İravadi delfiniПолная иллюстрированная энциклопедия. "Млекопитающие" Кн. 2 = The New Encyclopedia of Mammals / под ред. Д. Макдональда. — М.: "Омега", 2007. — С. 469. — 3000 экз. — ISBN 978-5-465-01346-8. () — Delfinlər fəsiləsinə, İravadi delfinləri cinsinə aid növ.

Xariçi görünüş Bu canlılar digər delfinlərdən müəyyən xüsusiyyətlərinə görə fərqlənirlər. Başlarənın ön hissəsələri donqardır. Sinə üzgəcləri enli və üçbucaqdır. Bel üzgəcləridə üçbucaqdır. Üzərləri boz-mavi, göyümtül-boz, qarın nahiyyəsi isə nisbətən açıq rəngdə olur. Dişlərinin eni qısa, uzunluğu isə 1 sm-dir. Çəkiləri 114–143 kq, uzunluqları 146–275 sm-dir. Erkəklər bir qayda olaraq iri olurlar.

Yayılması Əsasən Hind okeanının Benqal körfəzi sahillərindən şimali Avstraliya sahillərinə qədər ki ərazilərdə yayılmışlar.

Hərəkətləri İravadi delfinləri 3–6 başdan ibarət olan qruplarda yaşayırlar. Onlar bir qrupdan digərinə keçə bilirlər. Onlar başını sudan kənara çıxararaq ətrafı müşahidə edirlər. Üzərkən başlarını sudan kənara çıxararaq nəfəs alırlar.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Delfinlər Kateqoriya:Hindistan məməliləri Kateqoriya:1866-cı ildə təsvir edilən məməlilər Kateqoriya:Cənub-Şərqi Asiya məməliləri Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:20–24 ID olan Taksonbar