Ramon Muntaner (; ) — katalan əsgər və həyatından bəhs edən "Xronikalar" () əsəri ilə tanınan yazıçı, tarixçi. "Xronikalar" əsərində o, Katalan kompaniyasında komandir kimi başına gəlmiş hadisələrdən də söhbət açmışdır. O, Pereladada anadan olmuşdur.
Əsəri thumbnail|left|"Xronikalar" əsərinin əlyazması. Katalan kompaniyası Rojer de Florun başçılığı altında olan yüngül piyadalardan ibarət ordu idi və araqon və katalan muzdlu əsgərlərindən qurulmuşdur. Bu əsgərlər almoqavarlar kimi də tanınırdılar. Rojer bu kompaniyanı Konstantinopolda yunanlara türklərə qarşı döyüşməkdə kömək etmək üçün başlatmışdı.
Ramon Muntanerin "Xronikalar" əsəri 4 Möhtəşəm katalan xronikasından biridir. Bu xronikalarla XIII-XIV əsrdə Araqon koronasındakı və Kataloniyadakı hərbi və siyasi vəziyyəti öyrənmək mümkündür.Digər üç əsər Araqonlu I Xaymenin avtobioqrafiyası, Bernard Desklotun xronikaları və Araqonlu IV Pedronun kral xronikalarıdır. Muntaner öz əsərini 1325–1332-ci illərdə qələmə almışdır. Əsərin bir çox səhifələrində Efesdən, Troyadan, Gelibolu yarımadasından və İstanbuldan bəhs edilir.
Ramon Muntaner 1336-cı ildə İbizada vəfat etmişdir.
İstinadlar və qeydlər
Mənbələr Ramon Muntanerin xronikaları, Ledi Qudinaf tərəfindən ingilis dilinə tərcüməsi (pdf sənəd) Lyuis Vives İnstitutundakı nüsxə , (katalanca) Berkeley Universitetindəki nüsxə Vebarxiv|url=http://webarchive.loc.gov/all/20011126145659/http://www.lib.berkeley.edu/~catalan/assignments/week7_assignment.html
Xarici keçidlər
Əsərdən kiçik hissə
Kateqoriya:1270-ci ildə doğulanlar Kateqoriya:1336-cı ildə vəfat edənlər Kateqoriya:Katalan yazıçılar Kateqoriya:Tarixçilər Kateqoriya:XIII əsr yazıçıları Kateqoriya:Kataloniya əsgərləri