Mirmehdiyev (Anar Əliyev )Mehman Məmmədov — Əkbər ağa Şeyxülislamov (Mehman Məmmədov)Qorxmaz Əlilicanzadə — Məhəmmədhəsən Hacınski (Yusif Dadaşov)Səməd HətəmovRövşən Məmmədli

İstinadlar

Həmçinin bax

Son iclas (film, 2018) Nağıl kimi cümhuriyyət (film, 2018) Azərbaycan Xalq Cümhuriyyəti - ilk respublikanın müstəqillik uğrunda mübarizəsi (film, 2018) Azərbaycan Xalq Cümhuriyyəti (film, 2001)

Xarici keçidlər Rəsmi sayt YouTubeda Baku Media Center kanalında Filmi izlə YouTubeda Heydar Aliyev Foundation kanalında Filmi izlə Filmi izlə Filmi izlə Filmin treylerini izlə APA TV, “Əbədi ezamiyyət”də materialları azaltmalı olduq”

Kateqoriya:2016-cı ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycan sənədli filmləri Kateqoriya:Azərbaycanın bioqrafik filmləri Kateqoriya:Tarixi filmlər Kateqoriya:Bədii filmlər Kateqoriya:Bakıda çəkilən filmlər Kateqoriya:Parisdə çəkilən filmlər Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti haqqında filmlər Kateqoriya:Mühacirlər haqqında filmlər